# Nüsret Kesemenli kimdir? Nüsret Kesemenli kitapları ve sözleri

> Azerbaycan`lı şair Nüsret Kesemenli hayatı araştırılıyor. Peki Nüsret Kesemenli kimdir? Nüsret Kesemenli aslen nerelidir? Nüsret Kesemenli ne zaman, nerede doğdu? Nüsret Kesemenli hayatta mı? İşte Nüsret Kesemenli hayatı... Nüsret Kesemenli yaşıyor mu? Nüsret Kesemenli ne zaman, nerede öldü?

- Kaynak: Mardin Life
- URL: https://www.mardinlife.com/biyografi/nusret-kesemenli-kimdir-nusret-kesemenli-kitaplari-ve-sozleri
- Dil: tr-TR
- Yayın tarihi: 2023-01-07T10:00:11+03:00
- Güncelleme: 2023-01-07T10:00:11+03:00
- Yazar: Mardin Life
- Kategori: BİYOGRAFİ
- Görsel: https://cdn.mardinlife.com/2023/01/07/nusret-kesemenli-kimdir-nusret-kesemenli-kitaplari-ve-sozleri-372630.jpg

Azerbaycan`lı şair Nüsret Kesemenli edebi kişiliği, hayat hikayesi ve eserleri merak ediliyor. Kitap severler arama motorlarında Nüsret Kesemenli hakkında bilgi edinmeye çalışıyor. Nüsret Kesemenli hayatını, kitaplarını, sözlerini ve alıntılarını sizler için hazırladık. İşte Nüsret Kesemenli hayatı, eserleri, sözleri ve alıntıları...Tam / Gerçek Adı: Kəsəmənli Nüsrət
Doğum Tarihi: 1946
Doğum Yeri: Azerbaycan / Kazak
Ölüm Tarihi: 15 Ekim 2003
Ölüm Yeri: İran / Tebriz
Nüsret Kesemenli kimdir?
Yusuf oğlu Nusret Kesemen, Kazak kasabasında bir işçi ailesinin çocuğu olarak doğdu. Orta öğrenimini Kazak'da tamamladıktan sonra Baku'ya gelerek Azerbaycan Devlet Üniversitesi'nin Gazetecilik Fakültesini bitirdi (1966- 71). Edebi ilgileri öğrencilik yıllarında başlamış, ilk şiir kitabı 'Sevirsense' 1971'de yayımlanmıştır. 1978-85 yıllan arasında Azerbaycan Yazarlar Birliğinde danışman olarak çalıştı. Daha sonra, Cafer Cabbarlı adına Film Stüdyosu'nda baş redaktör olarak çalışmıştır.

Nesli içinde, içtimaî meşelere derin ilgisi, millî şiirlerinin çokluğu, bayat hadiselerine uyanık ve tenkitçi yaklaşımı ile belirir.

Başlıca eserleri: Sevirsense, Bakı, 1971; Gözlerimin qarası, Bakı, 1975; Özüme benzediyim günler, Bakı, 1979; Gümüş yuxular. Bakı, 1981; Teklİkde danışaq, Bakı,1983
--reklam--
Nüsret Kesemenli Kitapları - Eserleri
Seçilmiş Eserleri
Hamısı Sevgidəndir
Getmək İstəyirsən, Bəhanəsiz Get
--reklam--
Nüsret Kesemenli Alıntıları - Sözleri
Mən bulaq tək quruyub,
Sən gül kimi solaydın.
Gərək ya mən öləydim,
Ya sən dəli olaydın...

O sevgi yuxu idi,
Gərək ayılmayaydıq;
Biz elə görüsmüşdük,
Belə ayrılmayaydıq... (Seçilmiş Eserleri)
Ağlayanda göz yaşıma baxmayın,
Kədərimə qəh-qəh çəkib gülürəm... (Seçilmiş Eserleri)
Bir sevda ağlayır içimdə mənim....
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü.
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim. (Hamısı Sevgidəndir)
Bir budaqda iki sərçə,
Biri sən, biri mən. (Seçilmiş Eserleri)
Şəhla gözlərindən gilələnib yaş,
Titrək dodaqların gömgöy kəsilib.
Bir bax, sahilədək doludur dəniz,
Göz yaşın dənizi daşdıra bilər.
Deyirsən dalğadan ümid gözləmə,
Dalğalar qayığı aşıra bilər... (Hamısı Sevgidəndir)
Gözlərimi quru görüb
ürək-dirək vermədilər,
Köksümdə qırx il
―Ana‖ deyib ağlayan
ürəyimi görmədilər... (Hamısı Sevgidəndir)
Günlər qatar kimi keçir,
xatirələr əl edir pəncərələrdən.
Möcüzə gözləyirik
açılan səhərlərdən.
Vaxtı su kimi içirik,
Gözləyə-gözləyə həyata
bir addım gecikirik... (Hamısı Sevgidəndir)
―"Bülbül kişidi gəldi,
Dərdə tuş idi, gəldi.
Bülbül gül havasına
Hələ qış idi gəldi"..

―"Vətən" deyib nəğməsi
ağladı Xan qızının,
Həsrəti leysan olub
çağladı xan qızının:

Ağla, könlüm kimi ağla,
Qəmdən rəngi sarı bülbül.
Mən ömürdən yarımadım
Barı sənsə yarı, bülbül.

Qarabağda bağım qaldı,
Neçə şirin çağım qaldı,
Sinəm üstə dağım qaldı,
Necə çalım tarı, bülbül?

Qırov qara telə düşüb,
Sona özgə gölə düşüb,
Bəxtimizə belə düşüb
Mənnən burda qarı, bülbül.

Sən uç, qon uca budağa,
Bu canım sənə sadağa.
Sənə ki, yoxdur qadağa
Boylan Vətən sarı, bülbül.

Yanıb bağrın qaralmayıb,
Yollarını qar almayıb.
Qanadın ki, qırılmayıb
Uç get burdan, barı bülbül.

Bir dürr idim, düşüb itdim,
Ağlayıb nəğmələr ötdüm.
Bu torpaqda nə mən bitdim,
Nə vəfalı ―"Xarı bülbül"!.. (Hamısı Sevgidəndir)
Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən səsin də yad olsun barı.

Sən dəniz qoynuna tullanmış çiçək
Üstünə dalğalar atılacaqdır
Saxta məhəbbətin, saxta sənəd tək
Nə vaxtsa üstünə tutulacaqdır.

Demirəm sən uca bir dağsan əyil,
Demirəm əlacım qalıbdır sənə,
Nə səndə məhəbbət qara pul deyil,
Nə məndə dilənçiyəm əl açım sənə.

Döşənim yollar tək ayaqlarına
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.

Getmək istəyirsən o yol o da sən
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi geriyə dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən nə danış nə din
Yaxın yol uzaqlar, dumanda-çəndə.
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görürsən məndə…

Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri.
Səsi həmin səsdir baxışın ögey
Gedirsən səsin də yad olsun barı. (Getmək İstəyirsən, Bəhanəsiz Get)
Demə, yollar uzaqdır,
Araya bir çay düşüb,
Vüsal kimin qisməti,
Bizə həsrət pay düşüb.
Birimizə göz yaşi;
Birimizə toy düşüb;
Danış, ucadan danış,
Sən dilini bağlama, (Seçilmiş Eserleri)
Sən uşaq deyilsən ki,
                   sevgi öyrədim sənə... (Seçilmiş Eserleri)
Laldı bu kədərim ağlamır, gülmür,
Dərd verir, verdiyi dərd nədi bilmir,
Niyə gecələrin səhəri gəlmir?!
– Alın bu kədərin əlindən məni... (Seçilmiş Eserleri)
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hislərim köçür könlümdən,
Qayıt!
Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən. (Hamısı Sevgidəndir)
Biri gedər, biri gələr,
Hər gələn dünyanı bölər,
Bu dünya çətin düzələr
Nələr gördüm bu dünyada. (Seçilmiş Eserleri)
Sözlər niyə belə qəlbə dəyirlər,
Ürəksiz görüşdən doymuşuq daha,
Fillər ölümünü duyur deyirlər
Biz də ayrılığı duymuşuq daha... (Hamısı Sevgidəndir)
Getmək istəyirsən,
nə danış, nə din,
Yox ol xəyal kimi dumanda, çəndə.
Nəyimi sevmişdin,
deyə bilmədin,
İndisə yüz eyib görürsən məndə...

Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı... (Getmək İstəyirsən, Bəhanəsiz Get)
―"Vətən bağı" xəzan oldu,
İndi qəmdən oxu, bülbül.
Xaric vurub zil pozuldu,
İndi bəmdən oxu, bülbül.

Səsin qəlbimin ahıdı,
Səndəmi yandın, yaxıldın?
Öz dərdindən çox oxudun,
İndi məndən oxu, bülbül.

Səsin karvan dayandırar,
Min xatirə oyandırar.
Ah çəksəm, səni yandırar,
Bir az gendən oxu, bülbül.

Qürbətin gülləri soyuq,
Qəmdən könlüm oyuq-oyuq.
Biz ki, qəfəs-saraydayıq,
Sən bu gündən oxu, bülbül.

Sinəmə yara vurdular,
Oda atıb qovurdular.
Ağ simi çəkib qırdılar
Sari simdən oxu, bülbül... (Hamısı Sevgidəndir)
Hər görüşə sevgi demə, əzizim
Əgər onun gələcəyi yoxdusa. (Hamısı Sevgidəndir)
İkimizdə bir ürək var.
Yarı məndə, yarı səndə.
Sevgi adlı bir ağacıq,
Budaq məndə, narı səndə.

Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə, dolu səndə.

Bir ovçuyam, günüm ovda
Qaçhaqaçda, qovhaqovda,
Eşqimiz bir şirin sevda
Pətək səndə, balı məndə (Seçilmiş Eserleri)
NÜSRƏT KƏSƏMƏNLİ - MƏN SƏNİ UNUDA BİLMİRƏM AXI...

Mən səni unuda bilmirəm, axı,
Unutsam nələri unudam gərək.
Göylərə baxmışıq aylı gecədə,
Unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları?
Xatirən yadımdan çıxaydı barı,
Payızda xəzanı, qışdasa qarı,
Baharda gülləri unudam gərək!

De, necə unudum mən səni, necə?
Sevgi durna deyil payızda köçə,
Yuxuma gəlirsən mənim hər gecə,
Ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan,
Adındır hər saat qarşıma çıxan,
Qarışıb şəklinə gözümdən axan,
Yağışı, selləri unudam gərək!

Sinəmdə peşiman ürəyim qaldı,
Uçdun əllərimdə lələyin qaldı,
Nələri itirib, bax nəyim qaldı,
Nələri, nələri unudam gərək! (Seçilmiş Eserleri)

---
Kaynak: [Mardin Life](https://www.mardinlife.com/biyografi/nusret-kesemenli-kimdir-nusret-kesemenli-kitaplari-ve-sozleri)