# Kabil'in Kitapçısı - Asne Seierstad Kitap özeti, konusu ve incelemesi

> Kabil'in Kitapçısı kimin eseri? Kabil'in Kitapçısı kitabının yazarı kimdir? Kabil'in Kitapçısı konusu ve anafikri nedir? Kabil'in Kitapçısı kitabı ne anlatıyor? Kabil'in Kitapçısı PDF indirme linki var mı?  Kabil'in Kitapçısı kitabının yazarı Asne Seierstad kimdir? İşte Kabil'in Kitapçısı kitabı özeti, sözleri, yorumları ve incelemesi...

- Kaynak: Mardin Life
- URL: https://www.mardinlife.com/kitap/kabilin-kitapcisi-asne-seierstad-kitap-ozeti-konusu-ve-incelemesi
- Dil: tr-TR
- Yayın tarihi: 2022-12-01T03:00:12+03:00
- Güncelleme: 2022-12-01T03:00:12+03:00
- Yazar: Mardin Life
- Kategori: Kitap
- Görsel: https://cdn.mardinlife.com/2022/12/01/asne-seierstad-kimdir-asne-seierstad-kitaplari-ve-sozleri-349715.jpg

Kitap Künyesi
 Yazar: Asne Seierstad 
 Çevirmen: Ayfer Erbaydar 
 Orijinal Adı: Bokhandleren I Kabul 
 Yayın Evi: Alkım 
 İSBN: 9789759920357 
 Sayfa Sayısı: 320 
--reklam--
Kabil'in Kitapçısı Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
Hepsi de kitaba ve kadına düşman. Değişik inançlardan olanlar değişik kitaplara kızıyorlar ama hepsinin kadına karşı ortak düşmanlığı hiç değişmiyor. Kadınları evlere hapsediyorlar. Eğer bir düğün gibi olağanüstü bir nedenle sokağa çıkmalarına izin verilirse bütün vücutlarını, yüzlerini hatta gözlerini kapayan burkalar giyiyorlar ve birlikte sokağa çıktıkları akrabalarını ancak ayakkabılarından tanıyorlar. Çünkü burkalar yüzünden sadece yeri ve insanların ayakkabılarını görebiliyorlar.

Her an ölümle cezalandırılabilecek büyük bir suç olan kadın cinselliği baskı altında tutuluyor. Ama bu, kadınların sevdiklerine kaçmalarına ve en açık saçık şiirleri yazıp, şarkıları söylemelerine engel olamıyor. O şiirleri okurken, o şiirleri kitaplaştıran şairin de bundan dolayı öldürülmüş olduğunu öğreniyorsunuz.

Norveçli genç yazar Asne Seierstad Taliban döneminde Afganistan’ın başkenti Kabil’de bir kitapçının evinde, o evden biri gibi yaşadı. Bütün vahşeti ve baskıyı o evin kadınlarıyla birlikte hissetti. Gizli aşklara, acılara, ümitlere tanık oldu. Cinayet hikayelerini dinledi. Kadınlar için yapılan pazarlıkları duydu.

Ülkesine döndüğünde yazdığı kitap dünyanın nerdeyse bütün dillerine çevrildi ve basıldığı her ülkede aylarca en çok okunan kitap oldu. Bütün dünya, korkunç bir baskının ve vahşetin öyküsünü gerçek bir tanıktan ürpererek dinledi.
Kabil'in Kitapçısı Alıntıları - Sözleri
Səhər tezdən sənə görə öldürəcəklər məni,
Bircə demə məni sevmədiyini.
Ölümü gözləmək ölümün özündən daha pisdir.
-Bəs cinayət?
+Günah öləndədir.
“Taliban” artıq ölkədə deyildi,ancaq hələ də Leylanın başında “yaşayırdı”.
Adət belədir, haqqın olmayan iqtidara iddia eləmək düzgün davranış deyil.
İnsan zəhmət çəkməsə, dua heç bir işə yaramaz.Qaranlıqda müqəddəs yox, çıraq axtarmaq lazımdır.
Məhəmməd peyğəmbər ona ünvanlanan bütün duaları, ah-fəğanları, fəryadları eşitsəydi, dözməyib ağlayardı. Yerə baş qoymaqla bu ölkəni ayağa qaldırmaq olmaz. ... Qaranlıqda müqəddəs yox, çıraq axtarmaq lazımdır.
Bir gün əfqan olduğuna görə öyünməyi, özü və vətəni ilə fəxr etməyi, Əfqanıstanın dünyada hörmət edilən bir ölkə olmasını diləyir.
....otaqdan çıxıb səssizcə qapını örtür. Qırıq qəlbi otaqda qalır.
Kabil'in Kitapçısı İncelemesi - Şahsi Yorumlar
Norveçli xanım jurnalist Asne Seierstad tərəfindən onun real müşahidələrinə və araşdırdıqlarına əsasən yazılan "Kabildə bir kitabçı" indiyə kimi oxuduqlarım arasında ən yaxşılardan idi desəm, yanılmaram. Jurnalist 11 sentyabr hadisələri baş verdikdən 2 həftə sonra Əfqanıstana gəlmişdir, burdakı siyasi hadisələr və mədəniyyətlər arasındakı fərqi dərindən müşahidə edərək əsərini bir ailənin fonunda Əfqanıstanda baş verənləri xüsusilə də, təhsilin və qadınların cəmiyyətdəki rolunu ön plana çəkərək ərsəyə gətirib. Kitabı oxunaqlı və olduqca maraqlı edən tərəfi onun lakonik dili və hadisələri çox detala girmədən aydın izah etməsidir.

Xalid Hüseyninin prespektivindən baxdıqda Əfqanıstan parlaq bir ölkədir, lakin onu Taliban və onun timsalında Əl-Qaidə kimi terror təşkilatları məhv etmişdir, Amerika ölkəni yenidən dirçəltməyə çalışır və s. Asne'nin baxış bucağı isə tamamilə fərqlidir, Əfqanıstanda təhsilin vəziyyəti, dini etiqad məsələsinin ifrat dərəcəyə çatıdırılaraq öz məqsədindən qopması, poliqamiya, yüz illərdir davam edən patriarxal quruluş ölkəni süquta sürükləmişdir. 60-70-ci illərdə ölkədə qadınlara seçmə hüququ verən, burkanı qadağan edən və s. qərarlar qəbul olunsa da, evdə qadına mülkiyyəti kimi yanaşan kişilər evdən çölə çıxan, burka geyinməyən qızların üzünə sulfat turşusu atmağa, ayaqlarını qamçılamağa davam edirdi. Müvəqqəti sərbəstlik çox dar kəsim arasında idi. Hökümətin qərarları zehniyyətləri dəyişdirə bilməmişdi. Rusların sosializm siyasətinin bir çox mənada müsbət tərəfləri olsa da, məsələn: binaların, körpülərin tikintisi, şəhərlərin səliqəyə salınması, qadınların təhsilə cəlb edilməsi və s. - sosializm anlayışı da dindarlar arasında doğru qarşılanmırdı, onlar varlıların mülkünün əllərindən alınaraq yaradılan "bərabərlik" siyasətini oğurluq hesab edirdi. Amerikanın ölkəyə girməsi isə Talibandan sonra "formal" olaraq sərbəstlik gətirmişdi, siyasi olaraq ölkənin vəziyyətini daha da iflic duruma gətirmişdi, Amerika birmənalı siyasət yürütmürdü və ölkədəki seperatçı qüvvələri bərabər silahlandırıb maliyyələşdirirdi, nəticədə minlərlə günahsız insan terror qurbanı olurdu. Yaxın tarix jurnalistin yanaşmasının və qeyd etdiyi faktların doğru olduğunu sübut etdi. Talibana gəldikdə, islamın nə olduğunu dərk etməyən, lakin 6-7-ci əsr qaydalarını tətbiq etməyə çalışaraq dinə qulluq etdiyini zənn edən, cahil zehniyyətlərin formalaşdırdığı terror birliyidir, mənim fikrimcə, Taliban Əfqanıstanı, əsasən da əfqan kişilərini son 100 ildə ən yaxşı ifadə edən termindir.

Kitab yazılan ərəfədə yazıçı kitabın baş qəhrəmanının evində qalmışdır və yayımlananda ailəsinin və özünü adını dəyişdirərək təqdim etmişdir. Özünün qeyd etdiyinə görə, ailənin xahişi ilə bəzi mövzulara ümumiyyətlə toxunmamışdır. 2002-ci ildə kitab çap olunsa da, ailə ilə əlaqəsi qalmaqda davam edirmiş, bir müddətdən sonra ailənin qopduğunu və 2 arvadlı baş qəhrəmanımızın ailə üzvlərinin başqa ölkələri getdiyini öyrənmişdi. Lakin əsas şok 8 il sonra gələcəkdi. Kitabçı kitab yayımlandığına görə təhlükədə olduğunu və insan içinə çıxa bilmədiyini, ən əsasda Asne'nin yazdıqlarının uydurma olduğunu deyir, onu məhkəməyə verir və pul tələb edir.. Və təbii ki, məhkəmə istəyini rədd edir, lakin Norveç höküməti siyasi qaçqın kimi yaşamağına icazə verir. Bu da mənim kitab haqqında kiçik araşdırmam :) Kitab adıyla pul üçün mənliyini satan adamın hərəkəti heç də təəccübləndirmədi.

Əfqanıstan mövzusu maraqlı olanlara mütləq tövsiyə edirəm. (Aysel) 
Əfqanıstan hansısa dövrdə xaosu ilə qarşılaşmaq istədiyim ölkələrdən biridir. Oxuyanlar niyəsə Xalid hüseyn kitabları ilə eyniləşdirir. Ancaq mövzunun eyni ölkədə yazılmağından savayı heç bir oxşarlıq yoxdur. Jurnalist müharibəni görmək üçün Əfqanıstana gəlir və orada bir kitab mağazası ilə rastlaşır. Mağaza Sultan adlı bir kitab kolleksionerinindir. Uzun müddət Sultanın evində qalır və Sultanın ailəsinin fonundan bütün Əfqanıstandakı 1990-2000-ci illər Əfqanıstanını təsvir edir. Əfqanıstanın o illərini kəşf etmək üçün maraqlı kitabdır, doğurdan da heç vaxt eşitmədiyim və rastlaşmadığım qatı qaydalarla tanış olmaq oxucu olaraq çətin bir təcrübə oldu. Ancaq Xalid hüseyn kitablarından daha real təsvirlərlə qarşılaşmaq daha maraqlı idi) (Gulshan21) 
Əvvəla, onu qeyd edim ki, lap çoxdan kitabın adı diqqətimi cəlb etmişdi. Düzünü desəm, belə olacağını düşünmürdüm, daha fərqli məzmuna malik olduğunu təxmin edirdim...
Müəllif Kabildə kitab dükanı olan Sultan Xan adlı bir şəxsin evində uzun müddət yaşayır, onun, ailə üzvlərinin həyatı haqqında, eləcə də ümumi olaraq keçən əsrdə Əfqanıstanda baş verən siyasi hadisələr və bunun sadə xalqa təsirindən danışır. Sultan Xan özü ziddiyyətli obrazdır: o, ölkəsinin inkişafını, qadınların nazir olaraq çalışmalarını belə arzulayır, lakin "ailədə avtoritar bir patriarx" kimi çıxış edir, oğlanlarının, digər ailə üzvlərinin düşüncəsi onu maraqlandırmır. Ümumiyyətlə, haqqında danışılan, demək olar ki, bütün obrazlar ziddiyyətli xarakteri ilə seçilir... Mənə ən çox Leylanın, bir də dülgər Cəlaləddinin başına gələnlər təsir göstərdi. Leyla adətlərə görə ona aşiq olan birinin əvəzinə başqasına verilir. Cəlaləddin isə bir vaxtlar Sultanın dükanında usta kimi işləmiş, lakin kasıblığın ucbatından halalına haram qataraq oradan oğurluq edən yazıq biri idi... Sultan onu bağışlaya bilərdi, çünki Cəlaləddin həqiqətən kasıb idi, amma bunu etmədi, ustanı həbsə saldırdı...Bu da Sultana nifrətimi artırdı...
Kitab axıcı və maraqlı idi. Niyəsə bəzi yerlərdə müəllifin məsələlərə Qərb təfəkkürü ilə yanaşdığını hiss edirdim.
Beləliklə, dərhal, vacib oxunmalı bir kitab olmadığını qeyd etmək istəyirəm. Fikrimcə, "Və dağlardan səda gəldi" və ya "Mənim payım" kimi mənə eyni hisləri yaşadan kitablar daha qüvvətli idi. (Didar) 
Kabil'in Kitapçısı PDF indirme linki var mı?
--reklam--
Asne Seierstad - Kabil'in Kitapçısı kitabı için internette en çok yapılan aramalardan birisi de Kabil'in Kitapçısı PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı Asne Seierstad Kimdir?

--reklam--
Asne Seierstad Kitapları - Eserleri
Kabil'in Kitapçısı
--reklam--
Asne Seierstad Alıntıları - Sözleri
İnsan zəhmət çəkməsə, dua heç bir işə yaramaz.Qaranlıqda müqəddəs yox, çıraq axtarmaq lazımdır. (Kabil'in Kitapçısı)
Bir gün əfqan olduğuna görə öyünməyi, özü və vətəni ilə fəxr etməyi, Əfqanıstanın dünyada hörmət edilən bir ölkə olmasını diləyir. (Kabil'in Kitapçısı)
....otaqdan çıxıb səssizcə qapını örtür. Qırıq qəlbi otaqda qalır. (Kabil'in Kitapçısı)
Adət belədir, haqqın olmayan iqtidara iddia eləmək düzgün davranış deyil. (Kabil'in Kitapçısı)
Məhəmməd peyğəmbər ona ünvanlanan bütün duaları, ah-fəğanları, fəryadları eşitsəydi, dözməyib ağlayardı. Yerə baş qoymaqla bu ölkəni ayağa qaldırmaq olmaz. ... Qaranlıqda müqəddəs yox, çıraq axtarmaq lazımdır. (Kabil'in Kitapçısı)
“Taliban” artıq ölkədə deyildi,ancaq hələ də Leylanın başında “yaşayırdı”. (Kabil'in Kitapçısı)
-Bəs cinayət?
+Günah öləndədir. (Kabil'in Kitapçısı)
Ölümü gözləmək ölümün özündən daha pisdir. (Kabil'in Kitapçısı)
Səhər tezdən sənə görə öldürəcəklər məni,
Bircə demə məni sevmədiyini. (Kabil'in Kitapçısı)

---
Kaynak: [Mardin Life](https://www.mardinlife.com/kitap/kabilin-kitapcisi-asne-seierstad-kitap-ozeti-konusu-ve-incelemesi)