# Qış Gecəsi - Salam Qadirzade Kitap özeti, konusu ve incelemesi

> Qış Gecəsi kimin eseri? Qış Gecəsi kitabının yazarı kimdir? Qış Gecəsi konusu ve anafikri nedir? Qış Gecəsi kitabı ne anlatıyor? Qış Gecəsi PDF indirme linki var mı?  Qış Gecəsi kitabının yazarı Salam Qadirzade kimdir? İşte Qış Gecəsi kitabı özeti, sözleri, yorumları ve incelemesi...

- Kaynak: Mardin Life
- URL: https://www.mardinlife.com/kitap/qis-gecsi-salam-qadirzade-kitap-ozeti-konusu-ve-incelemesi
- Dil: tr-TR
- Yayın tarihi: 2023-06-22T21:00:16+03:00
- Güncelleme: 2023-06-22T21:00:16+03:00
- Yazar: Mardin Life
- Kategori: Kitap
- Görsel: https://cdn.mardinlife.com/2023/06/22/salam-qadirzade-kimdir-salam-qadirzade-kitaplari-ve-sozleri-434128.jpg

Kitap Künyesi
 Yazar: Salam Qadirzade 
 Yayın Evi: XAN 
 İSBN: 9789952405033 
 Sayfa Sayısı: 286 
--reklam--
Qış Gecəsi Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
Mən bu hekayətimə Ceyranın gözlərindən başlayacağam. Haqqında danışacağım o qızın, ilk baxışda bir cüt ala, dağ çeşməsi kimi qaynar iri gözləri nəzəri cəlb etdiyi üçün yerimdə siz də olsaydınız belə edərdiniz; əvvəlcə, Ceyranın gözlərindən söhbət açardınız. Bəli, o qızın baş-başa vermiş nazik qaşları altında parlayan oynaq gözlərini görəndə mənim də ürəyim yerindən oynamışdı; qeyri-ixtiyari olaraq çevrilib, bir də onun sıx, uzun kirpiklərlə dövrəyə alınmış cazibədar gözlərinə baxmışdım. Baxmışdım və valeh olmuşdum! Elə bil Lermontov Qafqaza gələrkən Ceyranın gözlərini görmüş, ondan ilham almış, “İki göz gördüm o yerlərdə, ilahi gözlər...” misrasını yana-yana ona yazmışdı.
Qış Gecəsi Alıntıları - Sözleri
Gözlərin çox qaradır, yəqin qaranlığa baxmısan...
Ədalətin keşiyində durmaq üçün adamları, ancaq dediyi sözlərlə deyil, onları gözlərindən tanımaq, ürəklərinin ən dərin guşələrində gizlənmiş sirrləri oxumaq lazımdı!
Dünyada təbiətin gözəlliyini duymayıb ondan zövq almayanlar da bədbəxt insanlardır!
Bütün sirri ürəyində gizlətməyi bacarırdı. Ancaq gözlərindən qorxurdu.
İlk görüşün,ilk məhəbbətin çox qəribə anları olur..
Bütün sirri ürəyində gizlətməyi bacarırdı. Ancaq gözlərindən qorxurdu...
Baki geceleri cox gozel olur...
Dogru demisler, goz qelbin aynasidir
İlk.mehebbet, ilk gorus! Heyatin, gencliyin en menali caglari da bundan sonra baslayir
Qış Gecəsi İncelemesi - Şahsi Yorumlar
Qış Gecəsi (Salam Qadirzade): Film kimi əsər. Həqiqətən söz tapmaq olmur. tövsiyə edirəm oxuyun vaxtınız boşa getməyəcək.

kiçik yaşlarında anasını itirən Adil, sonralar evə Diləfruz adında ögey anası gəlir. ilk başlarda Adil onun səmimiyətinə inanmır,hətta atasının qəlbini qırmaq istəməsin deyə sakit durur. ilk başlarda Diləfruz, Adil- can deyə- deyə sevsədə sonra Məmməd adlı oğlu dünyaya gəlməsi can silinir və beləliklə münasibəti soyuyur. Adil bilirdiki bunun sözləri ciddi deyildir hiss etmişdi. bəs kim bilərdi ki özünü "mələk" göstərən ama sonra "şeytan"a dönən ətli qoltuğ ögey ana Diləfruz belə olacaqdır? Adilin həyatı çətin keçir,böyüdükcə həyatında gözləmədiyi şeylər baş verir. yeniliklər, dost-tanışla münasibəti, sevgi münasibəti çətinliyi olur .. Bunun səbəbi Diləfruz "xanım"-dır, bəli.. Amma necə? O necə bir neçə insanın həyatını puç edə bildi?? əvvəlcə ərindən qorxan Diləfruz sonradan vəhşiyə dönərək, evin rəisi kimi aparmağa başlayır, ərini məcbur gözləmədiyi işlərə soxdurur. Sanki arvad bu, ər isə Diləfruz idi Əsərdə ən çox sevdiyim qəhrəman Saleh müəllim və Mənsurə oldu.

və ən maraqlısı, Borisin və Nataşanın Bakıya gəlməsi oldu.Rəhman qatarda Borislə qarşılaşdı (hələ Borisi tanımırdı bilmirdi Adilin dostudur) Borisin istiqraz vərəqəsinin on min manat udduğunu duyduğunu və utanmadan o istiqrazı satın alıb özünü milyoner kimi göstərmək xəyalında olan və sonra bunun üstü açılması ?.

ən pis olduğum məqam, Adilin Ceyranı tərk etməsidir.

Bəs hekayənin sonu necə olur ? Çox da yazmaq istəmirəm. Daha yaxşı olar siz də bu əsəri oxuyun :) (Ayxan Alırzalı) 
XX esrin 50-ci illerinde yazilmis "qis gecesi" eseri Azerbaycan edebiyyatinda genis yayilmisdir.Ve bu gune qeder de sevilmektedi.Yazici Salam Qedirzade İkinci Dunya muharibesi dovrunde istirak etmis, yuksek sucaetliyine gore ucuncu dereceli "sohret" ordeni ve 12 medalla teltif olunmus, muharibeden sonra yaradiciligina baslamis ve eserleri ile boyuk oxucu kutlesi qazanmisdir.
"Qis gecesi" eserinde iki gencin nakam sevgisinden behs edilir.Huquqsunas olmaq isteyen Adil, evde olan problemlere, qanunsuz alver eden atasi ve ogey anasinin etdiklerine gore sevdiyi qiz Ceyran buna gore onu bagislamaz deyib, onu atib Moskvaya oxumaga gedir.Ve onlarin sevgisi bas tutmur.Adil Ceyrani atib getmeseydi,ne olur olsun sevgisi ugrunda mubarize aparsaydi bele olmazdi...Sonradan elediyine gore pesman olsa da,amma artiq gec idi..."İnsan sevdiyi ugrunda mubarize aparmadisa onda onun yasamaginin ne faydasi..."

−Görəsən çağırsam, gələrmi Ceyran?.. (Afig) 
Bu gün Salam Qədirzadənin “Qış gecəsi” romanından yazmaq istəyirəm. O qədər maraqlı sujet xətti var ki, bəyənməmək mümkün deyil.

Bəzi kitablar var ki, real həyatın tam özüdür. Oxuduqca, o real hadisələrin şahidinə çevrilirsən. Xoş olmayan acı reallıqları görürsən. Elə “qış gecəsi” də o kitablardan idi.

Roman sovet dövründə yazılıb. Ona görə o dövrün bəzi qayda-qanunları, ideologiyası bu kitabda özünü göstərir.

Yeniyetmə gəncin həyatından bəhs edir. İlk səhifələrdə Ceyranın gözlərinin gözəlliyindən bəhs edilir. Sonra isə “qırmızı kirəmitli evdə” baş verən hadisələri oxuyuruq.

Adilin həyatı uşaqlıqdan gətirməyib. Anası öləndən sonra atası ikinci dəfə evlənir. Bu qadının gəlişi ilə “qırmızı kirəmitli evdə” hər şey dəyişir, Adilin həyatı alt-üst olur. Adil sevgisindən, atasından, doğma evindən, uzaq düşür. Və bir də övladına laqeyd qalan ata məni təəccübləndirdi. Sanki arvad bu, ər isə Diləfruz idi. O evdə yalnız onun sözü keçə bilərdi. Bir də heç atalıq hissini yaşamayan Saleh müəllim var idi ki, Adilə elə əsl ata qayğısı ilə yanaşırdı.

Elə ən çox əsəb keçirdiyim obraz da Diləfruz oldu. Elə bil mələk cildində şeytandır. Yazar necə bir qadın yaradıbsa heç rəhm hissi verməyib ona. Amma sonluq çox əla bitdi. Çox da yazmaq istəmirəm. Daha yaxşı olar siz də bu əsəri oxuyun (Təbəssüm Mustafaeva) 
Qış Gecəsi PDF indirme linki var mı?
--reklam--
Salam Qadirzade - Qış Gecəsi kitabı için internette en çok yapılan aramalardan birisi de Qış Gecəsi PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı Salam Qadirzade Kimdir?
Salam Qedirzade Büyük Vatan Savaşı cephelerinde olmuş, savaş sonrası eğitim almış ve edebi yaradıclığa başlamıştır. "İlk hikayeler" (1951), "Gençlik" (1953), "Sarmaşıklı aynəbənd" (1955) adlı ilk kitaplarında yazar genç kuşağın yaratıcı azmini, sevgi ve muhabbet duygularını, arzu ve isteklerini kaleme almıştır.

10 Nisan 1923 yılında doğdu. Azerbaycan Devlet Universitetinun filoloji fakültesine girdi, üçüncü sınıftan eğitimini Moskova'da, M. Gorki adına Edebiyat Enstitüsü'nde sürdürdü.

"Kirpi" dergisinin baş editörü oldu. Yazdığı "Kış gecesi", "46 menekşe", "Nar çiçeği masalı", "Sevdasız aylar", "Sen olmasaydın" roman, anlatı ve hikaye kitapları gençlerin manevi-ahlaki kalitelerinden bahsediyor. S.Qədirzadənin Büyük Vatan Savaşı cephelerinde katılımı sonraları "Burada insan yaşamıştır (1963) povestinin oluşmasına neden olmuştur. Gerçek ve canlı gözlemlerden doğan bu anlatı kövrəkliyi ve samimiyeti ile savaş konusunda yazılmış eserler içerisinde seçilir.

Ayrıca satirik anlatı ve hikayelerin, "Şirinbala puan olacak", "Hardasan ay bekarlık", "Həmişəxanım" gibi ünlü, sahneden düşmeyen komediyalarında yazarıdır. "Bir kız bir erkek çocuğun", "Sevginin adresi kalptir", "Her gün ömürden gidiyor" gibi kitapları döneminde büyük tirajla yayınlandı ve bestsellerə dönüşmüştür.
--reklam--
Salam Qadirzade Kitapları - Eserleri
46 Bənövşə
Sevdasız Aylar
Kəndimizdə Bir Gözəl Var
Qış Gecəsi
Hər Gün Ömürdən Gedir
Şlyapalı Mauqli
Ülkər Aytəkin
--reklam--
Salam Qadirzade Alıntıları - Sözleri
"Kimsәninsә məһәbbәtindәn sәdәqә ummaq qadın üçün әn böyük әskiklikdir." (46 Bənövşə)
Bir adsız әsәr var, onu mәndәn başqa һeç kәs oxumayıb. (46 Bənövşə)
"Axı mən bu gündən sonra başqa səmtə getməliydim. İnstitutum da, yolum da dəyişmişdi... Elə özüm də dəyişmişdim. O axşam bənövşəli dəftərimin axırıncı ağ vərəqinə elə bu sözləri yazdım və nöqtəni qoydum. "Ağllı bir dəfə aldanar, həyatda mən də yanıldım. Özün hamısına şahidsən. Sən doldun, ancaq ürəyim boşalmadı. Əlvida, mənim bənövşəli dəftərim, əlvida." (46 Bənövşə)
Etibarsız etibardan, dәyanәtdәn, qeyrәtsizlәr namusdan, qeyrәtdәn dәm vururlar. (Sevdasız Aylar)
— Sən titisən.
başa düşmədim. Bu nə söz idi!
— Titi özünsәn!—dedim.
Asif tutacaqdan yapışıb mәnә tәrәf әyildi.
— Ay qız, һeç bilirsәn «titi» nәdir?
— Yox...
O, izaһ elәdi:
— Panamada on iki yaşınacan bütün qızların adı "Titi" olur. Yәni çiçәk. Bu onlarda bir qaydadır. On iki yaşından sonra qızların әsl adını qoyurlar...
Dilimi saxlamadım:
— Әvvәla, bura Panama deyil, Azәrbaycandır. İkincisinә qalanda, mәnim on iki yox, on doqquz yaşım var. Aydındır?!
—Ancaq sәn yenә "Titi"sәn! Ona görә ki, qәlbin һәlә dә on iki yaşında uşağınkıtәk safdır, tәmizdir.Büllur kimi... Aydındır?..
— Xeyr! Qәlbimdәsәn?
— Gözlәrindәn oxuyuram. (Sevdasız Aylar)
Könlüm arzular qəbiristanıdır... (Kəndimizdə Bir Gözəl Var)
İllər qanadlıdır, nədir?
Gənclik necə də tez ötüb,keçdi! (Kəndimizdə Bir Gözəl Var)
+Dünyanın axırıdır?
-Yox.Məhəbətin əvvəlidir... (Kəndimizdə Bir Gözəl Var)
"Mәn lap uşaqlıqdan bədii kitabların aludәsi olmuşam.
Әlimә keçәn şeirlәri, romanları gecә-gündüz, dönә-dönə oxumuşam, yorulmamışam. Mütaliәyә acmışam – çörək kimi, susamışam— su kimi. Kitablar mәni yaxın-uzaq keçmişlәrә aparıb — sevindirib dә, kәdәrlәndirib də; təbiəti, iqlimi tanış doğma ellәri, yad, qürbәt ölkәlәr gəzdirib, qәribә insanlarla rastlaşdırıb kitablar. Bu sәyaһәtlәr zamanı һәyatda mәsud, bәxtәvәr yaşayan әzab-әziyyәt girdabında çapalayanları da, sevgisində vüsala yetәnlәri dә, һicran atәşindә qovrulanları da görmüşәm." (46 Bənövşə)
Sevmәk cinayәt sayılsaydı, gәrək bütün bәşәriyyәt müһakimә olunaydı! (46 Bənövşə)
Dogru demisler, goz qelbin aynasidir (Qış Gecəsi)
İlk görüşün,ilk məhəbbətin çox qəribə anları olur.. (Qış Gecəsi)
Qocalıq həyatın nə olduğunu dərk etmiş cavanlıqdır. (Hər Gün Ömürdən Gedir)
Eһ!.. Böyük günaһı bağışlamaq üçün, böyük ürәk saһibi olmaq lazımdır. (Sevdasız Aylar)
Könlüm arzular qəbiristanıdır... (Kəndimizdə Bir Gözəl Var)
Eh!.. Dünyada o qədər yaxşı insanlar var ki!.. Əlbəttə, pisləri də az deyil. Həyatın qəribəliyi, ədalətsizliyi çoxdur. Bəzən nəciblər, xeyirxah niyyətlərlə yaşayanlar vaxtından tez ölür, xəbislər, bədxahlar isə elə hey ömür sürürlər. (Kəndimizdə Bir Gözəl Var)
Bəzən insan yeniliyə, mədəniyyətə qovuşduqca arxada qalan ibtidai, köhnə həyatın həsrətini çəkir, keçmiş günləri təzədən yaşamağı arzulayır.... (Hər Gün Ömürdən Gedir)
Qocalıq həyatın nə olduğunu dərk etmiş cavanlıqdır. (Hər Gün Ömürdən Gedir)
Bütün sirri ürəyində gizlətməyi bacarırdı. Ancaq gözlərindən qorxurdu... (Qış Gecəsi)
Həyatın müqəddəslikdən saxtakarlığa yuvarlanması ən dəhşətli tənəzzüldür! Bu, bəşəriyyətin əsrlərdən zəmanəmizədək qoruyub saxladığı mənəvi nemətlərin elə darmadağın olunmasıdır ki, onu sonradan bərpa etmək qeyri-mümkündür! (Hər Gün Ömürdən Gedir)

---
Kaynak: [Mardin Life](https://www.mardinlife.com/kitap/qis-gecsi-salam-qadirzade-kitap-ozeti-konusu-ve-incelemesi)