Azerbaycan`lı ilim ve devlet adamı, ünlü romancı, akademisyen, yazar Mirze İbrahimov edebi kişiliği, hayat hikayesi ve eserleri merak ediliyor. Kitap severler arama motorlarında Mirze İbrahimov hakkında bilgi edinmeye çalışıyor. Mirze İbrahimov hayatını, kitaplarını, sözlerini ve alıntılarını sizler için hazırladık. İşte Mirze İbrahimov hayatı, eserleri, sözleri ve alıntıları...

Tam / Gerçek Adı: Mirzə İbrahimov

Doğum Tarihi: 15 oktyabr 1911

Doğum Yeri: Eva, Serab, İran

Ölüm Tarihi: 1993

Ölüm Yeri: Azerbaycan, Bakü

Mirze İbrahimov kimdir?

Mirza İbrahimov – Azerbaycan`lı ilim ve devlet adamı, ünlü romancı, akademisyen

Çağdaş Azerbaycan nesirinin en önde gelen isimlerinden biri olmuştur. İlk hikâye ve esselerini 30. yıllarda yazdı. Yaratıcılığında gerçek yaşam levhalarının tasvirine, milli-manevi değerlerin tebliğine geniş yer vermiştir.

Azerbaycan Yazıcılar İttifakı Başkanlığı yapmış, 1954 yılında Azerbaycan Meclis Başkanlığı’na seçilmiştir

--reklam--

Mirze İbrahimov Kitapları - Eserleri

  • Seçilmiş Eserleri
  • Böyük Dayaq
  • Seçilmiş Eserleri
  • Pərvanə
  • Pərvizin Həyatı
  • Həyat
  • Murovdağın Ətəyində
  • Giqantlar Ölkəsi

--reklam--

Mirze İbrahimov Alıntıları - Sözleri

  • Səbir müvəffəqiyyətlərin açarıdır. (Seçilmiş Eserleri)
  • Şirin ümidlərlə yaşayırdı... (Seçilmiş Eserleri)
  • Göy üzünün ulduzları da ona çox soyuq görünürdü. (Böyük Dayaq)
  • Dünya mənə bir şey verməyib, əlimdən də bir şey ala bilməyəcək. Ona görə də nə düşünürəm, onu da deyəcəyəm, həqiqəti deyəcəyəm. (Seçilmiş Eserleri)
  • - Oxu, oğlum, dünyanı cəhalətdən qurtaran ancaq elmin ziyası olacaqdır. Oxu və uşaqları oxut! Səadət ancaq elmdədir! (Seçilmiş Eserleri)
  • Bu dünyada saralıb-solan, ölüb gedən hər faydalı şey kədərli bir iz buraxmırmı? (Seçilmiş Eserleri)
  • Yaxşı deyiblər ki, ürək bir şüşədir, sındırdın, yaşamaq olmaz...[♡] (Seçilmiş Eserleri)
  • - Azadlıq məgər özbaşınalıqdır? Ərin ər yeri var, arvadın arvad! Yoxsa bu evdə bizim bir ixtiyarımız yoxdur? - Bu evdə sənin çox ixtiyarın var. Amma o şey ki, təkcə mənə aiddir, mən bilərəm. Orda hökm işləməz! (Böyük Dayaq)
  • Bir şeyin pis olduğunu bilmək azdır. Gərək pisi yaxşıynan əvəz eliyəsən. (Seçilmiş Eserleri)
  • O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü. (Seçilmiş Eserleri)
  • İnsanın həyatı da su kimidir. Hey axır, axır. Ancaq bəzisi bulanıq, lehməli suya, bəzisi də bulağın suyuna oxşayır, duru, ayna kimi..) (Seçilmiş Eserleri)
  • - Xob, hansı məmləkətdə işsiz yoxdur, dilənçi yoxdur? Hansı şəhərdə ac və lüt tapılmaz? Dünyada hamı ki varlı olmaz. "Sən ağa, mən ağa, bəs inəkləri kim sağa?" (Seçilmiş Eserleri)
  • "Göy üzünün ulduzları da ona çox soyuq görünürdü..." (Böyük Dayaq)
  • Yazıq, min yazıq bizə baxıb “övladlarım var” deyən vətənə! Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə biz gəzirik. Bizim həyatımız bir qara quruşa dəyməz!.. Çünki, bizcə, həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir... Biz ölüm qapımızı döyənə kimi belə yaşayacağıq... Biz ölmək üçün yaşayırıq... Yaşamaq üçün ölən insanlardan xəbərsizik!.. Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar... Səni də, məni də, bizim tanış və dostlarımızı da. Yox, bəlkə, səni bir az yad edən tapıldı... Deyəcəklər ki, dərzi Azad yaxşı yamaq salardı... Allah rəhmət eləsin! (Seçilmiş Eserleri)
  • "Lakin hissiyyatın coşduğu və hansı bir səbəbdənsə ruhun oynadığı zaman, içilən andlara hər kəs sadiq qalırmı...?" (Böyük Dayaq)
  • Torpaq sizindir - bir pay, su sizindir - iki pay, mal sizindir - üç pay, toxum bizimdir - bir pay, bax bu əl, bu zəhmət bizimdir - bu da bir pay, elədi iki pay. Deməli, beşdə üçü sizin, beşdə ikisi bizimdir. (Seçilmiş Eserleri)
  • Düşünürdü ki, həyat niyə bu qədər mürəkkəb və dolaşıqdır. Niyə zəhmət çəkənlər və istedad sahibləri ehtiyac içindədir, tənbəllər və qabiliyyətsizlər isə süd gölündə üzürlər?.. Niyə?! (Seçilmiş Eserleri)
  • Bəlkə də, bütün bunları o, yuxuda görürdü: azad və xoş bir dünya! İnsan bütün varlığın ağasıdır, hakimidir. Üzlər səadət işığı ilə parlayır. Hər kəs sönməz bir həvəslə yaşamaq və yaratmaq istəyir! Nə aclıq, nə ehtiyac, nə də ümidsizlikdən qaralmış batıq gözlər var! (Seçilmiş Eserleri)
  • - Sən xoşbəxtsən, dostum, qəlbin dilindən çox zəngindir. (Seçilmiş Eserleri)
  • Topalanıb çoxalan bu ulduzlar açılmaz bir sirrinmi, əbədi bir sevdanınmı dastanını oxuyur... (Böyük Dayaq)