Kitap Künyesi
Yazar: Cengiz Abdullayev
Yayın Evi: Qanun Nəşriyyat
İSBN: 2000027567966
Sayfa Sayısı: 280
--reklam--
Abırlı Adam Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
Ölümlə nəticələnmiş sirr və müəmmalar… Onlar məşhur analitik-ekspert Dronqonu daim daban-dabana izləyir. Bir dəfə o, aeroportda təsadüfən Nikolay Suteyev adlı biznesmenlə tanış olur. Və cəmisi ikicə aydan sonra xəfiyyəyə müraciət edib, öz mənzilinin qapısı ağzında güllələnmiş bu şəxsin son dərəcə mürəkkəb qətlinin təhqiqatıyla məşğul olmağı ondan xahiş edirlər. Dronqo izləri toplamağa, özgə taleləri, xarakterləri araşdırmağa, davranışın motivlərini öyrənməyə başlayır- o ən gizli, ən məhrəm sirlərin kökünə gedib çıxır – indiyəcən yüz dəfə elədiklərini eləyib, öz vəzifəsini həmişəki kimi vicdanla yerinə yetirir. Ancaq böyük çətinliklər bahasına başa gələn bu son dərəcə mürəkkəb və ağlasığmaz araşdırmanın yekununda əldə etdiyi nəticə, üzə çıxardığı dəhşətli həqiqət Dronqonu əməlli-başlı şoka salır və o, ömründə ilk dəfə ifşa etdiyi qatilə əl uzadır- etiraf etməyə məcbur olur ki, onu heyran qoyan qatilin inanılmaz hərəkəti… əslində, əsl hörmət və mərhəmətə layiqdir!
Çingiz Abdullayevin bütün əsərlərinin Azərbaycan dilinə tərcüməsi və Azərbaycanda yayım haqları Qanun və Əli və Nino nəşriyyatlarına məxsusdur.
--reklam--
Abırlı Adam Alıntıları - Sözleri
- İnsana, ümumiyyətlə, yalan çox baha başa gəlir. Həmişə, hər zaman dəqiq xatırlamağ lazım gəlir ki, sən məhz nə demisən, kimə demisən və danışdığın yalanı hansı ardıcıllığla danışmısan. Əslində, daim yalan danışmaq çox çətin məşğuliyyətdir.
- Mən də normal insanın görməli olmadığı çox şeyləri görmüşəm. Ona görə də Allah olmadığımı heç vaxt unutmuram; bu mənim həmişə yadımdadır. Və əgər Allah bəzən belə alçaqları bağışlayırsa, mən bağışlaya bilmərəm. Bu mənim prinsipial mövqeyimdir.
- - Siz hesab edirsiniz ki, mən hər şeyi düzgün etmişəm? Amma mənə düzünü deyin. Sizdən xahiş edirəm. - Mən düşünürəm ki, sizin yerinizdə, ola bilsin ki, mən də belə hərəkət edərdim, amma mən hakim deyiləm. Sizin artıq başqa hakiminiz var və doğru hərəkət edib-etməməyinizi həll etmək indi onun ixtiyarındadır. - Hansı hakim? Və onda Dronqo yuxarını göstərdi..
- " Hərdən çox danışmaq vacib deyil. Yalnız əl uzatmaq yetər. "
- Tənhalıq və alçaqlıq arasındakı seçimdən başqa dünyada yalnız nadir istisnalar mövcuddur.
- Kişilərin içində keçmişin bu atavizmi hələ də qalmaqdadır, – Dronqo düşündü, – biz savaşmaq imkanı ələ düşən kimi dərhal vəhşiləşirik; içimizdə mürgüləyən təcavüzkarlığı oyatmaq, öz yerimizi tutmaqdan ötrü bir-birimizi didib parçaladığımız, milyon illərlə yaşadığımız mağaranı yada salıb xatırlamaq bizi dərhal vəhşiləşdirir. Yalnız güclülər sağ qaldılar, öz yeri, öz arvadları, öz bir parça ət payı, öz həyatı uğrunda başqalarından daha yaxşı vuruşmağı bacaranlar sağ qaldılar. Bir neçə min illik sivilizasiya bizi dəyişdirə bilmədi.
- - Sizinlə mübahisə etmək çox çətindir, siz çox vasvası hüquqşünassınız. - Mən təcrübəli hüquqşünas deyərdim.
- Cütlükdə əzab çəkməkdənsə ayrı-ayrılıqda tək yaşamaq yaxşıdır.Çünki adamı atıb getmək istəyən qadınla bir yerdə yaşamaq,əslində,çox dözülməz şeydir.
- — Sizə nə olub ki, belə bərkdən ağlayırsınız? Nəsə bir şey baş verib? —Hə, — kişi başını silkələdi, — baş verib. Arvadım məni atıb gedib. — Və siz də onunçün özünüzü beləcə öldürürsünüz? — Dronqo kinayəsini gizlətmədi. — Məncə, buna yalnız sevinmək lazımdır. Əgər arvadınız sizi atıb getmək qərarına gəlibsə, heç şübhəsiz ki, onu saxlamaq qeyri-mümkün olub və o sizinlə yaşamağı çox da istəməyib. Belə vəziyyətdə bu, demək olar ki, ideal qərardır. Cütlükdə əzab çəkməkdənsə ayrı-ayrılıqda tək yaşamaq yaxşıdır. Çünki adamı atıb getmək istəyən qadınla bir yerdə yaşamaq, əslində, çox dözülməz şeydir.
- "Kişilərin içində keçmişin bu atavizmi hələ də qalmaqdadır,-Dronqo düşündü, - biz savaşmaq imkanı ələ düşən kimi dərhal vəhşiləşirik; içimizdə mürgüləyən təcavüzkarlığı oyatmaq, öz yerimizi tutmaqdan ötrü bir-birimizi didib parçaladığımız, milyon illərlə yaşadığımız mağaranı yada salıb xatırlamaq bizi dərhal vəhşiləşdirir. Yalnız güclülər sağ qaldılar, öz yeri, öz arvadları, öz bir parça ət payı, öz həyatı uğrunda başqalarından daha yaxşı vuruşmağı bacaranlar sağ qaldılar. Bir neçə min illik sivilizasiya bizi dəyişdirə bilmədi. "
- Adamlar özlərini arxayın hiss edəndə, səhvə yol verməyə başlayırlar
- Əgər kişinin imkanı varsa, hətta onu qızıl qəfəsdə salsan da, xeyri yoxdur, o həmin imkandan istifadə edəcək
- "Biz səninlə, sadəcə, keçmişdən gələn, ötən əsrlərdən qalma iki nəhəng dinozavrıq, oturub keçmiş zamanların xiffətini çəkirik. Əgər indi bizim söhbətimizi bir kənar adam eşitsə, dərhal anlayar ki, sən sabiq “kaqebeșnik”sən, mən də Sovet İttifaqının İnterpoldakı keçmiş əməkdaşı. Və biz hər ikimiz öz dövrümüz üçün qəribsəmişik, oturub həmin illərin xiffətini çəkirik. Bizə təzyiq etmək lazımdır, Edqar, bizi sıxmaq lazımdır, qovmaq lazımdır, köhnə süpürgəylə biryolluq süpürüb atmaq lazımdır ki, xalqın öz nurlu gələcəyinə, işıqlı kapitalizminə getməsinə mane olmayaq."
--reklam--
Abırlı Adam İncelemesi - Şahsi Yorumlar
--reklam--
Abırlı Adam PDF indirme linki var mı?
--reklam--
Cengiz Abdullayev - Abırlı Adam kitabı için internette en çok yapılan aramalardan birisi de Abırlı Adam PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı Cengiz Abdullayev Kimdir?
Dr. Cengiz Abdullayev, 7 Nisan 1959 yılında Bakü'de doğdu. 1980'li yılların ortalarında Sovyet Sosyalist Cumhuriyetler Birliği Savunma Bakanlığı'nda aktif olarak görev aldı. Daha sonra tekrar Bakü'ye dönen Abdullayev, burada Azerbaycan Sovyet Sosyalist Cumhuriyeti KGB İstihbarat Servisi'nde çalışmaya başladı. Uluslararası Hukuk alanında doktor olan yazar, dört kıtada ve birçok ülkede bulundu ve iki kez görev başındayken yaralandı.
İlk eseri olan Mavi Melekler uluslararası uyuşturucu şebekelerine karşı SSCB'nin ve İnterpol'ün işbirliği içerisinde yürüttüğü operasyonların iç işleyişini su yüzüne çıkardığı için yasaklandı. "Glastnost" devrinin başlamasıyla kitabının yayınlanmasına izin verildi. Basıldığı ilk gün satış rekorları kıran Mavi Melekler SSCB bölgesinde büyük bir yankı uyandırdı.
Sosyalizmin yıkılmasıyla KGB'deki görevinden istifa eden Abdullayev, tecrübelerini kaleme aldığı eserleriyle edebiyat dünyasında kendine güçlü bir yer edindi. Seksen üzerinde eseri bulunan Cengiz Abdullayev, hâlen Azerbaycan Yazarlar Birliği başkan yardımcılığı görevini yürütmektedir. On dile çevrilmiş eserlerinin, dünyadaki toplam trajı oniki milyonun üzerindedir.
En önemli eserlerinden bazıları: Gün Işığında Karanlık, İnsan Avı, Mavi Melekler, Esrarengiz Cinayet, Kötülerin Yasası, Katile Ödül
--reklam--
Cengiz Abdullayev Kitapları - Eserleri
- Mavi Melekler
- Mənim Gözəl Alibim
- Bakı Bulvarı
- Ölümü Özün Seç
- Əclafların Qanunu
- Xəzinədar
- Prezident Ovu
- Məntiq Qaydaları
- Andorra Sevməli və Ölməli Yerdir
- Dərdimə Şərik Ol
- Namərdin Üslubu
- Məhşər Ayağında
- Abırlı Adam
- Etiraflar Vadisi
- İnsan Ovu
- Yekun Diaqnoz
- Allahın Tərəfində
- Bumeranq Zerbesi
- Tver Bulvarı
- Böyük Oyun
- Hammurapi Qanunu
- Qaniçənlər Aynası
- Vyana Gecəsinin Sirri
- Soyuqdan dönməyən casuslar
- Milyardın Dəyəri
- İngilis Bulvarı
- Alqış Sədaları Altında Ölüm
- Transilvaniya Səfəri
- Yeni Cəngavər Qadınların Qəbiləsi
- Satürn'ün Tövbesi
- Vicdanın Adaptasiyası
- Uğursuzun Hekayəti
- Balkan Sindromu
- Qurbanlıq Sindromu
- Soyugu Qoruyanlar
- Uzun Çəkən Sözardı
- Quba Kapriççiosu
- Payız Madriqalı
- Aşkar metamorfoza
- Qazanılmış Cəhənnəm
- Ailə Sirləri
- Qərb Bürküsü
- İrodun Kölgəsi
- Əclafların Kredosu
- Bağdadlı Əlaqələndirici
- Maskanın Hakimiyyəti
- Kurtlar Sofrasında
- Cənub Rapsodiyası
- Folun Bir Addımlığında
- Araftan Kurtuluş
- Şübhəsiz Metamorfoz
- Monte-Mario Təpəsində Ölüm.
- Unudulmuş Röya
- Zehir
- Manipulyator. Plutokratlar
- Bir Ümman Nifrət
- Şərq Küləyi
- Rəzalətin Son Həddi
- Meymun İli
- Okkamanın İnkarı
- Ümid Külü
- Yalnız Özümüzünkülər
- Freyd Üçün Etüd
- Yeni Amazonlar Klanı
- Qisasın Ölçüsü
- Oktav Timi
- İblislərin ənənələri
- Fillər öləndə
- Qatil Üçün Qran-Pri
- Onun Qəlbinin Üçdə Bir Hissəsi
- Üçüncü Variant
- Centlmen Sövdələşməsi
- Manyakın İdrakı
- Gedər- Gəlməz
- Veneranın İkinci Dəfə Həyata Gəlməsi
- Paralel Həyat
- Şübhəsiz Metamorfoz
- Əfsanəyə Çevrilmə Haqqı
- Əclafların Vicdanı
- Qanın Üç Rəngi
- Məhəbbət və Nifrətin Zirvəsi
- Qırılmış Əlaqə
- Cəlladın Müdrikliyi
- Manipulyator. Üç Payız Günü
- Milad Bayramında Açılan Atəş
- Sutenyorun Qəlbi
- Путь воина
- Eramızın Əzəlində Sui-Qəsd
- Sonuncu Divarın Daşları
- Kantagardan Agent
- Qanın Üç Rəngi (kiril əlifbası ilə)
--reklam--
Cengiz Abdullayev Alıntıları - Sözleri
- Büyükler çoğu zaman bunu bilmez ama çocuklar genellikle etraflarında olup bitenlere karşı oldukça duyarlıdırlar. (Kurtlar Sofrasında)
- -İnsanların hepsi farklıdır, dedi Drongo iç çekerek. Bu yüzden de evde kaldık. İnsanlar boşanırken şiddetli geçimsizlik, uyuşmazlık gibi bir sürü bahane üretirler. O zaman herkes tıpa tıp kendisi gibi olan bir eş, yani kopyasını aramalı. Bu da mümkün değil... (Zehir)
- Nənəm həmişə deyərdi:"Qadın üçün bir kişi xeyli çoxdur, iki kişi isə-xeyli az." (Bakı Bulvarı)
- Bazen bir saniye, her şey demektir. (Mavi Melekler)
- Erkeğin en seksi yönü zekâsıdır, aklıdır. (Zehir)
- Aynen satrançta olduğu gibi. Vezire karşı vezir güçlerin eşit olması demektir ama vezir karşısında iki piyon olunca sonuç piyonların ezilmesi olmalıydı. (Oktav Timi)
- Bir neçə il sonra bir kazino tikilib, onun memarı Paris operasını inşa edən böyük Şarl Qralye idi (Böyük Oyun)
- Həyatında bir dəfə ürəkdən sevən adam daha məhəbbətsiz yaşaya bilməz. Bir dəfə sinə dolusu nəfəs alan insan daha yarı nəfəslə yaşaya bilməz. Uçurum kənarında həyatın gücünü duyan insan daim uçurum kənarında gəzməklə öz gücünə olan inamı dönə-dönə təsdiq etməli və öz nümunəsilə başqalarına örnək olmalıdır. (Mavi Melekler)
- (Əclafların Qanunu)
- ...meyidlər görmüş və insana atəş açmağına necə sadə və asan olduğunu bilirdi. Bir dəfə bu həddi keçmiş insanlar,evə qayıtdıqdan sonra,daha əvvəlki adam ola bilmirdilər.Qan iyi onları başqa adama çöndərirdi. (Qisasın Ölçüsü)
- İnsan həyatı yalanlardan ibarətdir. Hər təbəssümün arxasında bir bezginlik, hər heyranlığın arxasında örtülü bir qarğış, hər zövqün arxasında bir ikrah hissi gizlənir. Dadlı bir busə dən sonra isə dodaqlarda yalnız yeni nəşələrin nisgilli həsrəti qalır. (Vicdanın Adaptasiyası)
- Biz hamımız öz şahzadəmizi axtarırıq.Bir nəfəri və ömürlük. Elə birisi olsun ki,onunla fəxr edəsən, onu sevəsən,onun qayğısına qalasan,ondan uşaqlar doğasan,onunla bir yerdə qocalıb qarıyasan və onunla bir yerdə öləsən. Lakin əgər belə bir şəhzadə rastımıza çıxmırsa,onda biz səadət axtarışına çıxırıq.Və bu səadəti heç də həmişə əldə etmirik. Ülvi məhəbbət, ağıllı və tərbiyəli uşaqlar, normal mövcudluq,hər cür məişət qayğılarının,maddi çətinliklərin,mənzil-kommunal problemlərinin yoxluğunu,doğma və yaxın adamlarımızın sağlamlağını istəyirik.Mütləq xoşbəxtliyin formulu bax budur.Ancaq real həyatda bu demək olar ki,olmur.Əlbəttə ki,adama toxunur. (Bakı Bulvarı)
- İnsanları iki tipə bölmək olar-dahilər və sadəcə, istedadlılar.İstedadlı adam heç kimin nail ola bilmədiyi məqsədə nail olur.Dahi isə özündən başqa heç kimin görə bilmədiyi məqsədə nail olur. (Yekun Diaqnoz)
- Sonra hər şey bitdi, bizim inancı ayaq altına atdılar, sonra da gətirib boynumuzdan asdılar. (Mənim Gözəl Alibim)
- Bilirsən, adamların əksəriyyəti yaşamadıqlarını bilmədən ölüb gedirlər. Amma xoşbəxtcəsinə ölürlər, çünki yaşamadıqlarından xəbərləri olmur. (Andorra Sevməli və Ölməli Yerdir)
- Əzabın haqqında kiməsə bildirəndə azca yüngülləşirsən. Sən mənim,mən sənin ağrını ala bilmərik. Amma.bi, bir-birimizi başa düşə bilərik. Bu da pis deyil. (Dərdimə Şərik Ol)
- Ən qəddar tiranlıq odur ki,o qanun kölgəsində və ədalət bayrağı altında çıxış edir (İrodun Kölgəsi)
- – Mən artıq heç nəyə təəccüblənmirəm ... (Əclafların Qanunu)
- Ərlərinin yolunu onilliklər boyu gözləyən sadiq ömür-gün yoldaşı haqqında əfsanə,elə əfsanə olaraq da qalırdı. Həyatda hər şey daha cılız və iyrənc idi.... Bu yazıya ilk öncə pis olmuşdum. Niyə qadınları tənqid edir deyə düşünmüşdüm. Sonra bu fikir mənim diqqətimi dağıtdı. Oturub düşünəndə fərqinə vardım ki, həqiqətən də əksəriyyət belə olduğu üçün sadiq qadınların hörməti düşüb. :(( (Ölümü Özün Seç)
- Monako və Monte-Karlo sözləri Las-Veqas ifadəsi kimi qumar oyunlarının simvoluna çevrilib (Böyük Oyun)
Yorumlar
0 yorumYorum yazmak için tam sürüme geçin