Qanunsuz Əməliyyat - Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi
Qanunsuz Əməliyyat kimin eseri? Qanunsuz Əməliyyat kitabının yazarı kimdir? Qanunsuz Əməliyyat konusu ve anafikri nedir? Qanunsuz Əməliyyat kitabı ne anlatıyor? Qanunsuz Əməliyyat PDF indirme linki var mı? Qanunsuz Əməliyyat kitabının yazarı Elxan Elatlı kimdir? İşte Qanunsuz Əməliyyat kitabı özeti, sözleri, yorumları ve incelemesi...
Kitap Künyesi
Yazar: Elxan Elatlı
Yayın Evi: Elgün Neşriyat
İSBN: 9789952827606
Sayfa Sayısı: 292
Qanunsuz Əməliyyat Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
Milli təhlükəsizliyimizi və ictimai asayişimizi qoruyan qəhrəman oğul və qızlarımıza hörmətlə ithaf edirəm.
(Müəllif)
Detektiv-macəra romanında söhbət iyirmi dörd il əvvəl baş vermiş qətl hadisəsinin məxfi agent Gültən Dəmirli tərəfindən yenidən araşdırılmasından və şəhərdə təxribatlar törədən mütəşəkkil terrorçu dəstənin zərərsizləşdirilməsindən getsə də, burada anaya və vətənə məhəbbət, mürəkkəb ailə münasibətləri, qadın psixologiyası, düşmənə nifrət, intiqam eşqi və digər məsələlərə də kifayət qədər yer ayrılıb.
Əsərdə müəllifin əvvəlki romanlarından sizə yaxşı tanış olan obrazlarla bir daha qarşılaşacaq, onların həyatlarında baş vermiş yeniliklərlə tanış olacaqsınız.
Oxuyun, Elxan Elatlının bütün digər əsərləri kimi bu roman da çox maraqlıdır.
Qanunsuz Əməliyyat Alıntıları - Sözleri
- Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir.
- Axı insan,şəxsən öz başına gəlməyincə,heç bir kəsin faciəsini dərindən anlaya bilmir!?..
- Müstəntiq təcili tibbi yardım maşınının Kubinkaya gəlmə vaxtını mütləq dəqiqləşdirməli imiş.Onun bu səhvi ucbatından əsl cinayətkar dəqqətdən kənarda qalıb və günahsız Fərcan düz on dörd il azadlıqdan məhrum edilib.Çox təəssüf!..Bir dövlət məmurunun nadanlığı ucbatından gənc universitet tələbəsinin mənəviyyatı korlanmışdı.Bütün həyatı məhv olmuşdu.
- İnsan,şəxsən öz başına gəlməyincə, heç bir kəsin faciəsini dərindən anlaya bilmir...
- Gələn hər bir gecə mütləq kimlər üçünsə ömürlərinin son gecəsi olur.Bu adamlar heç vaxt bilmirlər bunu.Bilmirlər ki,bu gecədən sonra səhər açılacaq,günəş doğacaq,lakin onlar bu günəşin necə batdığını bir daha görməyəcəklər.
- Kim bilir, bəlkə elə bu da vətənpərvərliyin bir göstəricisi idi.Doğulduğun yerin hər bir özəlliyindən qürur duymaq...
- Artıq yaxşı bilirdi ki, istənilən insan hər bir yaxşı işə qadir olduğu kimi,hər bir pis işə də qadirdir.
- Bu zaman Baratov ona cavab veribmiş ki,lap yaxşı,anasını sevməyən,onu hamıdan və hər şeydən uca tutmayan adam heç bizə də lazım deyil.Beləsi öz vətənini,millətini heç bir zaman ürəkdən sevə bilməz.
- Biz qadınların ürəyi qaranlıq bir quyudur. Bəzən özümüz də baş açmırıq özümüzdən...
- Tanrı öz yaratdıqlarına heç vaxt ayrı-seçkilik etməzdi. Ayrı-seçkilik etmək xüsusiyyəti yalnız insanlara məxsus idi.
Qanunsuz Əməliyyat İncelemesi - Şahsi Yorumlar
Hələ bu əsəri indi aldım, axşamdan başlayacam oxumağa. Elxan Elatlının romanlarını sevərək oxuyuram. Bunu da bəyənəcəyimə inanıram... Həyəcanla oxuduğum romanlarından insan ayrıla bilmir. Niyə Susursan Palkovnik və Mərtəbələr romanını iki gün ərzində oxuyub bitirdim. İnsanı öz içinə çəkir, elə gözəl hislərə toxunur ki, insan o yaşananları, şəxsən özünün yaşadığını düşünür. (Asim Fərəcov Kitab Sevər)
Müasir Azərbaycan yazıçılarından olan Elxan Elatlının oxuduğum ilk əsəri idi. Onun haqqında çöx gözəl sözlər eşitmişdim. Bu da məndə onun əsərlərinə böyük maraq oyatdı. Və nəhayət onun kitabına ulaşa bildim. Yazarın çox gözəl qələm sahibi olduğunu eşitmişdim, amma "Qanunsuz əməliyyat"ı oxumaqla onun söyləniləndən qat-qat yaxşı yazıçı olduğunu anladım. Məni onun əsərlərinə bağlayan bir digər səbəb mənim sevdiyim mövzuda, yəni dedektiv janrında yazması idi. Belə tip əsərlər çox maraqlı olur. Məncə, yazıçı ən gözəl dedektiv yazan yazıçılarımızdandır. _Gələk əsərə_ Əsər haqqında qısa danışmağa çalışacam, çünki səhvən icləməmdə spoilər verə bilərəm. Əsərdə əsas hadisələr elə ilk səhifədən başlayır desəm çox doğru olar. Bir də onu da vurğulayım ki, ilk səhifədən sonuncu səhifəyə qədər əsəri həyacanla və sıxılmadan oxuyacağınıza qaranti verirəm. Normalda bəzi əsərlərin ilk səhifələri can sıxıcı olur. Amma bu əsər əsla belə deyil. Hadisələr elə maraqla inkişaf edir ki, bəzən əsəri bur nəfəsə oxuyub bitirmək istəyirsiniz. Sonu necə bitəcək deyə çox düşünürsünüz, amma sakın gedib kitabın axrından 2-3 səhifə oxumayın onusuzda heç nə anlamayacaqınız Ümid edirəm ki, bu incələməmin sizə faydası toxunub. (Mehriban Əsgərova)
Yetimxanada boyuyen bir qizin heyat hekayesi. Yene esas movzu ""Xeyanet"". Butun yasananlarin sebebkarinin muemmali kimliyinin ortaya cixmasi ........... (Elnara)
Qanunsuz Əməliyyat PDF indirme linki var mı?
Elxan Elatlı - Qanunsuz Əməliyyat kitabı için internette en çok yapılan aramalardan birisi de Qanunsuz Əməliyyat PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı Elxan Elatlı Kimdir?
Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.
1980-1985 yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı.
2001 yılından beri Bakü de yaşıyor.
Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır.
Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.
Elxan Elatlı Kitapları - Eserleri
- Adsız Tablo
- Seçilmiş Cəza
- Ən Yaxın Planet
- Arxalı Canavar
- Qisas Gecəsi
- Cəhənnəmdən Gələn Səs
- Yeddinci Mərtəbədə Qətl
- İtmiş Qızın Axtarışı
- Dilənçi Qadının Sirri
- Ələkeçməz Yaquar
- Pəncərədə Görünən Kölgə
- Bakıdan Gələn Xəfiyyə
- Xəyanət
- Görünməyən İzlər
- Qanunsuz Əməliyyat
- Niyə Susursan, Polkovnik?
- On Dördüncü Adam
- Məhəbbətin Gizli Kodu
- Qan Ləkəsi
- Xəstə ruhlar
- O Gecə Yağış Yağırdı
- Mərtəbələr
- Ölüm Ağacının Kölgəsində
- Eksperiment
- Qanbay Qasımlının Xəfiyyələri
- Armed Mişel
- Yeddinci Mərtəbədə Qətl
- Uğursuz Gecə
- Qan Ləkəsi
Elxan Elatlı Alıntıları - Sözleri
- "Çalış insanları şərdən xilas et, bu, sənin özünə verdiyin sədəqədir.".. (Adsız Tablo)
- "Mənim ölümümdə heç kəs günahkar deyil. Bunu özüm düşünmüşəm. Çünki, həyatın heç bir mərtəbəsində yerim yoxdur artıq..." (Mərtəbələr)
- Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi anlayırlar? Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş?!... (Arxalı Canavar)
- Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər, dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə günəşdən qabaq gəlməklə bizə səhərin açılacağını xəbər verir. Qəlbimizi sevinclə, inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür. Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hesab edirik, ona görə ki, əlimiz çatmır… (Ən Yaxın Planet)
- -İnsanları tanımaq çox çətindir. (O Gecə Yağış Yağırdı)
- Kim nə deyir-desin, körpələrlə ünsiyyətdə olmaq özü bir dünyadır. Onların hər bir qayğıdan uzaq şən qığıltısı, gülən və hamını güldürən büzüşmüş dodaqları, zərif, koppuş yanaqları, balaca, lap balaca əlləri.... (Niyə Susursan, Polkovnik?)
- "Bədənsiz ruhlar elə ruhsuz bədənlər kimi qorxusuzdurlar, buna əmin ola bilərsiniz. Onlar bəzən cinayət törətmək istəsələr də bunu bacarmayacaqlar. Çünki məqsədlərini həyata keçirən bədən tapılmayacaq" (Xəstə ruhlar)
- Nə isə... Adam Allahını unudanda , doğrudan da, hər şey edə bilərmiş... (Niyə Susursan, Polkovnik?)
- Heç bir adam barəsində «o belə bir iş tutmaz!» sözünü demək düzgün deyil. (Qan Ləkəsi)
- Başını qaldırıb kitab şkafının üst rəfində ayrıca qoyulmuş qırmızı cildli kitaba baxdı.Bu, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi"idi.Qəhvədən bir qurtum içib kinayə ilə gülümsədi.Maraqlıdır,görəsən,niyə bu məcəllələrdə bir cinayətin cəzası yeddi il azadlıqdan məhrum etməkdən başlayır,başqa cinayətinki,məsələn,səkkiz ildən?Yəni,bu rəqəmlər arasında,doğurdanmı ədalətə xidmət edən məntiqi bir fərq var idi? Bu kitaba hər dəfə baxanda düşünürdü ki,dünyada,insanlar arasında ədalət deyilən şey yoxdur.Nə ədalət var,nə də lazımi qədər ədalətli adamlar.Ədalət olsaydı,cinayətlər olmazdı.Ya kifayət qədər sözün həqiqi mənasında ədalətli adamlar olsaydı,onları hakim kürsülərində əyləşdirərdilər və onlar da hər hansı cinayəyin cəzasını öz ədalətli qəlblərinin sözünə baxmaqla müəyyən edərdilər.Kitabsız-filansız... (Seçilmiş Cəza)
- -Yox , əzizim , məhəbbətə görə heç vaxt cinayət törətmirlər . Cinayətlər şəhvətə , məşum ehtiraslara görə törədilir . (Yeddinci Mərtəbədə Qətl)
- Keçmişdə deyirlərmiş ki, Tanrı qadını yaradanda gözəlliyi gözlərinə, təravəti dərisinə, incəliyi burnuna, çənəsinə, şirinliyi dodaqlarına və dişlərinə verib. (Bakıdan Gələn Xəfiyyə)
- Tanrı öz yaratdıqlarına heç vaxt ayrı-seçkilik etməzdi. Ayrı-seçkilik etmək xüsusiyyəti yalnız insanlara məxsus idi. (Qanunsuz Əməliyyat)
- Səngərdə bir əsgəri danışdırırlar,deyir ki,mən bura ölməyə gəlmişəm.Öldürməyə gəlmişəm deməkdənsə, ölməyə gəlmişəm deyir.Belə əsgər olar?Buna qulaq asanlar da fikirləşəcək ki,düşmənin üstünə gedən ölməyə gedir. (Qisas Gecəsi)
- Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur... (Niyə Susursan, Polkovnik?)
- Mənə baş sındırmaq üçün dolaşıq məsələlərdən, ədalətə xidmət etməkdən duyduğum məmnunluqdan və normal yaşamaq üçün lazım olan minimum məbləğdə puldan başqa bir şey lazım deyil. (İtmiş Qızın Axtarışı)
- Doğru deyirsən, qızım, - Qasımlı başını kədərlə tərpətdi, - kəlbəcərlilərin bugünkü durumu dünyanın haqsız dünya olduğuna bir daha sübutdur. (Qanbay Qasımlının Xəfiyyələri)
- Həyatda inamını, ümidini tamamilə itirmiş adam, əslində, elə ölü kimi bir şeydir. (Qan Ləkəsi)
- Bu vəhşilər qeyrəti qarşısında məğlub olduqları türk qadınının cəsədindən intiqam almışdılar. Mahirənin Ələmdarın xatirəsinə əbədi həkk olunmuş o ala gözləri ovulub çıxarılmışdı... (Ölüm Ağacının Kölgəsində)
- Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir. (Qanunsuz Əməliyyat)