Kitap Künyesi
Yazar: Nizami Gəncəvi
Yayın Evi: Lider nəşriyyat
İSBN: 9789952417088
Sayfa Sayısı: 392
--reklam--
Xosrov və Şirin Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Məhəmməd Cahan Pəhləvana (1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, III Toğrul (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir.[1]
Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır.[2][3]
Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır. "Xosrov və Şirin" poeması Nizamidən sonra yetişən şair nəslinin formalaşmasına ciddi təsir göstərmiş, müxtəlif şərq ölkələrindən olan onlarla şair bu əsərə nəzirələr yazmışlar.
--reklam--
Xosrov və Şirin Alıntıları - Sözleri
- Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?! Eşqin qulu ol ki, doğru yol budur, Ariflər yanında, bil, eşq budur, ...Eşqsiz olsaydı xilqətin canı Dirilik sarmazdı böyük cahanı. Eşqsiz bir adam bir neydir-qırıq. Yüz canı olsa da, ölüdür artıq.
- Şir kimi hücum et, şirə rast gəlsən, İt görən zamanda gəl baş qoşma sən.
- Yaxşısı budur ki, qalsın diləyim. Mən ölüm, qoy yatsın yorğun mələyim.
- Ceyran çətin vaxtda şir olar bəzən.
- Bircə tel qalmışdır canımda ancaq, Ucu qəlbimdədir, çəкsən, qopacaq.
- Eşqdir mehrabı uca göylərin. Eşqsiz ey dünya nədir dəyərin?! Eşq düşsə daşında qəlbinə əgər, Göhvərdən özünə məşuq düzəldər. Maqnit olmasaydı, eşqin əsiri Çəkməzdi özünə dəmir zənciri.
- Toxum çürüməsə bitməz heç zaman, Bir iş bağlanmasa,açılmaz, inan!
- Bir ürəkdə olmaz iki sevgili İki ürəklinin düz olmaz dili.
- Bu kitapta bir kral oğlunun bir gece uykusunda bir meleyin ona yaklaşarak dünyalar güzeli yarı hızına hiç birşeyin yetişemeyeceği atı güzel sesle okuyan bir şarkıcısı olacağını söyler Xosrov sabah uyandığında bunları yardımcısına söyler ve meleyin son anda "bu yar bir ülkenin şahının abisinin kızı Şirin" olduğunu söyler. Yardımcı hemen şirinin arkasınca gider o zamanlar şirin arkadaşlarıyla gezintiye çıkmaktadır ve yardımcı şirin olan mekana gelir bir ağaca xosrovun fotoğrafını asar ve gider sabah kızlar ve şirin bu ağacın yanıyla geçerler ve fotoğrafı görürler kızlar fotoğrafı şirinden alıp yırttılar bu yine oldu üçüncüsünde şirin kızlara söylemez ama xosrova aşık olur ama kim olduğunu nereli olduğunu bilmez xosrovun yardımcısı xosrovu seviyormu diye sorur ve evet cevabı alır o şirini xosrovun yanına götüreceğine söz verir ama şirin onun şah olan teyzesine gezintiye çıkmak ismiyle yalan uydurur ve gider bu vakit xosrovda şirinin yaşadığı ülkeye gitmektedir ve şirin xosrovun ülkesine ulaşır xosrovla şirin göz göze gelirler ama bir birini tanımazlar şirin xosrovun sarayına gider ve xosrovun olmadığını duyur şirine bir saray inşa edip orada beklemesini söylerler şirin bekler ama xosrov gelmez bu zaman o gider ve xosrovla tanış olduktan sonra sevgili olurlar bu zaman xosrov babasının öldüyünü duyar ve gider o kral olur lakin ona yalan atarlar ve onu kral etmezler xosrov şirinin yanına gelir şirin acı söz söyler xosrov da senden beklemezdim diyip gider o bir kralla tanış olur kral onun ülkesini alıp onu kral etmek mukabilinde onun kızıyla evlenmesini söyler xosrov razı olur ve kral olur sonra kızla evlenir lakin şirini özler karısına şirini saraya getirmek istediğini söyler ama karısı kıskanıp izin vermez sonra bir kaç gün sonra karısı ölür ve xosrov şirinin yanına gelir ve onunla evlenmek istediğini söyler şirin naz yapar bu kaç kere olur ve xosrov şirinin gıcığına başkasıyla evlenir bu da bir kaç ay sonra ölür ve xosrovla şirin evlenir lakin xosrovun birinci karısından olan oğlu şirine aşık olur ve xosrovu öldürür şirinde bunun üstüne kendini öldürür ve bu hikaye burada biter....
- Göyləri xəlq edib yaraşıq verən, Saysız ulduzlara nur, işıq verən. İnsan şüuruna hiкmət öyrədən, İncə xəyallara sənət öyrədən. İncə fiкirlərə çıraq yandıran, Zülmət gecələri işıqlandıran. Bizə qorxu, ümid, şadlıq, qəm verən, Günəşli və aylı bir aləm verən, Bu yeri, bu göyü odur saxlayan, Onun varlığına şahiddir cahan.
- Bilmirəm hansına yaxın insanam, Məhrumlardanam, ya məğbullardanam?
- Sizinlə olsa da qəlbim daima, Özüm orda yoxam, neyləyim, amma...
- Boş, mənasız sözlər кimə gərəкdir? Кim belə sözləri dinləyəcəкdir? Sözü nəzmə çəкməк asandır, asan, Gərəк söz üstündə sən can qoyasan. Sözündə çoxluğa qoyma yer olsun, Birin yüz olmasın, yüzün bir olsun.
- Az danış, desinlər sözündə güc var, Çox sözü dinləyən çox nöqsan tutar. Çox söyləməк bəlкə sənə asandır, "Çox oldu" desələr böyüк nöqsandır. Söz ruhdur, can üçün ruh bir dərmandır, Cantəк əzizliyi bəlкə bundandır.
- Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?!
--reklam--
Xosrov və Şirin İncelemesi - Şahsi Yorumlar
Əfsanəvi "Xosrov və Şirin": Fikirlərimi yazmaq üçün ən başdan, əsərin mənşəyindən başlayacam. Xosrov və Şirin realda mövcud olmuş tarixi şəxsiyyətlərdir, onların eşqi başlarda xalq arasında yayılıb dildən-dilə keçərək əfsanələşmişdir, daha sonra kiçik parçalar şəklində - yəni, əfsanələşmiş hadisənin hansısa motivini nəzm şəklində işləyən şairlər, eləcə də, tarixi məlumat şəklində yazan tarixçilər olub. Şərq aləmində İran hökmdarı Xosrovun xüsusilə məşhur olmasının səbəblərindən biri də Məhəmməd Peyğəmbərin İslama dəvət məktubunu cırması ilə bağlıdır. Şirinin milliyətinə gəldikdə, bu barədə tarixi mənbələrdə çoxlu versiyalar var, rum deyəni də var, erməni də, sadəcə xristiyan olduğunu yazanlar da, bu barədə qəti fikir demək mümkün deyil. Nizami Gəncəvi özü də əsərdə bildirdiyi kimi, yazmağa başlamadan öncə o dövrdə Bərdədə bu hekayə ilə bağlı xeyli araşdırma aparıb, tapdığı bütün əlyazmaları oxuyub. Xosrov və Şirini ilk dəfə divan ədəbiyyatına Firdovsi "Şahnamə" əsəri ilə qazandırıb, amma Firdovsinin yazdığı versiyada bu hekayəyə ötəri toxunulmuş, əsas Xosrovun hökmdarlığı mədh edilmişdir. Nizami buna göndərmə edərək, əsərin lap əvvəlindən Firdovsidən daha yaxşı yazacağını, bir eşq salnaməsi yaradacığı iddasını ortaya qoyur. Nizamini möhtəşəm edən cəhətlərdən biri də budur, əsəri iddiasını qarşılayır, Şərq ədəbiyyatına öz damğasını vurur. Nizami obrazlarını elə yaradıb ki, həm onların mənfi xüsusiyyətlərini ortaya qoyur, bir növ onlarla söhbət edərək öz tövsiyələrini verir, həm də yaratdığı obrazın müsbət xüsusiyyətlərini də sadalayaraq, sanki dünyanın şəri və xeyri arasında qalan əsl insan sifəti yaratdığını demək istəyir. Nizaminin yazdığı deyimlərin, nəsihətlərin bu gün Azərbaycan xalqı arasında hələ də istifadə olunması xüsusi diqqətimi çəkdi. Sanki xəmirimiz Nizaminin Xəmsəsi ilə yoğrulub. Nizaminin Şirini türk qadınıdır, şair onu türk olaraq yaradaraq sanki həyat yoldaşı Afaqın (qıpçaq türküdür) ruhunu ona üfləyib. Şirinin ölümünü də yazarkən öz həyat yoldaşının vaxtsız gedişini xatırlayır, oxuyarkən şairin ayrılıq sancılarını hiss edə bilirik, əsəri bu cəhətdən oxuyanda xüsusilə təsir edir. Şirini əsaləti, qüruru və gücü ilə o qədər gözəl yaradıb ki Nizami, heyran olmamaq əldə deyil. Şirin başıdik və gözəl qadındır, amma eşq yeri gələndə onun bu qürurunu sındıracaq gücdə olur, şairin özünün də dediyi kimi: Eşqsiz bir adam bir neydir - qırıq, Yüz canı olsa da, ölüdür artıq. Nizaminin Xosrov obrazı isə təkəbbürlü və zalım olan tipik şah obrazıdır. Xosrovun təkəbbürü gözünü o qədər bürüyüb ki, o nəinki öz ölkəsinin idarəçisi, hətta allahı olduğunu düşünür və dövlətini zülmkarlıqla idarə edir. Xosrovun Şirinə olan eşqi onu tərbiyələndirir, dəyişir, yenidən yaradır sanki. Nizaminin zülmkar insanı eşqlə yoğuraraq, eşqi ucaldır, əsərinin əsas qayəsi də budur: eşqin ucalığı. Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?! Fərhad obrazına gəldikdə isə, Fərhad dürüstlüyün, saflığın nişanəsidir. Mənə Məcnunu xatırlatdı, sanki Fərhad "Xosrov və Şirin" poemasından sonra işlədiyi "Leyli və Məcnun" poemasındakı Məcnun obrazının təməlidir. Fərhadı həm Xosrovla üzləşdirərək onun eşqinin nə qədər təmiz olduğunu müqayisə edir, həm də, eşqin saf və təkəbbürlü insanda qarşılaşdırmasını edərək, nəzərində tutduğu eşqin nə qədər gözəl olduğuna işarə edir. Nizami Gəncəvi əsəri Atabəylər dövləti dövründə yazıb, Məhəmməd Cahan Pəhləvana ithaf edib, o qədər bəyənilib ki, şairə Həmdünyan kəndi bağışlanıb. Maraqlı olanlar üçün qeyd edim, həmin kənd hal-hazırda Goranboy rayonu ərazisində olan Həmənli kəndidir. Son olaraq, Nizami Gəncəvinin yaratdığı Xosrov və Şirin nəinki Azərbaycan və İran ədəbiyyatına, o cümlədən bütün Şərq ədəbiyyatına (Osmanlı da daxil) dərindən təsir edib. Çünki ilk dəfə olaraq hisslər və ağılın ziddiyəti bu qədər usta şəkildə divan ədəbiyyatında öz əksini tapırdı, Nizamidən sonra heçkəsin onun qədər bu əsəri işləyə bilməməsi də bir sübutudur. Əsərə çoxlu nəzirələr yazılıb, daha sonra şairlər əsəri öz versiyalarında (Fərhadı ön plana çıxararaq, Şirini kəniz edərək və s.) dəfələrlə Nizamiyə göndərmələr edərək işləyiblər. Hətta, Nizaminin yazdığı versiya tərcümə edilərək Osmanlıya aparılmış, türk şairlər sultanlara əsəri başdan işləmək əvəzinə tərcüməni öz əlavələri ilə təqdim etmişdir. Məşhur türk tarixçisi Halil İnancıkın dediyi kimi, Azərbaycan İran ədəbiyyatından, Türkiyə isə Azərbaycan ədəbiyyatından - Nizami Gəncəvidən ilham almışdır. Nizami o qədər savadlı insan olub ki, əsərdə Sokrat, Platon, Heraklit kimi alimlərin adları çəkilir, zərdüştlüyün qədim ənənələri təsvir edilir, hətta məşhur nəqqaş Maninin əsərlərinə göndərmələr edilir. Xosrov və Şirinin duyğularını musiqi ustaları - Barbəd və Nikisanın dilindən verməsi oxuduqca insanı sərxoş edir, əfsanəvi bir ədəbiyyat nümunəsidir! Tolstoy 19-cu əsrdə Kreutzer Sonatasının insan duyğularına təsirini təsvir edib hekayə yazmışdısa, Nizami hələ 12-ci əsrdə musiqinin insanın ən dərin duyğularını dilə gətirdiyini ustalıqla yazıb. Nizami Gəncəvi sözləri inci kimi düzən söz ustadıdır, ədəbiyyatdan, şeirdən zövq almaq istəyən hər kəsin yolu mütləq ondan keçməlidir. Xoş mütaliələr! (Aysel)
"Xosrov və Şirin" əsəri "Xəmsə"nin ikinci kitabıdır. Sonunda Xosrovun, Şirinin həyatını, eşq macəralarını bildim. Hamının bildiyi Fərhadın Şirin üçün dağları yarmasının da səbəbləri aydın oldu. Tam bir məhəbbət dastanı) Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?! (Xəyal)
--reklam--
Xosrov və Şirin PDF indirme linki var mı?
--reklam--
Nizami Gəncəvi - Xosrov və Şirin kitabı için internette en çok yapılan aramalardan birisi de Xosrov və Şirin PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı Nizami Gəncəvi Kimdir?
Bugünkü Azerbaycan'ın Gence şehrinde doğmuş şair ve düşünürdür. Eserlerini Farsça yazmıştır. Ailesi hakkında bilgi yoktur, eserlerinden babasının isminin Yusuf olduğu ve annesinin Kürt kökenli olduğu görülebilmektedir. Üç kez evlenmiş ve eşleri içinden Derbend hükümdarı tarafından hediye edilen Kıpçak cariyesi Afak'ı çok sevmiştir. Dünyada Azeri şair olarak tanıtılan, bilinen Gencevi kendi eserlerinde özellikle memleketi Gence'ye olan sevgisini dile getirmiştir. Nizâmî - (Nizâm ad-Dîn İlyâs Bin Yûsuf)'un Doğumunun 850 Yılı Nedeniyle Rusya Merkez Bankasınca 1991 Yılında Tedavül Edilmiş Hatıra Parası İlk kez Leylâ ile Mecnun'u mesnevi şeklinde yazanlardandır. Şiirlerinin çoğunu Farsça yazmıştır. Hamse ya da Beş Mücevher adlı eserleriyle meşhurdur.
--reklam--
Nizami Gəncəvi Kitapları - Eserleri
- Leyla ile Mecnun
- Behram Şah Sarayında Yedi Prenses
- Mahzen-i Esrar
- Hüsrev ile Şirin
- İsgəndərnamə
- Xosrov və Şirin
- Kərpickəsən
- Xeyir və Şər
- Lirika
- İsgəndərnamə
- İsgəndərin Bərdəyə Gəlməsi və Nüşabə ilə Görüşməsi
- Nuşirəvanla Vəziri və Bayquşların Söhbəti
- Simnar
- Türküstan Gözəlinin Hekayəti
- Nizamî Divanı
- Şah və Xidmətçi
- İnciler
- Slavyan Gözəlinin Hekayəti
- Xarəzm Gözəlinin Hekayəti
- İlin Fəsilləri
--reklam--
Nizami Gəncəvi Alıntıları - Sözleri
- Fələk etibarsız, dünya fanidir. (Hüsrev ile Şirin)
- Sən gəncliyin qədrini bil, bir an kimi keçib gedər. (Lirika)
- Ey Tanrı,dünyaya sənsən padşah, Biz kiçik bəndəyik,sən böyük Allah. Tək sənə sığınır hər yüksək,alçaq, Hər varlıq yoxluqdur,sən varsan ancaq. (İsgəndərnamə)
- Bilmem nedir bu mihr u meh ve çerhi vâjegûn? Bilmem nedir bu âlem u a'mâr tîre hâk? Bilmem nedir bu güneş, ay ve bu ters felek, Bilmem nedir bu âlem, ömürler ve kara toprak? (Behram Şah Sarayında Yedi Prenses)
- Düz gəlməz eşq ilə qərəz, müxtəsər, Qərəz olan yerdən eşq qalxıb gedər. (Leyla ile Mecnun)
- Felek, işleri yoluna koyacağı zaman, önce perde arkasından oyunlar gösterir. Bir köylüye bir hazine vermek isterse, evvelâ onu üzer. Eğer felek yolda çerçöp bırakmasaydı, gülün ve şimşirin kıymetini kim bilirdi? (Hüsrev ile Şirin)
- Onların yamanlığı kinlə nərildəyən od, Mənim cavabım isə — qılınc kimi bir sükut. (Mahzen-i Esrar)
- Bu dünyadan mənim payım yalnız sənə vurğun ürək, İki ürək birləşibsə, qıyma, dönmə bir qatilə. (Lirika)
- O eşsiz güzelin yüzünü gözümü kırpmadan seyretmeye başladım. Hem korkuyor hem de seviniyordum. Korkum cefakâr feleğin hilesinden,sevincimse peri yüzlünün güzelliğindendi... (Behram Şah Sarayında Yedi Prenses)
- Eşqdir mehrabı uca göylərin. Eşqsiz ey dünya nədir dəyərin?! Eşq düşsə daşında qəlbinə əgər, Göhvərdən özünə məşuq düzəldər. Maqnit olmasaydı, eşqin əsiri Çəkməzdi özünə dəmir zənciri. (Xosrov və Şirin)
- Bilmirəm hansına yaxın insanam, Məhrumlardanam, ya məğbullardanam? (Xosrov və Şirin)
- "Sözün de su gibi letafeti var her sözü az demek daha hoş olur." (Behram Şah Sarayında Yedi Prenses)
- Özümü hər sayda heç bilirəm mən, Heçə bənzəyirəm bu heçkəslikdən... (Leyla ile Mecnun)
- Bildir, işin nədir, de, nə haldasan? De, kimi sevirsən, nə xəyaldasan? Sənin bəxtin kimi uzağam səndən, Biz ayrı olsaq da, səninkiyəm mən. (Leyla ile Mecnun)
- "Aşk odur ki, eksilmez ve ölüme değin aynı şiddetle sürer. Ancak sonsuzda biten bu aşk, anlamsız bir hayal değildir." (Leyla ile Mecnun)
- Dərdli açıb dərdini hər yetənə söyləməz. Hər yetənə deməklə kədər candan silinməz. (Lirika)
- Sözün qanadları var quş kimi incə -incə Dünyada söz olmasa nəyə gərək düşüncə ? (Lirika)
- Heç yoxdur qorxumuz yanlış sözlərdən Çünki bəhs edirik naməlum yerdən Düşünüb mən belə verirəm qərar Ki, yoxdan yaranmış bütün varlıqlar. Vardan yaratsaydı varı yaradan Əbədi qalardı mayə hər zaman Mayədən doğulmaq- yaratmaq deyil Kəndxuda başqadı, Xuda başqa bil! (İsgəndərnamə)
- Fərqi yoxdur, ya payla, ya da yığ sərvətləri, Sənə hər nə veribsə, alacaq dünya geri. (Mahzen-i Esrar)
- Cananla nə zaman dursan üz-üzə, Doğru cavab verin sorulan sözə. (Behram Şah Sarayında Yedi Prenses)
Yorumlar
0 yorumYorum yazmak için tam sürüme geçin