Kitap Künyesi
Yazar: Erich Maria Remarque
Orijinal Adı: Arc de Triomphe
Yayın Evi: Qanun Nəşriyyatı
İSBN: 9789952269093
Sayfa Sayısı: 560
--reklam--
Zəfər Tağı Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
Tanınmış alman yazıçısı Erix Maria Remarkın “Zəfər tağı” romanı antifaşist mövzuda yazılmış ən yaxşı əsərlərindəndir. Müəllif cərrah Ravikin şəxsində faşizmin vətəndən didərgin saldığı qaçqınların acınacaqlı həyat tərzini, faciəli taleyini ustalıqla təsvir edir. Dünyagörüşündə və həyata baxışındakı ziddiyyət və bədbinliyə baxmayaraq, Ravik inamını itirmir, təkbaşına da olsa, faşizmlə mübarizə aparır.
Yazıçı öz qəhrəmanlarının mürəkkəb daxili aləmini məharətlə aça bilmişdir. Əsər ölkələrə, xalqlara fəlakət gətirən faşizmə qarşı dərin nifrət hissi oyadır.
--reklam--
Zəfər Tağı Alıntıları - Sözleri
- - Bilirsən, o xoşbəxtlik haradan başlayıb, harada qutarır? - Səninlə başlayıb, səninlə də qutarır. - Hələ bir azdan deyəcəksən ki, məni də sevirsən. - Hə, sevirəm... - Məni hələ yaxşı tanımırsan axı. - Bunun ona nə dəxli? - Çoxdur. Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir. - Elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, kimdirsə, onsuz yaşamaq olmaz.
- Fakat kim tamamiyle unutabilir? Hâtıranın külleri kalbin temel taşlarını teşkil etmez mi?
- Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik.
- Həyat kiminsə hesabına yaşamaq deməkdir. Ancaq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir.
- "Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir."
- Biz sapı qırılmış muncuq kimiyik, hərəmiz bir tərəfə dağılmışıq.
- Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür.
- Bu dünyada hər şey üçün nə qədər istəsən yer var təkcə adamlara çatmır
- -Yer üzünün hansı yeganə canlısıdır ki, həmişə bir-biri ilə vuruşur, bir-birinin qənimi olur? -Əlbəttə, "məhəbbət"," yaxşılıq", "halıyananlıq" kimi sözləri icad eləyən insan-yer üzünün əşrəfi!
- - Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik. - Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik - Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır.
- - İnsan nə üçün yaşayır, Ravik? - Elə bu haqda düşünmək üçün.
- Ancaq istəyirəm sənə dalğa ilə bir qayanın hekayətini danışım. Çoxdan olmuş şeydir. Bizdən əvvəl olub... Qulaq as, biri var imiş, biri yox imiş, bir dalğa var imiş. Bu dalğa hansı dənizdəsə, məsələn, deyək ki, Kapri buxtasında bir qayaya vurulubmuş. O hər gün özünü bu qayanın qoynuna atır, onu yalayır, gecə-gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır, ağlayır, sızlayır, yalvarır ki, ona mehman olsun. Dalğa həmin qayanı beləcə sevə-sevə, oxşaya-oxşaya, yavaş-yavaş, altdan-altdan oyur, oyur... və günlərin bir günü qaya tamam ovulur, uçub onun qoynuna yıxılır...
- Bizə baxır, ancaq görmür ki, o adamlar deyilik! Dünyanın bu işinə heç yoxam. İstəyirsən Cəbrayıl ol, axmaq ol ya da lap cani, heç kim görməz. Amma bircə düymən çatmayanda, hamı görür.
- Həyatın çox yaxşı qanunu var: heç nə gözləmirsənsə, məyus qalmayacaqsan.
--reklam--
Zəfər Tağı İncelemesi - Şahsi Yorumlar
Alman yazıçısı olan Erich Maria Remarque əsərlərində Alman xalqının hər iki dünya müharibəsinin səbəbkarı olmasına baxmayaraq daxilində olan humanist’liyi bədii əsaslarla sübut edir. Remark sadəcə Müharibə mövzusunda yazıb yaratmışdır. Spesifik olaraq deyə bilərəm ki, Dünya Ədəbiyyatında müharibə janrında Remark qədər mənəvi sarsıntıları ustalıqla təsvir edən ikici bir yazıçı tapmaq mümkün deyil. Remark əsərlərinin qəhrəmanlarını öz həyatının müxtəlif mərhələlərinin bədii ifadəsinə çevirmişdir. 1933-cü ildə, Nasistlərin hakimiyyətə gələndə, yazıçı, “Zəfər Tağı” romanının qəhrəmanı olan Ravik kimi vətəndən didərgin düşmüş, mühacir həyatının acısını dadmışdır. 1946-cı ildə yazılan “Zəfər Tağı” romanında, Almaniyanı tərk edib Fransada qaçaq həyat keçirən istedadlı cərrah Ravikin mühacir həyatından danışılır. Soyuqqanlılığı ilə diqqəti cəlb edən Ravik bir növ, kapitalizm cəmiyyətinin insana xas özgələşməsinin qurbanıdır. Hər iki Dünya müharibəsinin qurbanı olan Ravik: birinci Dünya qırğını onu daxili mühacirə çevirmişdisə, nasistlərin hakimiyyətə gəlməsi buna xarici mühacirət də əlavə edir. Bununla belə Ravik insanlığını, humanizmini itirmir. Rus mühaciri Morozov, baş həkim Veber kimi sadiq dostlar da qazanır. O, dost yolunda, insan uğrunda, məhəbbət naminə canından keçməyə hazırdır. Peşəkar cərrah olmasına baxmayaraq, hər xəstənin üzərində əsir. Bəlkə də, böyük cərrahlıq istedadının mayası onun humanizmindədir. Ağır zamanlarda, məhəbbət kimi zərif hissi qoruyub saxlaya bilmək bacarığı, elə məğlubedilməz humanizmin təsdiqinə çevrilir. Romandakı bütün hadisələr Ravikin ətrafında formalaşır, onun daxili aləmini açmağa xidmət edir. Bu baxımdan müəllifin təhkiyəsi kitabı oxuyanlarda böyük marağ doğurur. Diqqətlə fikir verdikdə gözə çarpır ki, sanki əsər baş qəhrəmanın dili ilə nəql edilir. Axı Ravik bircə dəqiqə də olsun səhnəni tərk etmir. Bəs məqsəd? Məqsəd aydındır: müəllif üçüncü şəxsi işlətməklə, öz qəhrəmanını insan ləyaqətinin tapdalandığı zəmanədə də ən yüksək, misilsiz varlıq kimi təsdiq edir. Yazıçı əsərdə bir neçə siyasi məqamlara da işarə edir məsələn: Əsərin sonlarında Ravik, müharibəyə hazırlaşan Fransa ordusuna baxarkən öz içindən “Atlar - deyə ürəyindən keçirdi - Atlar! 1914-cü ildəki kimi… Tank görünmürdü. Atlar…” . Fransa birinci Dünya müharibəsindən qalib çıxdığına görə özündən çox əmin idi və orduya biganə yanaşırdı. Fransa ordusu köhnə silah sursat ilə təchiz edilmişdi, Almanlara zəif rəqib gözü ilə baxırdılar. Özlərindən əmin olan Fransızlar ən pis halda Majino müdafiə xəttinə güvənirdilər. Bu biganəlik tək Fransa üçün keçərli deyildi. Bütün qərb dövlətləri Almanyanın supergüc olduğu vaxtda heç bir önləmə etmədilər. Və sonda 70 milyon insan həyatını itirdi. Yazıçının burda vurğulamaq istədiyi nöqtə də bu idi. Son olaraq Remarkın sözləri ilə bitirmək istəyirəm: “Mən öz oxucumu nə inandırmaq, nə tovlamaq, nə də tərbiyə etmək istəyirəm. Mənim mövzum əsrimizdə yaşayan insanın taleyi, humanizm məsələləridir. Mən yalnız qəlbimi riqqətə gətirən hadisələri qələmə alıram… Əqidəm isə fərdiyyətçinin əqidəsidir: azadlıq, dözüm, yumor…” (Anar)
Ravikin cəsarət, mübarizə, eyni zamanda müharibə dolu ömrü...: Ahh Ravik, Ravik, Ravik! Remarkı ümumiyyətlə müharibə mövzusunun müəllifi adlandıra bilərik. Hansı ki, 72 illik ömrünə 2 dünya müharibəsi sığdırıb. Özü kimi qəhrəmanı Raviki də bu müharibələrə şahid edib, hətta şahid etməklə qalmayıb, daha irəliyə gedərək müharibələrin, mühacirətin Ravikin həyatını necə dəlik-dəlik etdiyini, yarım-yapalaq keçirməsinə səbəb olduğunu göstərib. Razıyam fantaziya önəmlidir hər bir müəllif üçün, amma yaşadığını yazmaq büsbütün fərqli edir əsəri. "Hiss etmədiyini anlamazsan" misali. O hisləri ki, sən yaşamısan onu təsvir etmək həm çox asan, həm də çox mürəkkəbdir. O qədər aydın açır ki, bizə Ravikin hislərini, o qədər yaşadır ki, o hisləri bizə də. Mühacirətdə özü də sənədsiz, qanunsuz şəxs kimi, qaçaq həyatı keçirmək... Bütün bunlara rəğmən isə həyatına yön verməyə cəhd etməkdən usanmayan, Ravik! Əsərə gəldikdə isə qəhrəmanımız Ravik☆ bütün hadisələrin mərkəzindədir, kitab onun həyatının son 5 ilinin qısa özətidir. Alman olsa da narsist olmadığı üçün izlənilir və nəticədə Fransada gizli yaşayır. Özünün dediyi kimi "Həyatın dinclik bilməyən beş ili" . 3 ay həbsxana, 4 dəfə ölkədən(Fransadan)qovulma, hər dəfəsində də geri qayıtma. Heç bir sənədsiz beş il! Özü də peşəkar, amma Almaniyanın bacarığından bəhrələnməkdən imtina etdiyi bir cərrah, mühacir olduğu, sənədi olmadığı üçün fransız bir həkimin yerinə təşrih edir. Öz ölkəsində Baş həkim ola biləcək bir şəxsin, acı, eyni zamanda mübarizə dolu həyatı. Axı "həyat mübarizədir" deyir Ravik. Mübarizə- azadlıqda yaşamaq uğrunda mübarizə, daxilində onu yeyib-bitirən məhəbbətinə qarşı mübarizə. Bəzən də müharibə, deyərdim mən. Azmı olmuşdu, Ravik savaşmaqdan yorulub kim qalib gəlir gəlsin desin?!. Amma heç vaxt məğrurluğundan ödün verməyən Ravik yenə də prinsiplərini heç kəsə çeynətməmişdir, əsərin sonuna qədər... Bir gecə təsadüf nəticəsində tanıdığı Joan həyatını tamamilə dəyişir. O Joan ki, sonradan onun bütün həyatına çevrilir. Beləcə Ravik və Joanın münasibəti sevgiyə qarışır. Öz dili ilə desək "Mən daş kimi bir şey idim, sən mənə həyat verdin" . Ravikin saf məhəbbətiii... Bir neçə ay sonra Ravik küçədə yaralı bir qadına kömək edərkən polis tərəfindən mühacir olduğu, sənədinin olmadığı müəyyən edilir. Və onu yenidən ölkədən qovurlar. 3 ay sonra geri dönəndə isə həbsdə zəng edib üzməyə( bilmirdi gələcək ya yox) qıymadığı Joanını başqaları ilə görür, öyrənir ki, başqası var həyatında. 3 ay sadəcə 3 ay illər deyil 3 ay... Əminliklə deyə bilərəm ki, Joanın həyat tərzi və Ravikin məhəbbəti arasında sonu görünməyən bir uçurum vardı. Və Joan onun qayıtdığını öyrənəndə yenidən gəlmək istəyir yanına amma o birini də əldən buraxmamaq şərti ilə(( Ravik elə buna görə onun qəlbini riqqətə gətirən, boğazında düyünlənən bu məhəbbəti ürəyinə həbs edir. İstəmir Joanı, haqlı olaraq. Joanın sonrakı aqibətini yazmıram, kitabın sonluğundan tatlı bir sirr kimi qalsın. Raviki növbəti maraqlandıran məsələ isə Almaniyada konslagerdə olarkən ona və dostlarına əzab verən alman general fon Haake'dən qisas almaq idi. Və bu düşündüyündən də asan başa gəldi. Vəəə əsərin adı Fransanın Zəfər tağı ilə simvollaşdırılmasından gəlir. Təsadüfi deyil ,ki əsas hadisələr də elə Zəfər tağının ətrafında dövr edir. Ravikin savaşçı və məğrur ömrü, eləcə də, əsərin sonu 2ci Dünya müharibəsinin başlanması ilə bitir. Fransa qaranlığa bürünmüşdü və artıq "heç Zəfər tağı" da görünmürdü... Şübhəsiz ki, tövsiyəmdir bu kitab. Əgər seçim arasında qalmısınızsa kesinlikle oxuyun deyərdim. Təsirində çox saxlayır. Ravikin timsalında bütün qaçqın və mühacirliklə həyatları məhv olan insanları tanımaq oxuyacaq olanların da haqqıdır. Ravik - unutmayacağınız bir qəhrəman olacağına əminəm. (zhala)
Mənə elə gəlir ki, kitablar öz zamanı gəldiyində “məni oxu “ deyə səslənirlər.Ona görə də bugünə kimi oxuduğum heç bir əsər üçün gecikdiyimi düşünməmişəm.Eyni hadisə “Zəfər tağı” kitabı üçün də şamil olundu.Aylardı kitablığımda gözləyən kitabın səsini eşidib oxumağa başladım.İlk səhifələrdən yağışı,soyuğu və noyabr ayının tənhalığı tam da zamanında oxuduğumu sübut etdi. . Kitabı oxuyan hər kəsin “Ravik” deyə birindən ağız dolusu danışdığını görən zaman istər istəməz , “bu necə obrazdır ki, hər kəsi məftun edib” deyə düşünürdüm.Və mən də hər oxucu kimi Raviki tanıyıb ,onun özünə məxsus dünyasına qoşulub itdim.Remark elə bir obraz yaradıb ki, hər birimiz biraz da olsa Ravikin nəzdində özümüzdən bir parça tapıb, “necə də doğru danışır, necə də mənə bənzəyir, mən də olsam belə edərdim” deyə düşündürür.Bu da yazarın ustalığından irəli gəlir. . Qalınlığı biraz gözü qorxutsa da, bir o qədər sadə və axıcı olan bu roman ,oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.Bu kitabdan aldığım mənəvi zövgü uzun müddət başqa kitablar da axtaracağımı düşünürəm.Ümid edirəm ki, yenidən bu qədər ürəyimcə olan bir əsərlə qarşılaşaram. (Gulaye Alizade)
--reklam--
Zəfər Tağı PDF indirme linki var mı?
--reklam--
Erich Maria Remarque - Zəfər Tağı kitabı için internette en çok yapılan aramalardan birisi de Zəfər Tağı PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı Erich Maria Remarque Kimdir?
Erich Paul Remark Osnabrück'te Roma kilisesine bağlı katolik bir ailenin içinde doğdu. Babası Peter Remark bir basımevi ustasıydı. Osnabrück arşivlerinde bulunan nüfus kayıtlarına göre 17.yy'da ihtilalde katoliklere yapılan baskılar yüzünden Fransa'dan göç etmişlerdi. Önceleri Remarque olan soyisimleri Alman imlasına göre Remark olmuştu. Bir süre Münster Üniversitesi'nde öğrenim gördü ama 18 yaşında birçok kez yara aldığı I. Dünya Savaşı'na katılmak zorunda kaldı. Savaştan sonra öğretmenlik, taşçılık ve Berlin'de bir tekerlek firması için test sürücülüğü yaptı.
1929'da, Remarque'nin savaşın mutlak kötülüğünü 19 yaşındaki bir askerin gözünden anlattığı, en ünlü eseri, "Batı Cephesinde Yeni Bir Şey Yok" (Im Westen nichts Neues) yayımlandı. Bu kitabın ardından savaş zamanı ve sonrasını yalın ve duygusal bir dille gerçekçi bir şekilde anlattığı başka eserleri de yayımlandı.
1931'de İsviçre'ye yerleşti. 1933'te, Naziler eserlerini yaktılar ve yasakladılar. 1938'de Alman vatandaşlığından çıkarıldı ve 1939'da Amerika Birleşik Devletleri'ne göç etti. Hollywood'da tanıştığı Paulette Goddard ile 1958 yılında evlendi.
72 yaşında Locarno, İsviçre'deki Saint Agnese kliniğinde aylarca acı çektiği anevrizmadan dolayı öldü.
--------Eserleri
Batı Cephesinde Yeni Bir Şey Yok, (1929)
Dönüş Yolu, (1931)
Hayat Kıvılcımı, (1952)
Yaşamak Zamanı, Ölmek Zamanı, (1954)
Ölesiye Yaşamak, (1956)
İnsanları Seveceksin
Ana Baba Günleri
Üç Arkadaş
Lizbon'da Gece
Kara Dikilitaş
Zafer Takı
Cennetteki Gölgeler
Ufuktaki İstasyon
Vaat Edilmiş Ülke
Tanrı'nın Gözdesi Yoktur
Üç Yoldaş
Siyah Anıt
--reklam--
Erich Maria Remarque Kitapları - Eserleri
- Garp Cephesinde Yeni Bir Şey Yok (Ciltli)
- Zəfər Tağı
- İnsanları Seveceksin
- Ölesiye Yaşamak
- Üç Arkadaş
- Dönüş Yolu
- Yaşamak Zamanı Ölmek Zamanı
- Tanrının Gözdesi Yok
- Lizbon’da Gece
- Hayat Kıvılcımı
- Cennetteki Gölgeler
- Batı Cephesi ve Dönüş Yolu
- Beni Sevdiğini Söyle
- Жизнь взаймы, или У неба любимчиков нет
- Sevmek ve Ölmek Zamanı
--reklam--
Erich Maria Remarque Alıntıları - Sözleri
- "..Yaşamayı sürdürebilecek gücü yeniden toplayabilmek için çabuk unutmasını bilmek gerekirdi.." (Hayat Kıvılcımı)
- "... mutsuzluk denilen şey günlük olaylardandır." (İnsanları Seveceksin)
- Kaçağız biz. Kendimizden kaçıyoruz. Hayatımızdan. On sekiz yaşında idik; dünyayı, hayatı sevmeye başlamıştık, sevdiğimiz bu şeylere kurşun sıkmak zorunda kaldık. Patlayan ilk mermiler kalbimize saplandı. Çalışma, çaba, ilerleme kapıları kapandı bize. Biz bunlara artık inanmıyoruz. (Garp Cephesinde Yeni Bir Şey Yok (Ciltli))
- “Doğrulup kaçmak istiyoruz; hem de nereye olursa olsun.” (Batı Cephesi ve Dönüş Yolu)
- "Herkesin kafasının içinde kendine göre bir işkence odası var." (Tanrının Gözdesi Yok)
- Yanmak hiç bitmez ve insan yanar, yanar da yine ölmez. (Hayat Kıvılcımı)
- Konuşmak, ardında mutluluk varsa iyidir, insana kolay geliyorsa ve canlıysa, akıcıysa iyidir; ama insan mutsuzsa sözcükler gibi nabza göre şerbet veren ve her an yanlış anlaşılabilecek şeyler ne işe yarardı ki? Durumu daha da kötüleştirirdi, o kadar. (Dönüş Yolu)
- Umut etmek, sanıldığından çok daha acıklı bir sözcük... (Tanrının Gözdesi Yok)
- Sana öyle çok mektuplar yazdım ki! Hep sana mektup yazdım. Hem de kalemsiz, kağıtsız. (İnsanları Seveceksin)
- - Ömrün qısadır, bəs kimdir onu qısa edən? Onun qısalığını bilməyimizmi?! Bayırdakı pişiklər bilirmi ki, ömür qısadır? Bəs quşlar? Kəpənəklər? Onlar ömrü əbədi sayırlar. Bunu onlara heç kim deməyib! Bəs bizə niyə deyiblər? - Bunun min cavabı var. - Birini de! - Ömür əbədi olsaydı, dözülməz olardı. Həyatda bədbəxtlik xoşbəxtlikdən çoxdur. Bizə mərhəmət göstərilib ki, ömür uzun sürməsin.. (Lizbon’da Gece)
- İncəsənət hər kəsin çörəyi deyil. Onu başa düşmək, onun sehrinə əsir olmaq üçün fərqli bir düşüncənin, fərqli bir ürəyin sahibi olmaq lazımdır. (Üç Arkadaş)
- "Uğursuzluk, bulaşıcıdır." (Yaşamak Zamanı Ölmek Zamanı)
- "Söyleyecek çok şeyimiz var ve asla söylemeyeceğiz." (Garp Cephesinde Yeni Bir Şey Yok (Ciltli))
- Gözyaşları yanaklarından aşağı akıyor. Silmek isterdim, fakat mendilim çok kirli. (Garp Cephesinde Yeni Bir Şey Yok (Ciltli))
- Yeryüzünde en korkunç şeyin ne olduğunu bilir misiniz diye sorsam, ne derdiniz? Aramızda kalsın, ben söyleyeyim; sonunda insanın her şeye alışması… (İnsanları Seveceksin)
- Öldü getdi, birdən-birə, elə bil, heç sağ olmayıbmış. Ona baxdım və heç bir cavab tapmadım. Onu öldürdümmü, xoşbəxtmi etdim? Məni sevirdimi, yoxsa onun üçün lazım olanda dirəndiyi əl ağacımı idim? Cavab tapmıram. (Lizbon’da Gece)
- Mezarlık hayatla dolu idi. Boğuk kahkahalar, bağırmalar sis içinde yükseldiler. Bütün sıralar işgal edilmiş gibiydi. (Üç Arkadaş)
- “Hayata devam edebilecek kuvveti yeniden toplayabilmek için çabuk unutmayı bilmek gerekirdi.” (Hayat Kıvılcımı)
- "Ne garip! Gençliği bugüne dek hep bambaşka düşünmüştüm." (Yaşamak Zamanı Ölmek Zamanı)
- Hayaller geçiyor gözlerimin önünden, durmuyorlar, sadece gölge ve hatıra bunlar. (Garp Cephesinde Yeni Bir Şey Yok (Ciltli))
Yorumlar
0 yorumYorum yazmak için tam sürüme geçin