Vaqif - Samed Vurğun Kitap özeti, konusu ve incelemesi
Vaqif kimin eseri? Vaqif kitabının yazarı kimdir? Vaqif konusu ve anafikri nedir? Vaqif kitabı ne anlatıyor? Vaqif PDF indirme linki var mı? Vaqif kitabının yazarı Samed Vurğun kimdir? İşte Vaqif kitabı özeti, sözleri, yorumları ve incelemesi...

Kitap Künyesi
Yazar: Samed Vurğun
Yayın Evi: Şərq-Qərb
İSBN:
Sayfa Sayısı: 128
Vaqif Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
Səməd Vurğunun adı, şaxsiyyəti, milli, poetik "mən"i ilə ən çox bağlı əsər
"Vaqif" dir.
Tarixən Vaqifin həm də dövlət xadimi kimi Azərbaycan ədəbi-ictimai fikrinin
inkişafında görkəmli xidmətləri olmuşdur. Şair Vaqif poeziyada realist xəlqiliyin
milli-etnoqrafik koloritin və xalis dünyəvi nikbinlik fəlsəfəsinin bərqərar
olmasında müstəsna rol oynamışdır. Qarabağ xanlığının vəziri, ayıq va müdrik
dövlət xadimi, alim, Zaqafqaziya xalqlarının doslluğunun carçısı və Avropaya
rəğbətin ilk tərəfdarlarından biri kimi də Vaqifin tarixi siması işıqlı və
cazibədardır. Bütün bu keyfiyyətlər ümumiləşdirilmiş və Səməd Vurğun
Azərbaycan sovet dramaturgiyasında Xəyyamdan sonra ikinci böyük şairin
romantik bədii obrazını yaratmışdır.
Vaqif Alıntıları - Sözleri
- Kitabsız bir ömrün nə mənası var?
- Dayan bu bağçanın hər bir budağı Üstündə min çiçək,min dil bitirmiş. Sizin güldüyünüz çoban torpağı Nizamilər,Füzulilər yetirmiş!
- Qacar Bəs baş əymədiniz? Vaqif Əymədim, bəli! Əyilməz vicdanın böyük heykəli... Qacar Qılınclar toqquşub iş görən zaman, Neylər dediyiniz quru bir vicdan? Vaqif Vicdan dedikləri bir həqiqətdir - Beşiyi, məzarı əbədiyyətdir...
- (mənalı) İnsan uçuracaq daş zindanları, Zəncirsiz, zindansız günlər gələcək, Bizə təsəllidir böyük gələcək.
- Canan üz döndərdi... Dövran bivəfa, Pozuldu gördüyüm hər zövqü səfa. Saraldı ömrümün çiçəkli yazı, Qırıldı qəlbimin sədəfli sazı.
Vaqif İncelemesi - Şahsi Yorumlar
Salamlar))) Bugün sizlərə ədəbiyyatımızın böyük yazarlarından biri olan Səməd Vurğun və onun qələmə aldığı "Vaqif" əsəri haqqında qısaca məlumat verəcəm. Səməd Vurğun Azərbaycanın ilk "xalq şairi"dir. Ədəbiyyatımıza bir çox şeir, məqalə, məruzə, poema və dram qazandırmışdır. 1936, 1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklədə məşğul olmuşdur. Puşkinin "Yevgeni Onegin" romanını dilimizə tərcümə etmiş və ona "A. S . Puşkin medalı" təqdim olunmuşdur. 1937 -ci ildə S.Vurğun ölməz əsəri olan "Vaqif"i qələmə almıştır. Əsərdə Molla Pənah Vaqifin faciəvi həyatını, şairin böyüklüyünü, vətəninə bağlılığını bizlərə əks etdirmişdir. S.Vurğun M.P.Vaqif obrazı ilə xalqın əyilməzliyini, müdrikliyini və mənəvi zənginliyini ifadə etmişdir. M.P. Vaqif yerli məmurların zülmünə qarşı xalqla birgə olmuş, xalqın tərəfində dayanmışdır. Əsərdə şair xalqın təmsilçisi kimi Qacara xalqın ürəyindən keçənləri deyir, xalqın nifrətini və qəzəbini çatdırır. S.Vurğun M.P.Vaqif obrazı vasitəsilə Azərbaycan xalq danışıq dilini, atalar sözlərini, canlı folklor nümunələrinin xeyli hissəsini dram dilinə qatmışdır. Bir çox tarixçi Səməd Vurğun haqqında danışdıqlarında onun əsərdə tarixi şəxsiyyətləri düzgün yazmadığını, Vaqifi onlardan uca gördüyünden bəhs edir. Mənim üçün "Vaqif" bir ədəbi əsərdir və onu oxumaqdan hər zaman böyük bir məmnuniyyət hiss edəcəm. (Xarıbülbül)
Ədəbiyyatda Səməd Vurğunu keçərkən Vaqif dramını da keçirdik və mövzusu çox maraqlı olduğu üçün kitabı oxumağa qərar gəldim. Vaqif dramı Molla Pənah Vaqifin həyatı haqqındadır. Molla Pənah Vaqif Qazaxda anadan olmuşdur. Molla Pənah Vaqif təhsilli olduğu üçün məşhur idi. Qarabağ xanı İbrahimxəlil xan onun Qarabağa dəvət edir. İndiki dövrlə nəzərə alsaq, xarici işlər naziri kimi idi. Molla Pənah Vaqifin yaxın dostların biri Vidadi olmuşdur. Ancaq 1797-ci ildə Ağa Məhəmməd Qacar Şuşaya yürüş edir. Bu vaxt Molla Pənah Vaqifi və oğlu Əlibəyi öldürtmək qərarına gəlir. Ancaq Ağa Məhəmməd şah Qacar özü sui-qəsd ilə öldürülür. Ağa Məhəmməd şah Qacar Şuşaya yürüş edən zamanı İbrahimxəlil xan qaçmışdı. Sonra Molla Pənah Vaqif İbrahimxəlil xana məktub yazır ki, Qarabağ xanlığına geri qayıtsın. Onun məktubu Məhəmməd bəy Cavanşirin əlinə keçir. Məhəmməd bəy Cavanşir düşünürdü ki, taxt onun haqqıdır və Molla Pənah Vaqifi və oğlunu edam elətdirir. Molla Pənah Vaqif və Vidadi vətənpərvər insan idilər. Kitabda da bu hissələr göstərilir. Məsələn, Vaqif və Qacarın, Vaqif və vəzirin, Vidadinin də digər obrazlarla dialoqunda bu göstərilir. Ancaq bu iki obrazla yanaşı Eldar obrazı da vətənpərvər obraz kimi göstərilmişdir. Eldar obrazı həm İbrahim xana, həm də Qacara qarşı çıxmışdı. Dramda mənfi xarakterli obrazlar İbrahim xan, Şeyx Alı, Qacardır. Ancaq kitab Qacarın sui-qəsdinə qədərdir. Amma yenə də çox gözəl yazılıb və oxumaq üçün rahatdı. Kitabı hamıya məsləhət görürəm. (Melisa)
Vaqif PDF indirme linki var mı?
Samed Vurğun - Vaqif kitabı için internette en çok yapılan aramalardan birisi de Vaqif PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı Samed Vurğun Kimdir?
Samed Vurgun (Azerbaycan alfabesi: Səməd Vurğun, Kiril: Сəмəд Вурғун; gerçek adı: Samed Yusif oğlu Vekilov
Azerbaycan Sovyet Sosyalist Cumhuriyeti'nin ve SSCB'nin önde gelen şairlerindendir.
Kazah bölgesindeki Salahlı köyünde doğdu. İlköğrenimini doğduğu köyde tamamladı.
1918’de dönemin bilinen eğitimcilerinden Feridun Bey Köçerli tarafından Kazah’ta kurulan iyi bir okulda eğitimini sürdürdü. Bu dönemde Avrupa edebiyatınınbrn önde gelen yazarları öğrenme fırsatı buldu. Aynı zamanda Tevfik Fikret, Namık Kemal’i inceledi.getdi gozelgunlerimiz bade
yaklaşık 1922 ’de ilk şiirleri yayınlanmaya başladı. Ancak adını ilk duyurduğu şiiri "Cavanlara (gençlere) Hitap" 1925 yılında geniş çevrelere ulaştı. Sonraki yıllarda bölgedeki birçok gazete ve dergide yazıları, şiirleri yer aldı. Bu dönemde "Vurgun" adını kullanmaya başladı.
1929 yılında Moskova Üniversitesi Edebiyat Fakültesine girdi. Özelikle 1930-40 yılları arasında edebiyat çevrelerinde tanınan biri haline geldi.
"Vakıf" adlı eseri 1941 yılında Stalin adına verilen ödülü aldı. Yine aynı dönemlerde Nizami Gencevi’nin "Leyla ile Mecnun" adlı eserini Azericeye çevirdi.
Ölümünden kısa bir süre önce tarihte ilk kez "Azerbaycan’ın Halk Şairi" unvanı verildi.
Bakü’de öldü ve orada toprağa verildi.
Samed Vurğun Kitapları - Eserleri
- Seçilmiş Əsərləri - I Cild
- Seçilmiş Əsərləri - II Cild
- Seçilmiş Əsərləri - IV Cild
- Seçilmiş Əsərləri - III Cild
- Vaqif
- Ayrılarmı könül candan?
- Azərbaycan
- Ayın Əfsanəsi
- Ah Azerbaycan
- Seçilmiş Əsərləri - V Cild
Samed Vurğun Alıntıları - Sözleri
- El bilir ki, sen menimsen, Yurdum, yuvam, meskenimsen, Anam dogma vetenimsen! Ayrilarmi konul candan? Azerbaycan, Azerbaycan! Men bir ushaq, sen bir ana, Odur ki, bagliyam sana, Hanki semta, hanki yana Hey ucsam da yuvam sensen, Elim, gunum, obam sensen! Cox kecmishem bu daglardan, Durna gozlu bulaqlardan! Esitmishem uzaqlardan Sakit axan arazlari, Sinamisham dostu, yari... Feqet senden gen dusende, Ayriliq menden dusende, Saclarima den dusende Bogar aylar, iller meni, Qinamisan eller meni. Daglarinin bashi qardir, Ag orpeyin buludlardir. Boyuk bir kecmishin vardir. Bilinmeyir yashin senin, Neler cekmish bashin senin. Dushdun ugursuz dillere, Nes aylara, nes illere. Nesillerden nesillere Kecen bir sohretin vardir. Oglun, qizin bextiyardir... (Azərbaycan)
- Vidadi: -Qalın,gecəliyin,evimiz vardır! -Sizə darlıq olar,daxmanız dardır... Vidadi: -"Ürək geniş olsun!" (Seçilmiş Əsərləri - IV Cild)
- Arxalıya arxa durma, Deməsinlər yamaqdı. Arxasıza arxa durki, Desinlər ki dayaqdı. (Seçilmiş Əsərləri - I Cild)
- -Axı mən insanam, məqsədlərim var, Əl götür, Əmirxan, bu tərsliyindən. Məni məngənə tək sıxır dörd divar, Qul yaranmamışam bir kişiyə mən... Niyə tay-tuşumla ayaqlaşmayım? De, kimdən əskikdir mənim hünərim? Yenəmi ayları, illəri sayım, Nə var ki, qısqancdır, qorxaqdır ərim?... -Aygün! Bu inaddan sən əl götür,gəl! Tutaq ki doğrudan çox hünərin var; Axı, sən anasan, hər şeydən əvvəl, Gül kimi uşağın, bir də ərin var... Olmaz ki,meylini evə salasan? Öz ilhamını bizdən alasan? -Necə? Sevməyirəm mən sizi məgər? -Tutaq ki, sevirsən dünyalar qədər, Axırı nə olsun? Gündə bir səhnə, Gündə bir qastrol, bir müsamirə... Bəs soyutmayacaq səni evindən? -Xeyr, öz eşqimə and içmişəm mən: Ucalıb göylərə dəysə də başım, Bir sən olacaqsan ömür yoldaşım, İndi nə deyirsən? -Onda qulaq as, Örtülü bazarın dostluğu olmaz. Mənim nə rütbəm var, nə böyük adım, Nə də ki, sən deyən bir istedadım. Bir də bilirəm ki, nə qədər sağam, Elə bu boyda da mən qalacağam... İndi fərz edək ki,doğrudan da sən Bir bəstəkar olub yüksələcəksən, O vaxt nəzərində,keçdikcə illər, Mən kiçiləcəyəm bir nöqtə qədər... (Seçilmiş Əsərləri - III Cild)
- Qacar Bəs baş əymədiniz? Vaqif Əymədim, bəli! Əyilməz vicdanın böyük heykəli... Qacar Qılınclar toqquşub iş görən zaman, Neylər dediyiniz quru bir vicdan? Vaqif Vicdan dedikləri bir həqiqətdir - Beşiyi, məzarı əbədiyyətdir... (Vaqif)
- Nə deyim, nə deyim tale deyənə? Könlüm ayrılmayır xanimanından, Gözlərim doymayır insan qanından. Bu nədir, canımda üşütmələr var? Aha... nə dərindir bu uçurumlar?.. Gözlərim qaralır... aman... ölürəm!.. Ha... ha... haa... Bu nədir? Yoxsa gülürəm? Günahsız qanlarmı gözümə durur? Yox, yox! Hələ qəlbim qaydayla vurur, Xeyr, ölməmişəm hələlik sağam, İndi mən ölümlə çarpışacağam! (Ayrılarmı könül candan?)
- Vuruldum o gün ki, şerə, sənətə Unutdum sevdiyim əyləncələri. Aşiqəm insana və təbiətə Əlim qələm tutub yazandan bəri. (Seçilmiş Əsərləri - I Cild)
- Dünyaya ad salmışız biz, Güneş karanlığa çökmemiş diz. Koy ölsün kötülük, o hain iblis.. (Ah Azerbaycan)
- Kitabsız bir ömrün nə mənası var? (Seçilmiş Əsərləri - IV Cild)
- Bu qoca dünyada bir adət də var: "Qadın olan yerdə ədalət var!..." (Seçilmiş Əsərləri - IV Cild)
- Mən də bir insanam, mən də canlıyam, Mənim də qəlbimin arzuları var. Deyirlər arabir dəliqanlıyam. Çox da deyinməsin dalımca əğyar! Mənim də qəlbimin arzuları var... (Seçilmiş Əsərləri - I Cild)
- Ömür vəfasızdır,bizi tərk edir, Hər ağ gün,qara gün ömürdən gedir... (Seçilmiş Əsərləri - IV Cild)
- El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! (Seçilmiş Əsərləri - I Cild)
- Buludlar oynadı, gecə qaraldı, Gecənin gizli bir həsrəti vardı... (Seçilmiş Əsərləri - III Cild)
- Dayan bu bağçanın hər bir budağı Üstündə min çiçək,min dil bitirmiş. Sizin güldüyünüz çoban torpağı Nizamilər,Füzulilər yetirmiş! (Vaqif)
- Kazak'ta bin küheylan ata, Yelesine yata yata, At kan-tere bata bata Yaylaların üstüne kalk Kepez dağdan Gökgöle bak... (Ah Azerbaycan)
- Dünya bir evdirse,övlad işıqdır. Oğul arxadırsa,qız yaraşıqdır. (Azərbaycan)
- Bu gün varlığımda dəmirdən möhkəm, Tükənməz qoca bir qüvvə var desəm, Çox da düşünməsin o afəti-can; çünki hər insan, Yaşamaq istəyən hər dərdli könül, hər çiçək, hər gül Azacıq sevinmək, çırpınmaq istər. (Seçilmiş Əsərləri - I Cild)
- Gec yatıb,gec durar dərdi olanlar.. (Seçilmiş Əsərləri - IV Cild)
- Fikrim rüzgar qanadlı bir quşdur. Axsadığım günlər oldusa bəzən mən yıxılmadım. (Seçilmiş Əsərləri - I Cild)