diorex

Xəstə ruhlar - Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Xəstə ruhlar kimin eseri? Xəstə ruhlar kitabının yazarı kimdir? Xəstə ruhlar konusu ve anafikri nedir? Xəstə ruhlar kitabı ne anlatıyor? Xəstə ruhlar PDF indirme linki var mı? Xəstə ruhlar kitabının yazarı Elxan Elatlı kimdir? İşte Xəstə ruhlar kitabı özeti, sözleri, yorumları ve incelemesi...

  • 09.12.2022 17:00
Xəstə ruhlar - Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Kitap Künyesi

Yazar: Elxan Elatlı

Yayın Evi: Elgün Neşriyat

İSBN: 9789952827613

Sayfa Sayısı: 304

Xəstə ruhlar Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti

Romanda artıq geniş oxucu kütləsi tərəfindən sevilib qəbul edilmiş xəfiyyə Qanbay Qasımlı yenidən oxucuların görüşünə gəlir. Roman təxminən yüz əlli illik bir dövrü əhatə etdiyi və bu dövrdəki hadisələrin təsvirinə detektiv janrın tələblərilə yanaşıldığı üçün bir qədər mürəkkəb görünə bilər. Lakin, ustalıqla qələmə alınmış bu əsərin də Elxan Elatlının digər əsərləri kimi maraqla, birnəfəsə oxunacağına əminik.

Xəstə ruhlar Alıntıları - Sözleri

  • "Bədənsiz ruhlar elə ruhsuz bədənlər kimi qorxusuzdurlar, buna əmin ola bilərsiniz. Onlar bəzən cinayət törətmək istəsələr də bunu bacarmayacaqlar. Çünki məqsədlərini həyata keçirən bədən tapılmayacaq"
  • Hələ sən bu yalançı erməni soyqırımı söhbətinə bax! Bu cəfəngiyyat dedi-qodu yüz il idi ki, bütün dünyada türklərin başına bəla olmuşdu.
  • 1918-ci ilin martında Azərbaycanın həm şimalında, həm Arazın o tayındakı cənubunda bu vaxtadək dünyanın heç yerində görünməmiş dəhşətli qırğınlar başlayır. Erməni quldur dəstələri hər yerdə müsəlmanları qırmağa, kəndləri, şəhərləri yandırıb viran qoymağa başlayırlar. Daha nələr eləmirlər gözlərini qan tutmuş bu vəhşilər?! Körpələri, qadınları, qocaları ucdantutma güllələyir, qılıncdan keçirirlər. Adamları doğrayıb su quyularına tökürlər. Başlarını kəsib payalara keçirirlər. Qadınları, azyaşlı qızları vəhşicəsinə zorlayıb, sonra diri-diri yandırırlar. Bu qeyri-adi azğın düşmənçiliyin bünövrəsində nə dururdu? Bu vəhşi xislətli toplum türklərə niyə belə qənim kəsilmişdi? Niyə əllərinə imkan düşəndə, harada türk görürdülərsə, onu elə türk olduğu üçün öldürmək, öldürüb ölüsünü bir də öldürmək, bir də öldürmək istəyirdilər?!
  • Mənəviyyatımız da pozulub gedib. Bilmirsən kim hansı məzhəbə qulluq edir.Namus, qeyrət adi sözə çevrilib. Həm də istehza, rişxənd hədəfi olan sözə. Fikirləşəndə adamın ürəyi ağrıyır, vallah. Heç nə anlaya bilmirsən...
  • Qorxuram, cənab rəis... Ama bədənsiz ruhlardan yox... Sağlam bədənlərdə olan xəstə ruhlardan.
  • Türklər tarix boyu fəth etdikləri heç bir ölkədə abidələri dağıtmayıblar.
  • Ən təhlükəli ruhlar sağlam bədəndə olan xəstə ruhlardır.

Xəstə ruhlar İncelemesi - Şahsi Yorumlar

Yenə bir Elxan Elatlı romanı.) Kitabın girişində deyildiyi kimi: "Bu romani XX əsrin ən çox səslənmiş yalanı olan 1915-ci il qondarma erməni soyqırımının və həmin əsrin ən çox unutdurulmuş həqiqəti olan olan 1918-ci il türk-müsəlman soyqırımının yüzüncü ildönümlərinə həsr edirəm". Kitabı oxumağa başladım və ilkin düşüncələrim yaxşı deyildi. İlk başda Elxan bəyin bilərəkdən göstərmiş olduğu o hadisəyə əsasən (erməlilərlə bağlı olan o ayrıntılar) kitabı sevməyəcəyimi düşündüm. Çünki, baş vermiş kimi qələmə aldığı o hadisələr bizim bütün həqiqətlərimizi yalan edir, ermənilərin bu günki bütün iddialarını gerçək kimi göstərirdi. Lakin, belə bir kitabı onun yazmış olmağına inanmamağım, kitabın bütün sirləri açıqlandığı zaman təsdiqini tapdı. [Çünki heç nə göründüyü kimi deyildir.] Kitab, ermənilərin azərbaycanlılara, ümumiyyətlə bütün Türk xalqlarına qarşı olan kininin nə qədər iyrənc bir şəklə düşdüyünü bizə bir daha sübut edir. Deyəcəksiniz ki "Axı bu sadəcə bir kitabdır?!" Biz tarixə nəzər salsaq (ki Elxan bəy bu mövzuları da romanında çox gözəl şəkildə qələmə almışdır), o kitabda olan hadisələrin deyil də, onların bizə qarşı olan hislərinin reallığa yaxın olduğunu görərik. Əslində reallığa yaxın olmamaq məsələsi özü də ziddiyət təşkil edir. Çünki, roman hər nə qədər insan təxəyyülü ilə yaranmış olsa da oradakı tarixi hadisələr tamamilə baş vermiş hadisələrdir. Hələ ki Azərbaycan xalqına qarşı törədilmiş soyqırım hadisəsi... Eh, bu məsələyə toxunmuram. Çünki hər birimizin yaralı yeridir deyə düşünürəm. Kitabı mənə tövsiyyə etmişdilər, ona əsasən oxudum. Peşman oldummu? Xeyr. Mənim fikrimi soruşsanız, mən də sizə tövsiyyə edərəm.) Hər kəsə xoş mütaliələr (Yetər)

Elxan Elatlı "Xəstə ruhlar" əsərindən "Məzlumlar" Kitab haqqında mülahizələrimi bölüşmək istərdim... Kitab tarixi-dedektiv əsərdir. Faktlarla doludur. Doğrusu kitabı ilk aldığımda enerji almadım. Bu ya onun tarixi əsər olmasından, ya da mistik məzmunla bağlı olması ilə əlaqədar idi. Elxan Elatlının digər əsərlərində olduğu kimi qəhrəmanlardan biri tanış xarakterdir. Qambay Qasımlı- Kriminalistika alimi, ya yazıçı təxəyyülünün məhsulu, ya da həyatda olmuş bir insan kimi tərənnüm olunur. Hadisələr əsas obrazlardan olan kənd polisi Vasifin dili ilə nəql edilir. İlk olaraq kənd, ətraf mühit insanları, kəndin təsviri ümumi şəkildə qısa cümlələrlə şərh edilir. Geniş təsvir, adlıq cümlələrin bolluğu, heyrətamiz təşbehlər, füsunkar metaforlar əsəri valehedici etməyə vəsilə olur. Düşünürəm ki, dedektiv janrda olan əsərlər insan beyninin müəyyən hissəsini inkişaf etdirməyə xidmət edir. Belə ki, əsərin əvvəlində müsbət xarakter kimi dəyərləndirdiyin biri əsərin sonuna doğru gedərkən artıq mənfi qəhrəmana ,hətta suiqəstçi erməni balasına belə çevrilir. Necə də qəribədir, elə deyilmi!? Tarixdən də məlumdur ki, ermənilər millətimizin içərisində xalqımızı bir-birinə vurub, kənardan çox yaxşı, həzzlə tamaşa etməyi çox sevmişlər,eyni zamanda da bu cür xislətli əməlləri yerinə yetirməyi çox ustalıqla bacarmışlar. Əslində kitabda böyük xəyanətlər vardır. Hansı ki ,biz bunu Əbdülün Şahnaza olan xəyanətində, Haykanuşun Vahana olan xəyanətində, Cəmilin atasına,qardaşına bir sözlə nəslinə olan xəyanətində görürük. Lakin ən böyük xəyanət ermənilərin yedizdirildiyi, yaxşı üz və yaxşı həyat gördüyü evə olan xəyanətidir. İnsanlığa sığmayan davranışlar kitab səhifələrindən zehnlərə axıdılır. Kitabda əvvəldə qeyd etdiyim kimi, tarixi faktlara toxunulur. AXC hökümətinin yaradılması, Nuru Paşanın şücaəti, Qafqaz canişinliyinin özbaşınalıqları, qaçaq hərəkatları incə və indiyə qədər bilinməyən xırda məqamları ilə aydınlıq gətirilir. Həmçinin yazıçı tərəfindən siyası məqamlar da ustalıqla şərh edilir. Azərbaycanlı gənclərə Çar Rusiyası və Qafqaz canişinliyinin zamanında nə səbəbə silah verilməməsi, ermənilərin Qafqaz canişinliyində mövqelərinin güclü olması, azərbaycanlı ailələrin xüsusilə də gənclərin erməniləri ciddiyə almaması və onlara saf insan kimi yanaşmaları( hansı ki, bütün bəlalar bu səbəbdən olur) kimi siyasi məsələlər oxuculara çatdırılır. Fikirlərimin əvvəlində qeyd etdim ki, dedektiv əsərlər insan zehnini inkişaf etdirir, nəticə çıxarmaq qabiliyyətini təkmilləşdirir. İnkişaf isə araşdırma yolu ilə olur. Sonda qatil və ya cinayətkar heç nəzərində belə olmayan bir insan olur. Qətlin isə məqsədi tam əvvəldən cərəyan edən iki nəslin qan davası yox, sadəcə erməni xislətinin baş qaldırması olur.Sonda bir neçə günahsız insan həyatını itirmiş ,bir neçə ailə məhv olur... Və erməni Mahnisənin oğlu Xanverdi qatil olaraq heç də peşiman olmadığı aydın olur. Əsərdə də deyildiyi kimi, insanlar özlərini ölü ruhlardan yox, sağlam bədəndə olan xəstə ruhlardan qorumalıdır. (booklover)

Oxudum Beyendim çok gozel bir eserdi insan oxuduqca oxumaq isdeyir kitab sevenler yazarimizin kitablarin oxusarlar çox gozel olar men bir kitabini defelerler oxumusam (Elxan Elatli Resmi Fan Club)

Xəstə ruhlar PDF indirme linki var mı?

Elxan Elatlı - Xəstə ruhlar kitabı için internette en çok yapılan aramalardan birisi de Xəstə ruhlar PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.

Kitabın Yazarı Elxan Elatlı Kimdir?

 Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış. 

1980-1985  yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda  fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı.

2001 yılından beri Bakü de yaşıyor.

Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si  mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır.

Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.

Elxan Elatlı Kitapları - Eserleri

  • Adsız Tablo
  • Seçilmiş Cəza
  • Ən Yaxın Planet
  • Arxalı Canavar
  • Qisas Gecəsi
  • Cəhənnəmdən Gələn Səs
  • Yeddinci Mərtəbədə Qətl
  • İtmiş Qızın Axtarışı
  • Dilənçi Qadının Sirri
  • Ələkeçməz Yaquar
  • Pəncərədə Görünən Kölgə
  • Bakıdan Gələn Xəfiyyə
  • Xəyanət
  • Görünməyən İzlər
  • Qanunsuz Əməliyyat
  • Niyə Susursan, Polkovnik?
  • On Dördüncü Adam
  • Məhəbbətin Gizli Kodu
  • Qan Ləkəsi
  • Xəstə ruhlar
  • O Gecə Yağış Yağırdı
  • Mərtəbələr
  • Ölüm Ağacının Kölgəsində
  • Eksperiment
  • Qanbay Qasımlının Xəfiyyələri
  • Armed Mişel
  • Yeddinci Mərtəbədə Qətl
  • Uğursuz Gecə
  • Qan Ləkəsi

Elxan Elatlı Alıntıları - Sözleri

  • "Çalış insanları şərdən xilas et, bu, sənin özünə verdiyin sədəqədir.".. (Adsız Tablo)
  • "Mənim ölümümdə heç kəs günahkar deyil. Bunu özüm düşünmüşəm. Çünki, həyatın heç bir mərtəbəsində yerim yoxdur artıq..." (Mərtəbələr)
  • Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi anlayırlar? Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş?!... (Arxalı Canavar)
  • Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər, dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə günəşdən qabaq gəlməklə bizə səhərin açılacağını xəbər verir. Qəlbimizi sevinclə, inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür. Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hesab edirik, ona görə ki, əlimiz çatmır… (Ən Yaxın Planet)
  • -İnsanları tanımaq çox çətindir. (O Gecə Yağış Yağırdı)
  • Kim nə deyir-desin, körpələrlə ünsiyyətdə olmaq özü bir dünyadır. Onların hər bir qayğıdan uzaq şən qığıltısı, gülən və hamını güldürən büzüşmüş dodaqları, zərif, koppuş yanaqları, balaca, lap balaca əlləri.... (Niyə Susursan, Polkovnik?)
  • "Bədənsiz ruhlar elə ruhsuz bədənlər kimi qorxusuzdurlar, buna əmin ola bilərsiniz. Onlar bəzən cinayət törətmək istəsələr də bunu bacarmayacaqlar. Çünki məqsədlərini həyata keçirən bədən tapılmayacaq" (Xəstə ruhlar)
  • Nə isə... Adam Allahını unudanda , doğrudan da, hər şey edə bilərmiş... (Niyə Susursan, Polkovnik?)
  • Heç bir adam barəsində «o belə bir iş tutmaz!» sözünü demək düzgün deyil. (Qan Ləkəsi)
  • Başını qaldırıb kitab şkafının üst rəfində ayrıca qoyulmuş qırmızı cildli kitaba baxdı.Bu, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi"idi.Qəhvədən bir qurtum içib kinayə ilə gülümsədi.Maraqlıdır,görəsən,niyə bu məcəllələrdə bir cinayətin cəzası yeddi il azadlıqdan məhrum etməkdən başlayır,başqa cinayətinki,məsələn,səkkiz ildən?Yəni,bu rəqəmlər arasında,doğurdanmı ədalətə xidmət edən məntiqi bir fərq var idi? Bu kitaba hər dəfə baxanda düşünürdü ki,dünyada,insanlar arasında ədalət deyilən şey yoxdur.Nə ədalət var,nə də lazımi qədər ədalətli adamlar.Ədalət olsaydı,cinayətlər olmazdı.Ya kifayət qədər sözün həqiqi mənasında ədalətli adamlar olsaydı,onları hakim kürsülərində əyləşdirərdilər və onlar da hər hansı cinayəyin cəzasını öz ədalətli qəlblərinin sözünə baxmaqla müəyyən edərdilər.Kitabsız-filansız... (Seçilmiş Cəza)
  • -Yox , əzizim , məhəbbətə görə heç vaxt cinayət törətmirlər . Cinayətlər şəhvətə , məşum ehtiraslara görə törədilir . (Yeddinci Mərtəbədə Qətl)
  • Keçmişdə deyirlərmiş ki, Tanrı qadını yaradanda gözəlliyi gözlərinə, təravəti dərisinə, incəliyi burnuna, çənəsinə, şirinliyi dodaqlarına və dişlərinə verib. (Bakıdan Gələn Xəfiyyə)
  • Tanrı öz yaratdıqlarına heç vaxt ayrı-seçkilik etməzdi. Ayrı-seçkilik etmək xüsusiyyəti yalnız insanlara məxsus idi. (Qanunsuz Əməliyyat)
  • Səngərdə bir əsgəri danışdırırlar,deyir ki,mən bura ölməyə gəlmişəm.Öldürməyə gəlmişəm deməkdənsə, ölməyə gəlmişəm deyir.Belə əsgər olar?Buna qulaq asanlar da fikirləşəcək ki,düşmənin üstünə gedən ölməyə gedir. (Qisas Gecəsi)
  • Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur... (Niyə Susursan, Polkovnik?)
  • Mənə baş sındırmaq üçün dolaşıq məsələlərdən, ədalətə xidmət etməkdən duyduğum məmnunluqdan və normal yaşamaq üçün lazım olan minimum məbləğdə puldan başqa bir şey lazım deyil. (İtmiş Qızın Axtarışı)
  • Doğru deyirsən, qızım, - Qasımlı başını kədərlə tərpətdi, - kəlbəcərlilərin bugünkü durumu dünyanın haqsız dünya olduğuna bir daha sübutdur. (Qanbay Qasımlının Xəfiyyələri)
  • Həyatda inamını, ümidini tamamilə itirmiş adam, əslində, elə ölü kimi bir şeydir. (Qan Ləkəsi)
  • Bu vəhşilər qeyrəti qarşısında məğlub olduqları türk qadınının cəsədindən intiqam almışdılar. Mahirənin Ələmdarın xatirəsinə əbədi həkk olunmuş o ala gözləri ovulub çıxarılmışdı... (Ölüm Ağacının Kölgəsində)
  • Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir. (Qanunsuz Əməliyyat)

Yorum Yaz