Doğum Tarihi:
Doğum Yeri: 1864
Ethel Lilian Voynich kimdir?
--reklam--
Ethel Lilian Voynich Kitapları - Eserleri
- Ovod
- An Interrupted Friendship
- Cek Reymond
- Сними обувь твою
- Оливия Лэтам
--reklam--
Ethel Lilian Voynich Alıntıları - Sözleri
- Mənim xoşbəxtliyim var–sən varsan. (An Interrupted Friendship)
- Nəyimiz olmasa da, nağıl danışanlarımız həmişə kifayət qədərdir. (An Interrupted Friendship)
- Amma o, uzun müddət insan mərhəmətinin sərhədlərindən kənarda yaşamışdı,gözləri dünyanın bəlalarını çılpaqlığı ilə görmüşdü... (Cek Reymond)
- "Ne kadar da solgunsun!" dedi. "Çünkü yaşamı hüzünle kavrıyorsun ve çikolata sevmiyorsun... " (Ovod)
- Sənə ən əziz bir adama az qala bütün bağışlanmaz yaraşdırmaq ağırdır, amma onun ədəbsizliyinin sənə toxunması bundan da ağırdır (An Interrupted Friendship)
- Nəyimiz olmasa da, nağıl danışanlarımız həmişə kifayət qədərdir.. (An Interrupted Friendship)
- Sən demə, Molli də böyüklərin öz çirkli pəncələri ilə qəlbinə soxulmasına icazə vermədən öz gizli həyatını yaşayırmış! Bacısı sözəbaxan qız, özü isə pis oğlan olsa da, onların hər ikisi eyni məqsədə doğru can atırdı, fərq yalnız istifadə etdikləri vasitədə idi. (Cek Reymond)
- O dəyişib, amma bütün dünya əvvəlki kimidir. Başqaları üçün adi olan bir şey indi onun üçün ölümdən betər idi. (Cek Reymond)
- Ağrı bizim şüurlu "mən"imizi iki bir-biri ilə mübarizə aparan hissəyə ayrır: onlardan biri hər hansı bir təzahürün reallığını ağılla anlayır,ikincisi isə hiss edir ki, bu reallıq yalandır.. (An Interrupted Friendship)
- Ethel Lilian Voyniçin hər növbəti əsərilə tanış olduqca, hələ də ki, bu bioqrafik xarakterli əsərdisə, artıq əmin olmağa başlayıram; ya mən birinci həyatımda E.L.Voyniç olmuşam, ya da xanım Voyniç öldükdən sonra ruhu mənim bədənimə köçüb... Çünki bir insan başqa bir insanın hisslərinə, ağrılarına, kədərinə, kədəri yaşama, duyma şəklinə ancaq bu qədər qarşılıq verə, ancaq bu qədər incəliklə təsvir eləyə bilər. Fərqli yaşanmışlıqları, fərqli duyğuları, faciələri eyni şəkildə hiss eləyib yaşamağı bir-birinin ruhuna ancaq bu qədər yaxın olan insanlar bacarar. Hətta eyni ruhu daşıyan insanlar... E.L.Voyniçin həyatından bəhs elədiyi güman edilən (çünki əsərdəki bütün əksər hadisələr Miss Voyniçin həyatıyla səsləşir) Oliviya Letam əsərini tamamladım. Voyniçdən oxuduğum 4-cü əsər idi bu və hər dəfə yeni bir əsərini oxumağa başlayanda öz - özümə məni maraq götürür ki, görəsən bu dəfə məni necə bir ağrı gözləyir, necə toxunacaq hisslərimə, hansı yaşanmışlıqla iz qoyacaq həyatımda... Doğrusu, çox da bir şey gözləmirəm, çünki mən Ovodla yaşaya biləcəyim bütün ağrıların, sarsıntıların, dəhşətin, üsyanın ən gerçəyini, kuliminasiyası nöqtəsini yaşamışam. Bundan o tərəfə yoxdur deyə düşünürəm. Ancaq yenə də hər dəfə məni təəccübləndirə, sarsıda bilir əsərlərində təsvir elədiyi xarakterlərin yaşadığı faciələrlə.. ən önəmlisi də budur ki, bu qəhrəmanlar, bu ağrılar gerçəkdi, yaşanmışdı. Bunu hər zaman hiss eləmişəm, bu əsərlə isə bir daha əmin oldum…. Həm də əsəri bitirdikdən sonra E.L.Voyniçin bioqrafiyasını araşdırdım bir az və qarşıma bu günə qədər heç oxumadığım maraqlı məlumatlar çıxdı. Bir yazıçı üçün olduqca maraqlı, rəngarəng, səyahətlərlə dolu və kifayət qədər də ağrılı bir həyatı olub Miss Voyniçin. Pianoçu olmağı arzulayarkən əlində yaşadığı və həkimlərin çox da baş açmadığı problemlə əlaqədar bu xəyalı suya düşür. (Voyniç 1917ci oı rus inqilabı şərəfinə Vavilion aratoriyasını bəstələmişdir). Sonra rus inqlabçısı Slavinskiylə qarşılaşması, onunla və ailəsiylə olan dostluğu düşüncələrində çox dərin izlər qoyur. Bu vəsiləylə Peterburqda olur, ordan ağır əsəb sarsıntısıyla qayıdır. İnqilabi hərəkatın iştirakçılarından olan və Sibirdən qaçıb gələn Mixail Voyniçlə qarşılaşması və sanki uzun zamandan bəri gözlədiyi qəhrəmanın gəlməsi kimi olur onunçün. Voyniçlə ailə həyatı qurur. Slavinski onu romanını yazmağa ilahmlandırır və uzun zaman çəkdiyi əziyyətdən sonra xəyalında yaşatdığı qəhrəman artıq sətirlərlə canlanır, milyonların sevimli qəhrəmanı Ovod doğulur. Əəsər ilk dəfə Amerika və İngiltərədə paralel çap olunur. Lakin Amerika tənqidçiləri əsəri anti din ruhuna görə gənclik üçün zərərli hesab edir. Yazıldığı ilk dövrdə istədiyi zirvəyə qalxa bilməyən əsər miss Voyniçin ömrünün sonlarına yaxın Sovet İttifaqında yenidən kəşf olunur. Lakin əvvəldən əsərin müəllifi haqqında yalnış təsəvvürün olması çaşqınlıq yaradır. Çünki məlum ölkədə əmindilər ki, əsərin müəllifi həmin dövr inqilabçılarından biridir və kişidir. Əəsərin müəllifiinin yaşadığını öyrənən Sovet cəmiyyəti böyük qüvvəylə xanım Voyniçin mənzilinə hücum çəkirlər. Yaşadığı uğursuzluqların ruhdan saldığı Voyniç onları yazıçı olmadığına inandıra bilmir və sonunda nəhayət böyük sevgiylə yaratdığı yarı gerçək, yarı xəyali qəhrəman, Ovod layiq olduğu dəyəri görür, layiq olduğu zirvəyə qalxır. Oliviya Letam əsərindən yola çıxıb Voyniçin həyatına qədər getdim və onun yaxından tanıdıqca incə ruhunu, həssaslığını, qürurluluğunu, güclü xarakterini çox sevdim. Onu özüm kimi anladım... İndi isə bir az da bitirdiyim əsər haqqında danışmaq istəyirəm. Oliviya Letam Miss və mister Letamların böyük qızıdı. Kifayət qədər varlıqlı ailə olan Letam ailəsi üçün bu gün sevincli gündür. Çünki böyük qızları Oliviya Londondan evlərinə qayıdır. Son 7 ildə Oliviya orda yaşamış, əvvəlcə tibb bacısı ixtisasına yiyələnmiş, daha sonra Londonda qalıb işləmişdir. Oliviya xaraktercə çox güclü, bacarıqlı, çalışqan, fədakar, sevgi dolu, nəzakətli, düşüncəli insandır. Oliviyanın Susseksə qayıtması ailə üçün çox böyük xoşbəxtlikdir, çünki xəstə olan anasının qayğısına qalacaq onu tezliklə sağalmasına çalışacaq etibarlı bir insan var, həm də uzun sürən ayrılıqdan sonra mister Alfred Letamın sevimli qızı artıq evlərində olacaq. Ancaq gözlənilmədən gələn bir teleqramla Oliviya bu dəfə də uzağa getməli olur, üstəlik indi daha uzağa Peterburqa dərin bir sevgiylə bağlandığı insanın yanına… Vladimr rus inqilabçı hərəkatının aparıcı üzvlərindən biridir, iqilabi fəaliyyətinə görə həbs olunmuş, qaldığı həbsxanada ağır günlər keçirmiş və vərəm xəstəliyinə tutulmuşdur. Oliviyanın gəlişi və böyük fədakarlıqla Vladmirin qayığısına qalması onun vəziyyətini yüngülləşdirir. Kakin Oliviya onu anlamır, onun siyasi fəaliyyətinin nəticəsi olacağına. Onun fikrincə silah gücünə heç bir müsbət nəticə eldə eləmək olmaz. Oliviyanın Vladimirlə bağlı yaşadığı dəhşətli travma onun hətayatını, şəxsiyyətini iflic olma vəziyyətinə qədər gətirib çıxarır. Yaşadığı dəhşətli şokdan oyanması, özünü ələ alması, yenidən yaşamağa başlaması uzun zaman tələb eləyir. ən pisi də budur ki, Oliviya heç kəslə paylaşa bilmir yaşadıqlarını, tək başına yaşayır bütün faciələrini, baş verənlərin ağırlığlnı qəbul eləyə bilmir, çiyinləri bu qədər dəhşətli ağrını qaldıra bilmir. Bütün bu ağrılı vəziyyyətdə onun yanında tək insan olur, o da inqilabi hərəkatın başçılarından olan Vladmirin də çox yaxın dostu Karol... Karolun da həyatı ağır sınaqlardan xali olmayıb, onun da qismətinə dəhşətli sınaqlar, ağrılı günlər düşüb. Oliviya Londona qayıtdıqdan sonra canlı ölü kimi sadəcə bioloji həyat sürməyə başlayır, bütün günü qarabasmalar, qorxularla yaşayır. Heç kəs ona kömək eləyə bilmir, sevdiyi işindən də uzaqlaşır, Vladimirin onu qoyub getməsinə inana bilmir. Uzun zaman sonra yavaş yavaş özünə gəlməyə başlayır. Karolun gəlişi isə onu real həyata qaytarır. Oliviya və Karol bərabər fəaliyyət göstərir, bir birinə dəstək olurlar. Lakin Oliviya Karolu da itirmək təhlükəsiylə qarşı qarşıyadır. Bu dəfə onu necə bir faciə gözləyir?! Bu vəziyyətdən çıxış yolu varmı?! Bəlkə bu dəfə nəhayət uzun sürən ruhi sarsıntılardan sonra layiq olduğu xoşbəxtliyə çata biləcək?! Əəsər hər bir obrazı, hər bir xarakterilə realdır, həyatdan götürülüb və hətta Etel Lilyen Voyniçin ailəsinin, yaxınlarının prototipi sayıla bilər. Bu, mənə görə əsərin təsir gücünü və dəyərini iki qat artırır. Çox təssüf eləyirəm ki, əsərin Azərbayacan dilində tərcüməsi yoxdu… Azərbaycan oxucusu bu əsəri öz dilində oxumaqdan məhrumdu. Ümid eləyirəm k, bir gün mütləq bu gözəl əsərləri öz dilimizdən oxuma xoşbəxtliyini yaşayacağıq… (Оливия Лэтам)
- Mən onları səslədim, gözlədim ve yenə səslədim, Eşitdilər – amma anlaya bilmədilər. (An Interrupted Friendship)
- -Mən də düşünürdüm ki, niyə o mənə Mr.Riversi xatırladır -Necə deyim!? -Onun üzü Cəhənnəmdə olmuş adamı xatırladır. -Və hələ də oradan çıxmamış birini..... (Сними обувь твою)
- Nəyimiz olmasa da, nağıl danışanlarımız həmişə kifayət qədərdir.. (An Interrupted Friendship)
- ''...ruhuna maske takma.'' (Ovod)
- Cek hönkürdü-böyük adam kimi ağır-ağır, səssiz,göz yaşı tökmədən.... (Cek Reymond)
- Dünyadaki en tuhaf işlerden biridir, her köle kendisine ait bir kölesi olsun diye uğraşır. (Ovod)
- ''...bir süre benimle yürür müsünüz?'' "Nereye?" "Fark etmez...'' (Ovod)
- Həyatda o qədər səhv edirsən ki, bu səhvlər açılanda isə başa düşürsən ki, onların heç bir əhəmiyyəti yoxdur, əslində, dünyada heç nəyin əhəmiyyəti yoxdur. (Cek Reymond)
- Mənim haqqımda da başqalarından eşitdiklərinə görə deyil, gözünlə gördüklərinə görə qərar ver. Əgər mən yaramaz və alçaq biriyəmsə, bunu onsuz da tezliklə başa düşəcəksən. (Cek Reymond)
- O bütün ömrü boyu ədalət axtaracaq, o isə dünyada mövcud deyil (Cek Reymond)
Yorumlar
0 yorum