Kitap Künyesi

Yazar: Ethel Lilian Voynich

Çevirmen: Hökumə Həbibova

Yayın Evi: Qanun Nəşriyyatı

İSBN: 9789952362985

Sayfa Sayısı: 152

--reklam--

Cek Reymond Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti

Voyniçin ikinci (və əfsanəvi “Ovod”dan sonra ən tanınmış) romanı. O, bu romanda zahirən Viktoriya dövrünün axırlarına xas klassik nəsr janrına meyil edərək onun bir sıra aspektlərindən istifadə edir. Ancaq əslində “Cek Reymond” daha çox Viktoriya dövrünün əleyhinə olan bir kitabdır. Voyniçin amansız qələmi vasitəsilə “əsl centlmenin tərbiyəsi və inkişafı” tarixçəsi kəskin realizm cizgiləri ilə təsvir olunur.

Kiçik yaşlarından baş qəhrəmanın payına düşən bədbəxtliklər onu sındıra, güclü və sərt xarakterini dəyişdirə bilmir.

Onu sevmək çətindir, ancaq ona heyran olmamaq mümkün deyil…

Cek Reymond Alıntıları - Sözleri

  • Cek hönkürdü-böyük adam kimi ağır-ağır, səssiz,göz yaşı tökmədən....
  • Amma o, uzun müddət insan mərhəmətinin sərhədlərindən kənarda yaşamışdı,gözləri dünyanın bəlalarını çılpaqlığı ilə görmüşdü...
  • Sən demə, Molli də böyüklərin öz çirkli pəncələri ilə qəlbinə soxulmasına icazə vermədən öz gizli həyatını yaşayırmış! Bacısı sözəbaxan qız, özü isə pis oğlan olsa da, onların hər ikisi eyni məqsədə doğru can atırdı, fərq yalnız istifadə etdikləri vasitədə idi.
  • O bütün ömrü boyu ədalət axtaracaq, o isə dünyada mövcud deyil
  • Amma axı kimsə dahi olmalıdır, yoxsa bizi - adi adamları kim musiqi ilə sevindirər?
  • O dəyişib, amma bütün dünya əvvəlki kimidir. Başqaları üçün adi olan bir şey indi onun üçün ölümdən betər idi.
  • Həyatda o qədər səhv edirsən ki, bu səhvlər açılanda isə başa düşürsən ki, onların heç bir əhəmiyyəti yoxdur, əslində, dünyada heç nəyin əhəmiyyəti yoxdur.
  • Mənim haqqımda da başqalarından eşitdiklərinə görə deyil, gözünlə gördüklərinə görə qərar ver. Əgər mən yaramaz və alçaq biriyəmsə, bunu onsuz da tezliklə başa düşəcəksən.

Cek Reymond İncelemesi - Şahsi Yorumlar

"Jack Raymond" romanı ismini daha çok ünlü "Ovod" eseri ile tanıdığımız, etkilendiğimiz roman yazarı ve müziği derinden seven Etel Villian Voyniçin ikinci romanıdır. Eseri okuduğumuzda yazarın çocukluk hatıralarının da, hiss etdiği duyguların da sarsıtıcı birleşimini hiss etmemiz mümkündür. Romanın kahramanları hakkında bütünlükle bir bilgi verip, onların bütün "kişilik"lerini, inceliklerini tamamen söylemek mümkün değil diye düşünüyorum. Çünkü eser ilerledikçe (kahramanlarımız büyüdükçe) bir takım değişimler ve büyümenin ortaya koyduğu olgunluk ve düşüncelerin daha derin olması söz konusu. Ama tamamen bir bakış bucağı kurarak incelediğimizi farz edersek, bunları söyleye biliriz: Jack Raymond - uslu olmayan çocukluğu ile diğer arkadaşlarından farklı olan (farklı olmasında önemli olan nokta uslu olmaması değil, bunu nasıl ve ne kadar yapması), insanların yerine mazlum hayvanlara daha çok acıyan ve onlara daha çok sevgi veren, aynı zamanda kindar ve iyi birisi (zaten bazılarımız ne kadar inkar etse de, her birimiz kindar değil miyiz?) ; Molli - Jack'in kız kardeşi, mihriban, aynı zamanda da soğuk, her şeye "evet" diyerek kendi boşluğunu boğmağa çalışan biri; Vikari Raymond - Molli ve Jack'in amcası, Jack'in "ölesiye düşmanı" , kindar, ırzına zarar gelmesin diye her şeyi yapabilecek bir insan, güzel şeyler yaptığında bile bunun karşılığında bir şey istemeyi düşünen , bir tarafdan kötü, bir tarafdan da kendini hırpaladığı için iyi sayılacak birisi. (Diğer karakterlerin hakkında bir şey söylemek bana spoiler vereceğim gibi hiss etdirdiği için onların üzerini geçmek istiyorum.Ancak incelemede adlarını söylemek zorunda kalacağımdan eminim.) Bazen etrafımızda şahit olduğumuz, her gün gördüğümüz olaylar, duygular, aslında gerçekten de şekil aldığı ve düşünüldüğü gibi değil. Her zaman öyle noktalar vardır ki, bu noktaları dışarıdan izleyen birinden farklı olarak, insanın kendisi bile içinde olup-biten şeyleri düzgün,dürüst anlayamıyor, ya da anlamak istemiyor. Eseri okudukça Jack'in bize mantıksız ve bir çocuk kadar usulsuz gele bilecek her bir davranışı, aslında kendine doğrultmuş bir tür ceza ve alçaldılmış olmak arzusudur. Aslında biz bunu her zaman yapıyoruz. Sadece dediğimiz gibi, bazen öyle anlar vardır ki, öyle noktalarla kesişiyoruz ki, kendi hareketlerimize doğru-dürüst açıklama veremiyoruz; bunu ne sözlere döke biliyor, ne de duygularla kendine anlata biliyorsun. Jack'in yaptığı her tür usulsuz davranışlar ve ona karşılık yediği tokatlar (hatta bu bazen daha kötü cezalarla değiştirile biliyordu) ve yediği tokatlardan bir hazz alması bir nevi kendine daha çok azap verme yönümlü değil midir? Mazoşist karakterinin arkasında yanı sıra, ne kadar tokat yemeği seven biri olsa da, aslında bu tokatdan yediği hazz kadar azap çekmiyor mudur? Peki ya kendini ıslah ettikten sonra bir daha tokat yerse, o zaman ne olur? Bir daha eskisi gibi cesaretli biri ola bilir mi? Jack'in anlaşılmaz mutsuzluğunu birisi anlasaydı, büyük ihtimaldir ki, Jack ona daha çok nefret eder ve ona saygı duymazdı. Çünkü o insanın düşündükleri doğru bir şey olurdu. Bazen insan kendi duygularını, sevdiği ve zaafı olduğu bir eşyasını gizletirmiş gibi saklıyor. Ama bazen bir şey gizletmenin en iyi yolu onları görünür bir yere saklamaktır. Çünkü aslında bir şeyleri ne kadar gizletmeğe ve "yok etmeye" çalışsak da, derinlerimizde bir yerde o şeyin yüze çıkması için dualar ediyoruz. Jack'in de duyguları aslında böyle bir şeydi. Adeta "beni keşf edin, burda boğuluyorum, biriniz bunu ben söylemeden anlayın,hadi" diyen bir yaşlı adam gibi sokağın ortasında bağırıp ağlayacak seviyeye gelen Jack , sadece farkındalık istiyordu. Ne kadar kendi duygularını gizletse bile, onun gözlerindeki kederi hiç kimse duyamazdı. Onun hareketlerinde bir canlılık olsa bile, gözleri bunları inkar ediyordu. Ama bunu sadece Yelena göre bilmişdi. Peki ya Yelenanın bu terkedilmişlik ve özfarkındalıktan yoksun kederli gözleri hiss etmesi Jack'i kendine problemsiz ve iyimser bir insan gibi hissettire bilirdi mi? Küçüklüğünde Jack kız kardeşini çok sevmese de, sırf o kız ve zayıf diye onunla uğraşmıyor ve onu her zaman korumayı hayatının borcu bilirdi. Büyüyünce ise her şeyi tersine oldu. Buna ne sebep olmuşdu peki? Jack'in ussuz çocukluğu ve uzun zamandır görüşmemeleri bir daha onları bir-birine yaklaştıra bilirdimi? Jack etrafında olan insanların hepsinin sahte, yalancı samimiyetine ve hoşgörülerine nefret eder; nefretin, yediği tokatların ve onlardan aldığı hazzın bile bunlardan daha gerçekçi ve sonsuz olduğuna inanıyordu. Peki ya insan kendi mutsuzluğunu nasıl bastıra bilir? Kendinin mutsuz olduğunu bilen insan gerçekten de mutsuz mudur? Peki insan mutsuz olduğunda yan-yana koyulmuş kibrit çöplerinin biri yakıldığı zaman diğerlerinin de yakıldığı gibi, ya da kurulan taşların birini çöktürdüğümüzde diğerlerinin çöktüğü gibi mutsuzluk da aynen bunun gibi bir zincir olarak mı devam ediyor? Jack'in hayvanlara karşı duyduğu merhamet ve onların başına pis bir şey geldiğinde gözlerinin dolması bana Nitzche'nin bir at yavrusunu kamçıladıklarında gözlerinin dolmasını ve ağlamasını hatırlattı. Bu yerde Oğuz Atay'in bu sözleri gelir aklıma; "Bazılarımız şiirlere, şarkılara, kitaplara, filmlere tutunuyor. Sanırım artık insan, tutunamıyor insana..." Eserde Jack'in başına gelen olaylar ve hayalkırıklıkları ile beraber, onun etrafındakı insanların da buna verdiği "reaksiyon"lar ve onların hayatının nasıl aktığı çok güzel sirküle edilmiş bir durumda. Çok konuştum, bence artık eser hakkında "şiddetle tavsiye ediyorum" dememe de gerek yok. Ama yine de şiddetle okumanızı tavsiye ediyorum. (Guliyeva Dunya)

Cek valideynlərini itirdikdən sonra bacısı Molli ilə birlikdə əmisinin himayəsində yaşayır.Cek çox dəcəl,yaramaz,qadağalara fikir verməyən bir uşaq kimi tanınır və əmisi onu guya cəhənnəmdən qorumağa çalışır.(Cek'i anlamağa çalışmır,yalnız döyərək,əziyyət edərək onu "tərbiyələndirmək" istəyir.) Hər zaman balacanı etdiyi şeylərə görə cəzalandırırdılar.Lakin ən son əmisinin onu dinləmədən günahlandırdığı hadisədə Cek'in həqiqətən də günahı var idi mi? O qədər dəcəl idi ki hər şeyi ondan bilirdilər.Amma heç kəs onu anlamağa çalışmırdı,nələr hiss etdiyini soruşan bir nəfər belə yox idi.(Teo ilə rastlaşana qədər....) Hisslərimi ifadə edə bilməyəcək qədər çox sevdim əsəri... Cek'in düşüncələri,özəlliyi,çoxunun görə bilmədiyi,anlamadığı fərqliliyi və güclü zəifliyi.... Məncə hər kəs bu əsəri oxuyub,Cek'lə tanış olmalıdır. Kitabin ilk səhifələrində Cek ilə tanış olduğumda mənə "Şeker portakalı"nın Zezesini xatırlatdı... . (A)

Yenə bir Voyniç dramı yaşadım... Yenə onu özümə bu qədər yaxın hiss elədim. Bununla da Voyniç seriyasının oxunmasını tamamlamış oldum. Bildiyim qədərilə Etel Lilyen Voyniç bütün həyatı boyu cəmi 5 roman yazıb - "Ovod", " Cek Raymond", "Qırılmış dostluq", "Ayaqqabılarını çıxar" və "Oliviya Letam"... Qısaca əsər haqqında onu deyim ki, Voyniçin bütün romanlarının ana motivi insan və onun həyatının bir bölümündə yaşadığı dəhşətli psixoloji sarsıntı və bunun onun sonrakı həyatında qoyduğu izlər, onun düşüncələrinə göstərdiyi təsirdir. Həmçinin, romanlarında təsvir etdiyi sarsıntılar onun özünün həyatının müxtəlif dövrlərində yaşadığı sarsıntılardır. "Cek Raymond" romanında da bu əsas xətdir. Lakin burdakı qəhrəmalar yaşca kiçikdir. Ata və analarını itirmiş Cek və Molli Raymond bacı - qardaşları əmilərinin himayələrinə sığınırlar. Sərt və qatı dindar xarakterli Cozaya Raymond üsyankar ruhlu və həddən artıq qürurlu olan Ceki öz tərbiyə üsulu ilə ram eləyə bilmir. Seçdiyi yol o qədər sərt cəzalarla doludur ki, nəticə etibarilə bütün iplərin qırılmasına və Cekin uşaq ruhunda sağalmaz yaraların açılmasına səbəb olur. Ətrafdakılar Cekin gələcəyinə ümidlə baxmazkən, onu cani və quldurların əhatəsində görərkən, onun içindəki sevgi və gözəlliklərə qarşı bu qədər kor ikən, xoşbəxt bir təsadüf onu əmisinin himayəsindən azad edir. Artıq Cek daha əmin əllərdə və onu həqiqətən sevən, dəyər verən, ona inanan insanların himayəsindədir. Bütün bunlar onun gələcəyinə müsbət məna da təsir göstərir. Hər dəfə Voyniçin yeni əsərini oxuyanda bunu düşünürəm inadla, ya mən birinci həyatımda mütləq ki, xanım Voyniç olmuşam, ya da Xanım Voyniç öldükdən illər sonra ruhu mənim bədənimdə yenidən canlanıb. Çünki hisslərini bu qədər dərindən anladığm, duyduğum, mənim hislərimi bu qədər gözəl anlayıb duya bilən nadir qarşılaşdığım yazıçılardandır Voyniç... (Şəhla Rşd)

Cek Reymond PDF indirme linki var mı?

--reklam--

Ethel Lilian Voynich - Cek Reymond kitabı için internette en çok yapılan aramalardan birisi de Cek Reymond PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.

Kitabın Yazarı Ethel Lilian Voynich Kimdir?

--reklam--

Ethel Lilian Voynich Kitapları - Eserleri

  • Ovod
  • An Interrupted Friendship
  • Cek Reymond
  • Сними обувь твою
  • Оливия Лэтам

--reklam--

Ethel Lilian Voynich Alıntıları - Sözleri

  • Mənim xoşbəxtliyim var–sən varsan. (An Interrupted Friendship)
  • Nəyimiz olmasa da, nağıl danışanlarımız həmişə kifayət qədərdir. (An Interrupted Friendship)
  • Amma o, uzun müddət insan mərhəmətinin sərhədlərindən kənarda yaşamışdı,gözləri dünyanın bəlalarını çılpaqlığı ilə görmüşdü... (Cek Reymond)
  • "Ne kadar da solgunsun!" dedi. "Çünkü yaşamı hüzünle kavrıyorsun ve çikolata sevmiyorsun... " (Ovod)
  • Sənə ən əziz bir adama az qala bütün bağışlanmaz yaraşdırmaq ağırdır, amma onun ədəbsizliyinin sənə toxunması bundan da ağırdır (An Interrupted Friendship)
  • Nəyimiz olmasa da, nağıl danışanlarımız həmişə kifayət qədərdir.. (An Interrupted Friendship)
  • Sən demə, Molli də böyüklərin öz çirkli pəncələri ilə qəlbinə soxulmasına icazə vermədən öz gizli həyatını yaşayırmış! Bacısı sözəbaxan qız, özü isə pis oğlan olsa da, onların hər ikisi eyni məqsədə doğru can atırdı, fərq yalnız istifadə etdikləri vasitədə idi. (Cek Reymond)
  • O dəyişib, amma bütün dünya əvvəlki kimidir. Başqaları üçün adi olan bir şey indi onun üçün ölümdən betər idi. (Cek Reymond)
  • Ağrı bizim şüurlu "mən"imizi iki bir-biri ilə mübarizə aparan hissəyə ayrır: onlardan biri hər hansı bir təzahürün reallığını ağılla anlayır,ikincisi isə hiss edir ki, bu reallıq yalandır.. (An Interrupted Friendship)
  • Ethel Lilian Voyniçin hər növbəti əsərilə tanış olduqca, hələ də ki, bu bioqrafik xarakterli əsərdisə, artıq əmin olmağa başlayıram; ya mən birinci həyatımda E.L.Voyniç olmuşam, ya da xanım Voyniç öldükdən sonra ruhu mənim bədənimə köçüb... Çünki bir insan başqa bir insanın hisslərinə, ağrılarına, kədərinə, kədəri yaşama, duyma şəklinə ancaq bu qədər qarşılıq verə, ancaq bu qədər incəliklə təsvir eləyə bilər. Fərqli yaşanmışlıqları, fərqli duyğuları, faciələri eyni şəkildə hiss eləyib yaşamağı bir-birinin ruhuna ancaq bu qədər yaxın olan insanlar bacarar. Hətta eyni ruhu daşıyan insanlar... E.L.Voyniçin həyatından bəhs elədiyi güman edilən (çünki əsərdəki bütün əksər hadisələr Miss Voyniçin həyatıyla səsləşir) Oliviya Letam əsərini tamamladım. Voyniçdən oxuduğum 4-cü əsər idi bu və hər dəfə yeni bir əsərini oxumağa başlayanda öz - özümə məni maraq götürür ki, görəsən bu dəfə məni necə bir ağrı gözləyir, necə toxunacaq hisslərimə, hansı yaşanmışlıqla iz qoyacaq həyatımda... Doğrusu, çox da bir şey gözləmirəm, çünki mən Ovodla yaşaya biləcəyim bütün ağrıların, sarsıntıların, dəhşətin, üsyanın ən gerçəyini, kuliminasiyası nöqtəsini yaşamışam. Bundan o tərəfə yoxdur deyə düşünürəm. Ancaq yenə də hər dəfə məni təəccübləndirə, sarsıda bilir əsərlərində təsvir elədiyi xarakterlərin yaşadığı faciələrlə.. ən önəmlisi də budur ki, bu qəhrəmanlar, bu ağrılar gerçəkdi, yaşanmışdı. Bunu hər zaman hiss eləmişəm, bu əsərlə isə bir daha əmin oldum…. Həm də əsəri bitirdikdən sonra E.L.Voyniçin bioqrafiyasını araşdırdım bir az və qarşıma bu günə qədər heç oxumadığım maraqlı məlumatlar çıxdı. Bir yazıçı üçün olduqca maraqlı, rəngarəng, səyahətlərlə dolu və kifayət qədər də ağrılı bir həyatı olub Miss Voyniçin. Pianoçu olmağı arzulayarkən əlində yaşadığı və həkimlərin çox da baş açmadığı problemlə əlaqədar bu xəyalı suya düşür. (Voyniç 1917ci oı rus inqilabı şərəfinə Vavilion aratoriyasını bəstələmişdir). Sonra rus inqlabçısı Slavinskiylə qarşılaşması, onunla və ailəsiylə olan dostluğu düşüncələrində çox dərin izlər qoyur. Bu vəsiləylə Peterburqda olur, ordan ağır əsəb sarsıntısıyla qayıdır. İnqilabi hərəkatın iştirakçılarından olan və Sibirdən qaçıb gələn Mixail Voyniçlə qarşılaşması və sanki uzun zamandan bəri gözlədiyi qəhrəmanın gəlməsi kimi olur onunçün. Voyniçlə ailə həyatı qurur. Slavinski onu romanını yazmağa ilahmlandırır və uzun zaman çəkdiyi əziyyətdən sonra xəyalında yaşatdığı qəhrəman artıq sətirlərlə canlanır, milyonların sevimli qəhrəmanı Ovod doğulur. Əəsər ilk dəfə Amerika və İngiltərədə paralel çap olunur. Lakin Amerika tənqidçiləri əsəri anti din ruhuna görə gənclik üçün zərərli hesab edir. Yazıldığı ilk dövrdə istədiyi zirvəyə qalxa bilməyən əsər miss Voyniçin ömrünün sonlarına yaxın Sovet İttifaqında yenidən kəşf olunur. Lakin əvvəldən əsərin müəllifi haqqında yalnış təsəvvürün olması çaşqınlıq yaradır. Çünki məlum ölkədə əmindilər ki, əsərin müəllifi həmin dövr inqilabçılarından biridir və kişidir. Əəsərin müəllifiinin yaşadığını öyrənən Sovet cəmiyyəti böyük qüvvəylə xanım Voyniçin mənzilinə hücum çəkirlər. Yaşadığı uğursuzluqların ruhdan saldığı Voyniç onları yazıçı olmadığına inandıra bilmir və sonunda nəhayət böyük sevgiylə yaratdığı yarı gerçək, yarı xəyali qəhrəman, Ovod layiq olduğu dəyəri görür, layiq olduğu zirvəyə qalxır. Oliviya Letam əsərindən yola çıxıb Voyniçin həyatına qədər getdim və onun yaxından tanıdıqca incə ruhunu, həssaslığını, qürurluluğunu, güclü xarakterini çox sevdim. Onu özüm kimi anladım... İndi isə bir az da bitirdiyim əsər haqqında danışmaq istəyirəm. Oliviya Letam Miss və mister Letamların böyük qızıdı. Kifayət qədər varlıqlı ailə olan Letam ailəsi üçün bu gün sevincli gündür. Çünki böyük qızları Oliviya Londondan evlərinə qayıdır. Son 7 ildə Oliviya orda yaşamış, əvvəlcə tibb bacısı ixtisasına yiyələnmiş, daha sonra Londonda qalıb işləmişdir. Oliviya xaraktercə çox güclü, bacarıqlı, çalışqan, fədakar, sevgi dolu, nəzakətli, düşüncəli insandır. Oliviyanın Susseksə qayıtması ailə üçün çox böyük xoşbəxtlikdir, çünki xəstə olan anasının qayğısına qalacaq onu tezliklə sağalmasına çalışacaq etibarlı bir insan var, həm də uzun sürən ayrılıqdan sonra mister Alfred Letamın sevimli qızı artıq evlərində olacaq. Ancaq gözlənilmədən gələn bir teleqramla Oliviya bu dəfə də uzağa getməli olur, üstəlik indi daha uzağa Peterburqa dərin bir sevgiylə bağlandığı insanın yanına… Vladimr rus inqilabçı hərəkatının aparıcı üzvlərindən biridir, iqilabi fəaliyyətinə görə həbs olunmuş, qaldığı həbsxanada ağır günlər keçirmiş və vərəm xəstəliyinə tutulmuşdur. Oliviyanın gəlişi və böyük fədakarlıqla Vladmirin qayığısına qalması onun vəziyyətini yüngülləşdirir. Kakin Oliviya onu anlamır, onun siyasi fəaliyyətinin nəticəsi olacağına. Onun fikrincə silah gücünə heç bir müsbət nəticə eldə eləmək olmaz. Oliviyanın Vladimirlə bağlı yaşadığı dəhşətli travma onun hətayatını, şəxsiyyətini iflic olma vəziyyətinə qədər gətirib çıxarır. Yaşadığı dəhşətli şokdan oyanması, özünü ələ alması, yenidən yaşamağa başlaması uzun zaman tələb eləyir. ən pisi də budur ki, Oliviya heç kəslə paylaşa bilmir yaşadıqlarını, tək başına yaşayır bütün faciələrini, baş verənlərin ağırlığlnı qəbul eləyə bilmir, çiyinləri bu qədər dəhşətli ağrını qaldıra bilmir. Bütün bu ağrılı vəziyyyətdə onun yanında tək insan olur, o da inqilabi hərəkatın başçılarından olan Vladmirin də çox yaxın dostu Karol... Karolun da həyatı ağır sınaqlardan xali olmayıb, onun da qismətinə dəhşətli sınaqlar, ağrılı günlər düşüb. Oliviya Londona qayıtdıqdan sonra canlı ölü kimi sadəcə bioloji həyat sürməyə başlayır, bütün günü qarabasmalar, qorxularla yaşayır. Heç kəs ona kömək eləyə bilmir, sevdiyi işindən də uzaqlaşır, Vladimirin onu qoyub getməsinə inana bilmir. Uzun zaman sonra yavaş yavaş özünə gəlməyə başlayır. Karolun gəlişi isə onu real həyata qaytarır. Oliviya və Karol bərabər fəaliyyət göstərir, bir birinə dəstək olurlar. Lakin Oliviya Karolu da itirmək təhlükəsiylə qarşı qarşıyadır. Bu dəfə onu necə bir faciə gözləyir?! Bu vəziyyətdən çıxış yolu varmı?! Bəlkə bu dəfə nəhayət uzun sürən ruhi sarsıntılardan sonra layiq olduğu xoşbəxtliyə çata biləcək?! Əəsər hər bir obrazı, hər bir xarakterilə realdır, həyatdan götürülüb və hətta Etel Lilyen Voyniçin ailəsinin, yaxınlarının prototipi sayıla bilər. Bu, mənə görə əsərin təsir gücünü və dəyərini iki qat artırır. Çox təssüf eləyirəm ki, əsərin Azərbayacan dilində tərcüməsi yoxdu… Azərbaycan oxucusu bu əsəri öz dilində oxumaqdan məhrumdu. Ümid eləyirəm k, bir gün mütləq bu gözəl əsərləri öz dilimizdən oxuma xoşbəxtliyini yaşayacağıq… (Оливия Лэтам)
  • Mən onları səslədim, gözlədim ve yenə səslədim, Eşitdilər – amma anlaya bilmədilər. (An Interrupted Friendship)
  • -Mən də düşünürdüm ki, niyə o mənə Mr.Riversi xatırladır -Necə deyim!? -Onun üzü Cəhənnəmdə olmuş adamı xatırladır. -Və hələ də oradan çıxmamış birini..... (Сними обувь твою)
  • Nəyimiz olmasa da, nağıl danışanlarımız həmişə kifayət qədərdir.. (An Interrupted Friendship)
  • ''...ruhuna maske takma.'' (Ovod)
  • Cek hönkürdü-böyük adam kimi ağır-ağır, səssiz,göz yaşı tökmədən.... (Cek Reymond)
  • Dünyadaki en tuhaf işlerden biridir, her köle kendisine ait bir kölesi olsun diye uğraşır. (Ovod)
  • ''...bir süre benimle yürür müsünüz?'' "Nereye?" "Fark etmez...'' (Ovod)
  • Həyatda o qədər səhv edirsən ki, bu səhvlər açılanda isə başa düşürsən ki, onların heç bir əhəmiyyəti yoxdur, əslində, dünyada heç nəyin əhəmiyyəti yoxdur. (Cek Reymond)
  • Mənim haqqımda da başqalarından eşitdiklərinə görə deyil, gözünlə gördüklərinə görə qərar ver. Əgər mən yaramaz və alçaq biriyəmsə, bunu onsuz da tezliklə başa düşəcəksən. (Cek Reymond)
  • O bütün ömrü boyu ədalət axtaracaq, o isə dünyada mövcud deyil (Cek Reymond)