Kitap Künyesi
Yazar: Celil Memmedguluzade
Çevirmen: Aysun Demirez Güneri
Orijinal Adı: Danabaş Kəndi
Yayın Evi: Bengü Yayınları
İSBN: 9786055988043
Sayfa Sayısı: 183
--reklam--
Danabaş Köyü Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti
C. Memmedguluzade, zengin Azerbaycan halk anlatıcılığıyla modern hikâyeyi birleştirmiş, kendisinden sonra gelen yazarlar üzerinde bugüne kadar devam eden bir etki yaratmıştır. Onun hikâyecilikte gösterdiği en dikkate değer başarı, veraset geleneğine bağlı, çoğu kalıp halinde intikal eden bir hikemî tarzdan kurtulup "yeni hikâye dili"ni bulmuş ve kullanmış olmasıdır. Yaşadığı zamanın umumî gelişmeleri tesirinde, daha çok sosyal gerçekçi bir hikâye anlayışı benimseyen yazar, çevre ve insan karakterlerini başarılı bir mizahî üslupla anlatıyor. Danabaş Köyü kitabında, bir devrin Azerbaycan'ı, halkın hayatı realist bir şekilde inceleniyor.
(Tanıtım Yazısından)
--reklam--
Danabaş Köyü Alıntıları - Sözleri
- Uşağı ata döyər də, söyər də. Ananın nə borcudur ataynan övladın işinə qarışsın?
- Heyf, heyf sənə, uşaqlıq ! Nə gözəl şey imişsən! Nə çörək fikrinə qalırsan, nə paltar fikrinə qalırsan, nə övlad dərdi çəkirsən, nə bilirsən ki, kasıblıq nədir.
- Ne zaman doğduğumu sorarsanız, yanıtlayamam. Çünkü bu konuda hiçbir belge ve yazı yok. Vardı da ben yitirdim? Değil, hayır, doğduğumu kimseler bir yerlere düşmemiş. Hem o zamanlarda ne doğum belgesi varmış ve ne de doğumu bir yerlere yazma alışkanlığı.
- 'Hepimiz Gogol'un Palto'sundan çıktık...'
--reklam--
Danabaş Köyü İncelemesi - Şahsi Yorumlar
Celil Memmedguluzade Azerbaycan edebiyatının en önemli yazarlarından birisidir. Aynı zamanda bir öğretmen olan Memmedguluzade eğitim aldığı, görev yaptığı coğrafyalarda yaşayan insanların hayat hikayelerini biriktirmiş kanımca. Gözlem yeteneğini çok beğendim. Kitap, yazarın kısa yaşam öyküsü, Danabaş Köyünün Öyküsü ve dört kısa hikayeden oluşuyor. En önemlisi kitaba da ismini veren Danabaş Köyünün Öyküsü. Bu hikayede yakın arkadaşının ölümünden sonra onun malına, mülküne, hatta karısına göz koyan köyün muhtarı Hudayar beyin amacına ulaşmak için yaptığı mide bulandırıcı hareketleri anlatıyor. Çok güzel dönem eleştirisi var kitapta. Cahilliğin, yobazlığın insanların, özellikle kadınların hayatını nasıl mahvettiğine şahit oluyoruz. (Ragif)
Danabaş kəndinin əhvalatları: Azərbaycan ədəbiyyatına giriş etmək üçün nədənsə Cəlil Məmmədquluzadəni seçmək istəyi var idi içimdə. (Hərçənd ki, Salam Qədirzadənin “46 Bənövşə” əsəri ilə başlanğıc etmişdim, amma məndə öz ədəbiyyatımıza qarşı bir maraq oyatmamışdı.)Yaxşı ki, bu əsərlə yenidən başladım. Şərq dünyasına “Feminizm”, “Qadın və kişi hüquqlarının bərabərliyi” anlayışlarını gətirmiş olan Cəlil Məmmədquluzadə bu əsərdə öz dövründə nəinki qadınlara edilən haqqsızlıqları, həmçinin digər iyrənclikləri çox sadə dil ilə gün üzünə çıxarıb. Bundan sonrasında SPOİLER OLA BİLƏR. Məni ən çox təsirləndirən nüanslar: Məhəmmədhəsən əminin öz arzusuna çata bilməməsi, oğlu Əhmədin və yoldaşı İzzətin eşşək tapılana qədər artıq həyatdan köçməsi, Zeynəbin başına gələn hər xırda detal. Xüsusilə, Xudayar bəy bir kənara, öz oğlu Vəliqulunun ona bir qız uğruna üz döndərməsi. (Hansı ki, sonda onun da öz arzusuna çatmaması ironik oldu.) • Fikrimcə hərkəsin oxuya biləcəyi, həmçinin oxumalı olduğu bir əsərdir. Şiddətlə tövsiyə edilir (Sevilay Haziguliyeva)
Cəmiyyətə güzgü tutmaq - ictimai problemlərə etiraz kimi: Spoiler ola bilər. "Danabaş kəndinin əhvalatları" zahirən bir-birilə əlaqəsiz görünən, amma paltar söküyü kimi bir-birinin ardınca gələn, bir-birilə əlaqəli olması kənardan absurd səslənən hadisələrin birgə ifadəsidir. Cəlil Məmmədquluzadə "şəriət xeyirlidir, ya ziyanlı", "filankəs haqqlıdır, ya haqqsız", "günahkar kimdir" demədən, sadəcə hekayətini danışmaqla bir çox problemləri cəmisi bir tabloda bütün komponentləri əlaqəli olmaqla təsvir edə bilir. Mühakimə və şərh etmədən Kərbəla ziyarəti istəyiylə yaşayıb Kərbəlanı görmək qismət olmayan, fağır, yoldaşına-uşağına mərhəmətli bir kişinin timsalında bu gün "həqiqi dindar" adlandırdığımız istisnanı da göstərir, şəriət belə hökm eləyir deyib bir qadını razı olmadığı, hətta xəbərsiz olduğu izdivac səbəbiylə haradasa zorla gətirib bir alçağın ağuşuna atan mollanı da. Əsərdə qazı saxta izdivac eləyir - dinlə Allahı aldatmağa çalışır, anası nəçərniklə siğə eləyib deyə kəndxuda olan bir gədanın dilindən Allah sözü düşmür, el arasında adının önünə Kərbəlayi qonan iki nəfər yalançı şahidlik eləyir, heç kimə zərrə pisliyi toxunmamış MəhəmmədHəsən kişi isə Kərbəlayi adını qazana bilmir ki, bilmir; Nağıl eləyənin əsərin əvvəlində Danabaş kəndində hər kəsin bir ayaması - ləqəbi olduğunu deməyi təsadüf deyil. Yenə əsərin əvvəlində "İnşallah, əgər mənim ərzimə axıra kimi səbr ilə qulaq versən, özün görərsən ki, bizim kənd pis kənd deyil." sözlərini oxumamız da təsadüf deyil. Həqiqətən də, bu kənddə kimin haqqlı-kimin haqqsız olmasından asılı olmayaraq, heç kim davranmalı olduğundan başqa cür davranmır, davrana da bilməz. Belə olduğu halda, heç kəs davranmalı olduğundan ayrı cür davranmırsa, kimə pis demək olar ki? Dul və faktiki olaraq acgöz kaftarlar içində tək qalmış Zeynəbin həmin kəndxuda gədanı ər qəbul eləməmək kimi bir şansı yoxdur, çünki qəbul eləməsə də bir fırıldaq gəlib, şəriəti araya salıb onu Xudayara övrət eləyəcəkdilər; MəhəmmədHəsən kişi Xudayar eşşəyi istəyəndə verməyə bilməzdi; Kənd camaatı Kərbəla səfərini icra edə bilsin deyə MəhəmmədHəsənə bir eşşək ala bilməzdi, imkanları buna əl vermirdi; Nəçərnik alçaq Xudayara dayaq durmaya bilməzdi, çünki onun anası ilə siğəli idi; Xudayar Zeynəbi almaq üçün o qədər fırıldaq işə girməyə bilməzdi, çünki həm yoxsuldu, həm də öz övrəti çirkindi; Zeynəbin oğlu Vəliqulu Xudayarın iti olub, anasını ona satmaya bilməzdi, çünki bu izdivac baş tutmasa, Xudayar qızı Gülsümü Vəliquluya verməzdi. Dindarların əksəriyyəti dinin gözəlliklərinin ziddinə getdiyi yerdə dindən, insanların böyük əksəriyyətinin haqqlı-haqqsız bilmədiyi yerdə haqqdan danışmaq mənasızdır. Görünür kimin haqqlı-haqqsız olduğunun heç kimin vecinə olmadığını görən Cəlil Məmmədquluzadə MəhəmmədHəsənin eşşəyinin haqqsız yerə alındığını açıq-açığına izhar etməyin mənalı olduğunu düşünməyib. Hekayət elə nəql olunmayıb ki, eşşək məsələsi əsərin düz mərkəzində dayansın. Belə olduqda, çox şey problemli olan yerdə hansısa xüsusi problemə vurğu eləyib, həll ortaya qoya bilməyib bunu izhar etmək üçün, bəlkə də, ironiya ilə əsərini bir eşşəyin başına gələnlər fonunda danışan Məmmədquluzadənin eləyib-eləyə biləcəyi tək şey olub-bitəni danışmaq, çirkinə özünü səliqəyə salsın deyə güzgü tutmaq, xalqa nə halda olduğunu göstərmək deyildimi? Ziyarətə hazırlaşan fağır, saf MəhəmmədHəsənə qonşularının "biz sən qayıdanda gəlib, Allah qəbul eləsin, desək də hələ bilmək olmaz sənin ziyarətin qəbul olub, ya yox" dedikləri halda Xudayar MəhəmmədHəsən kişidən eşşəyi istəyəndə heç birinin səsini çıxarmaması, çıxara bilməməsi, habelə camaatın Kərbəla səfərini və züvvarlarını bu qədər ciddiyə aldıqları halda Kərbəlayi adını ağızlara saqqız eləyib layiq oldu-olmadı hər yoldan ötənə deməsi, kəndin adının da danabaş olması düşündürücüdür. (Rüstəm Əzimov)
--reklam--
Danabaş Köyü PDF indirme linki var mı?
--reklam--
Celil Memmedguluzade - Danabaş Köyü kitabı için internette en çok yapılan aramalardan birisi de Danabaş Köyü PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF'leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.
Kitabın Yazarı Celil Memmedguluzade Kimdir?
Azerbaycan edebiyatının en ünlü temsilcilerindendir. Kafkasya ve İran'dan Uzakdoğu Asya, Afrika ve Avrupa ülkelerine kadar geniş bir coğrafyada Müslüman dünyasında ilgi ile karşılanan Molla Nasreddin mizah dergisinin (1906-1931) yaratıcısı ve editörü idi. Azerbaycan Edebiyat tarihinde hem kendi adı, hem de 25 yıl boyunca yayınladığı derginin adı olan “Molla Nasreddin" takma adı ile tanınır. Kurduğu derginin çatısı altında realist-demokratik edebî bir mektep kurmuştur. Azerbaycan milliyetçiliğinin oluşmasında etkin rol oynamıştır.
1869'da Nahçıvan’da dünyaya geldi. Babası, Güney Azerbaycan’ın Hoy şehrinden Nahçıvan’a gelip yerleşmiş bir inşaat ustası olan Meşhedî Hüseyinkulu idi.
1887’de Gürcistan'ın Gori şehrindeki “Transkafkaz Müellimler Seminariyası”'nı bitirerek öğretmen oldu. 1887-1897 arasında Nahçıvan köylerinde öğretmenlik yaptı. Öğretmenlik yıllarında köylü kızların okula yönlendirilmesinde, Nehrem Köyünde çalıştığı okulda tarih müzesi kurulmasında, Nahçıvan Ulusal Tiyatrosunun kurulmasında emeği geçti; ilk oyunlarını yazmaya başladı.
1897’de kendi isteği ile öğretmenlikten ayrıldı; emniyet idarelerinde tercüman olarak beş yıl boyunca çalıştı.
1903’te eşini ve anne babasını kaybettikten sonra Tiflis’e yerleşti. Bakü'de ve Tiflis'te Rus dilinde yayınlanan gazetelere gündeme ilişkin makaleler yazmış, tercümeler yapmıştır. 1905'te Azerbaycan Türkçesi ile Novruz adlı gündelik gazete yayınlamak için gereken izini aldı fakat bu izni kullanmadı. Mizahi bir gazete veya dergiye daha fazla ihtiyaç olduğunu görerek 1906'da haftalık Molla Nasreddin adlı mizah dergisini yayınlama izni aldı. Türkiye’de eğitim görmüş arkadaşı Ömer Faik Numanzade ile birlikte satın aldığı ve Gayret Matbaası adını verdikleri matbaada dergiyi çıkarmaya başladılar.
İlk sayısı 7 Nisan 1906'da Tiflis’te yayımlanan Molla Nasreddin, bütün Türk-İslam dünyasında geniş bir okuyucu kitlesine ulaştı. Bazı aralıklarla 25 yıl boyunca Tiflis'te, Tebriz'de, Bakü'de yayın hayatını sürdüren bu dergi, Azerbaycan Türklerinin millî ve siyasi benliklerine kavuşmalarında, halk kitlelerinin cehalet ve fanatizmden uzaklaşmasında önemli bir rol oynamıştır. Bu mecmuanın çevresinde toplanan yazarlar, Azerbaycan edebiyatı tarihinde Mollanasreddinçi Edebiyat olarak bilinen bir edebiyat ve düşünce tarzı oluşturuyorlar.
Memmedkuluzade, bir yandan da öğretmenlik yapmaya devam etti ve Nûmanzâde ile birlikte bir okul açtı. Rus okullarına girmek isteyen Azerbaycanlı öğrencileri sınava hazırladı.
Daha önce iki evlilik yapan ve iki eşini de kaybeden Celil Memmedkuluzade, 1907’de Karabağ Hanları soyundan Hemide Hanım (Cavanşir) ile evlendi, bu evlilikten iki oğlu dünyaya geldi.
1909’da meşhur "Ölüler" komedisini yazdı. Eser ilk defa 1916’da Bakü’de sahnelendi.
1914’te çarlık yönetiminin baskısı ile yayınını durdurmak zorunda kaldığı Molla Nasreddin’i 1917’de Bolşevik devriminden sonra yeniden çıkarmaya başladı. Ancak derginin çıkması için uygun ortam kalmayınca 1918’de eşinin Ağdam’daki Kehrizli köyüne gitti, tarımla uğraştı. Bir yandan da “Anamın Kitabı” ve “Kemanca” komedisi üzerinde çalıştı.
Bolşevikler’in iktidara gelmesi üzerine 1920 Nisan’ında İran’a geçti. Molla Nasreddin’i Ocak 1921’de Tebriz’de yayımlamaya başladı.
Yazar Neriman Nerimanov'dan aldığı resmî davet üzerine, 24 Mayıs 1921'de Bakü'ye döndü. 1922'de "Molla Nesreddin" i Bakü'de yayınlamaya başladı. Aynı zamanda “Yeni Yol” adlı gazetede başyazarlık yaptı. "Lal", "Danabaş Kendinin Mektebi", "Oyunbazlar", "Lanet" gibi dram eserlerini yazdı.
1924'te Yeni Elifba Komitesine seçildi; SSCB'nin Türk cumhuriyetlerini gezerek, yeni alfabe ve çağdaş Azerbaycan Edebiyatı'nın durumu, problemleri ile ilgili konferanslar verdi. 1928'de emekliye ayrıldı.
Artık sadece Molla Nasreddin ile ilgilenmekteydi ancak derginin kontrolü elinden çıkmıştı. Molla Nasreddin, 1925’ten itibaren “Hey’et-i Tahrîriyye” adına çıkarılıyordu; 1930’da ise “Mübariz Allahsızlar İttifakı”’nın yayın organı haline geldi. Bu durumu sert bir dille eleştiren Celil Memmedkuluzade, derginin kapatılmasını veya adının dergiden çıkarılmasını istedi. Böylece dergi, 1931’de kapatıldı.
Celil Memmedkuluzade, 4 Ocak 1932'de kalp krizi geçirerek öldü.
--reklam--
Celil Memmedguluzade Kitapları - Eserleri
- Ölülər
- Danabaş Köyü
- Seçilmiş Eserleri
- Buz
- Poçt Qutusu
- Quzu
- İki alma
- Əsərləri - I Cild
- Hekayələr
- Xatiratım
- Əsərləri - II Cild
- Hekayələr
- Əsərləri - IV Cild
- Əsərləri - III Cild
- Saqqallı Uşaq
--reklam--
Celil Memmedguluzade Alıntıları - Sözleri
- Heyf, heyf sənə, uşaqlıq ! Nə gözəl şey imişsən! Nə çörək fikrinə qalırsan, nə paltar fikrinə qalırsan, nə övlad dərdi çəkirsən, nə bilirsən ki, kasıblıq nədir. (Danabaş Köyü)
- Mənim kefimi soruşdu və bunu da soruşdu ki, təzə yazı-pozudan yanında bir şey vardırmı?Mən dedim ki, bir şey yoxdur; amma burada yalan dedim.Bir ay bundan qabaq təzə yazdığım " Poçt qutusu" hekayəmin əl yazısı qoltuq cibimdə idi.Ondan ötrü belə dedim ki, mən əsərlərini həvəslə ona-buna göstərən yazıçıları dost tutmaram,bəlkə iyrənərəm.Və Allah şahiddir ki, mənim üçün ondan ağır bir təklif yoxdur ki, özün yazdığın bir yazını öz əlinlə çıxardasan və onun bunun qabağına tutub nişan verəsən.Məni tanıyanların heç birisinin yadına gəlməz ki, mən asanlıqla öz əsərimi çıxardam bir kəsə göstərəm, ya bir kəsə oxuyam. "Xatiratım"dan (Əsərləri - IV Cild)
- Dünyada yazıq müsəlman ümməti üçün nə qədər namaz yazılıb? (Əsərləri - IV Cild)
- Elə böyük cürətimiz o oldu ki, biz utanmadıq; çünki biz görürdük, hər bir əlinə qələm alan türk bəndəsi "ana" sözünü bir yerdə yazmaqdan utanır; "ana" yerinə "madər" yazır. Ancaq biz "ana" yazdıq; səbəb də bu idi ki, bilmirdik niyə “ana” sözünü yazmaqdan utanırıq? (Xatiratım)
- Yeddinci: Nə səbəbə İrandan qutu içində gələn ilanlar, İran əhlindən savayı özgələri sancır? (Xatiratım)
- Bəlkə də qaytardılar... (Seçilmiş Eserleri)
- +Cəlal,bilirsən Sokrat nə deyirmiş? -Sokrat kimdi? +Sokrat bir adam idi;çoxdanın adamı idi.Sokrat deyərmiş ki, "mən dərs oxumamış elə xəyal edərdim ki,dünyada bir zad bilirəm; amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm". (Ölülər)
- Zira ki, hər bir elm, hər bir təlim ve tərbiyə Günəşdən də aydındır. (Seçilmiş Eserleri)
- Əlbəttə, elədir, əgər dünyada fala baxdıran və dərviş nağılına qulaq asan adam olmasa və əgər dünyada qəzet oxumağı it boğuşdurmağa tərcih verən adam olmasa idi, əgər yerin üzü mədəni və əhliirfanla dolu olsa idi, o vədə dünyada heç "Molla Nəsrəddin"in özünə də lüzum görsənməzdi; çünki hükəma deyiblər: "Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar". (Xatiratım)
- 'Hepimiz Gogol'un Palto'sundan çıktık...' (Danabaş Köyü)
- Müsəlmanlar! Oxudunuzmu və yainki eşitdinizmi Qafqazda və Rusiyada çap olunan xarici qəzetlərdə "İrşad"ın bağlanması xüsusunda yazılan məqalələri?! Oxudunuzmu, eşitdinizmi bizə xaricilər tərəfindən olan məzəmmətləri, töhmətləri?! Və əgər oxudunuzsa,eşitdinizsə sizin qeyrət və namusunuz bunlara tab gətirəcəkmi? Məgər bizdə o qədər qeyrət və namus-milliyyə olmayacaq ki, əqəllən bu töhmətlərin, bu məzəmmətlərin altından çıxaq və aləmə sübut edək ki, bizdə qeyrət, həmiyyət var! (Əsərləri - IV Cild)
- Kişi yumuşaq əlləri ilə sabunlu canımı sığallamaqda idi ki, mən bundan soruşdum: -Adın nədi? -Kişi mənə cavab verdi: -Sarı -Pəs əsil adın nədi? - Kişi yenə qısaca cavab verdi: "Sarı" və su vedrəsini yenə apardı doldurdu, gətirdi tökdü üstümə və öz işinə məşğul oldu. Mən yenə üzümü kişiyə tutub dedim: -Qardaş, bəlkə sən zarafat eləyirsən, mən axı Sarı ad eşitməmişəm. Kişi bu dəfə yenə qəti cavab verdi ki, "Sarı”dı. Mən qalxdım, oturdum taxtın üstə və üzümü tutdum kisəçiyə: -Qardaş, mən hovuza girməyəcəyəm. Səndən mən yerdən-göyə kimi razı oldum. Amma and verirəm səni Həzrət Abbasa, bir məni başa sal görüm sənin adın nədi?Kişi mənə belə cavab verdi: - Nökərin Məşədi Əhməd. - Dedim: - Necə Məşədi Əhməd? Pəs sən deyirdin Sarı? - Xeyr, ağa, adım Məşədi Əhməddi.Mən elə bildim sən sabun soruşursan. Mən elə bildim, sənin xəyalına gəlir ki, bu torbanın içindəki ucuz paltar sabunudu. Xeyr, ağa, əsl sarı sabundu.Yoxsa siz tək ağaların canına mən ucuz sabun vurmaram. * hekayəni qısaldıb yazdım. (Əsərləri - I Cild)
- Atı atın yanına bağlasan, xan görüb deyər: birini bağışla mənə. Ölmə eşşəyim ölmə; yaz gələr, hürriyyət bitər. Uşağın şüurlusu dərsdən qaçar. İkiarvadlı ev bərəkətli olar. (Əsərləri - IV Cild)
- Müsәlman hәkim çağırmaq istәyәndә, buradan bilmәk olardı azarlının azarı yüngüldür. Amma "rus hәkimi" gәtirәnlәrin dә mәnası bu idi ki, xәstәnin halı qorxuludur. (Buz)
- Ancaq məni bir qism uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır. Mən saqqallı uşaqlar o kəslərə deyirəm ki, otuz və qırx yaşa çatıb, amma adlarını yazmağa acizdirlər. (Əsərləri - IV Cild)
- -Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, başladınız gülməyə, o vədə elə güman etmiyəsiniz ki, Molla Nəsrəddinə gülürsünüz. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və baxınız cəmalınıza... (Xatiratım)
- Pişik siçanın qabağında aslan olur, pələngin qabağında siçan. Bunun mənası budur ki, axundlarımız avam camaatın başının sahibidir; amma bir naciz qaradovoyun qabağında bir naciz padşah nişanının xatiri üçün qul kimi dururlar. (Xatiratım)
- Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Qoy mən tox olum özgələri ilə nədir karım, Dünyavü cahan ac olur olsun nə işim var?! Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın, Tək-tək ayılan varsa da həq dadıma çatsın, Mən salim olum cümlə cahan batsa da batsın; Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Salma yadıma söhbəti tarixi cahanı, Əyyami-sələfdən demə bir sözdə filani, Hal isə gətir meyl eləyim dolmanı, nani, Müstəqbəli görmək nə gərək, ömürdü fani; Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Övladi vətən qoy hələ avarə dolansın, Çirkabi-səfalətlə əli, başı bulansın, Dul övrət isə sailə olsun, oda yansın, Ancaq mənim avazeyi-şənim ucalsın; Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Hər millət edir səfheyi-dünyada tərəqqi, Eylər hərə bir mənzili-məvada tərəqqi, Yorğan-döşəyimə düşə gər yadə tərəqqi, Bizdə edərik aləmi-röyada tərəqqi; Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! (Əsərləri - II Cild)
- Hərkəsin ki elmi var onun bir qəpiyə dəyər hörməti yoxdur, kimin ki hörməti var, onun elmi yoxdur... (Ölülər)
- Fələyin zülm oxunu də'f etmək üçün ALLAHın iradəsindən yaxşı qalxan(vasitə) yoxdur. (Seçilmiş Eserleri)
Yorumlar
0 yorum